Lökbatan-Qobu yolu açılıb

24/05/2018 [14:48] - İqtisadiyyat (525)



Mayın 24-də Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verdi.

Qeyd edək ki, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun tikintisi üçün 2016-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2 milyon manat vəsait ayrılıb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur. Layihəyə əsasən yol əsaslı şəkildə yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Bundan başqa, yolboyu 450 metr uzunluğunda istinad divarları inşa olunub, bütün infrastruktur yaradılıb. Yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Eyni zamanda, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qobu-Hökməli avtomobil yolunun 11,5 kilometrlik hissəsinin yenidən qurulması da başa çatdırılıb. Yolun eni 11 metrə yaxındır. Bundan başqa, bu ərazidə məcburi köçkünlər üçün yeni tikilən “Qobu Park” yaşayış kompleksinə gedən 700 metr uzunluğunda avtomobil yolunun tikintisi işləri də yekunlaşıb. Bununla da Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınan şəhərcikdən yola birbaşa çıxış təmin olunub.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
İstiqlal.az məzuniyyətə çıxdı - sentyabrın 1-dək
Azərbaycan vətəndaşları ilin əvvəlindən Türkiyədə 500-ə yaxın mənzil alıblar
FIFA 4 klubu cəzalandırıb
Tramp: “Türkiyə özünü çox pis aparır”
Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
Xəbər lenti
18/08/2018 [00:00]:
İstiqlal.az məzuniyyətə çıxdı - sentyabrın 1-dək
17/08/2018 [22:39]:
Azərbaycan vətəndaşları ilin əvvəlindən Türkiyədə 500-ə yaxın mənzil alıblar
17/08/2018 [21:48]:
FIFA 4 klubu cəzalandırıb
17/08/2018 [20:37]:
Tramp: “Türkiyə özünü çox pis aparır”
17/08/2018 [19:47]:
Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
17/08/2018 [18:37]:
Əhalinin banklardakı əmanətləri 8 milyard manatı ötüb
17/08/2018 [17:43]:
Gəncədə radikal şəxslərdən silah-sursat tapılıb
17/08/2018 [15:53]:
Fransa İlqar Məmmədovun buraxılmasını alqışlayır
17/08/2018 [15:17]:
Naxçıvanda toyların “sladkiy stol” formatında keçiriləcəyi xəbəeri yalan çıxdı
17/08/2018 [14:24]:
Trampın İranla dialoq şərtləri açıqlandı
17/08/2018 [13:51]:
Metyu Brayza: ABŞ Türkiyəni itirməyə imkan verməyəcək
17/08/2018 [12:39]:
Hindistanda 7 günlük matəm elan edilib
17/08/2018 [11:43]:
"Forbes" dünyanın ən çox qazanan aktrisalarının adını açıqlayıb
17/08/2018 [10:46]:
Zabit Səmədov muay-tay çempionu Bris Quidona qalib gəlib
17/08/2018 [09:57]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2018 [00:58]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
16/08/2018 [23:34]:
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
16/08/2018 [22:32]:
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16/08/2018 [21:28]:
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
16/08/2018 [20:24]:
Avqustun 17-ə hava proqnozu
16/08/2018 [19:38]:
Bu gün “Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşəcək
16/08/2018 [18:31]:
2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyənləşdi
16/08/2018 [17:29]:
Putin Paşinyanla hansı mövzularda müzakirə aparıb? – Kreml açıqladı
16/08/2018 [16:34]:
DİM eksperti məhkəməyə verəcək
16/08/2018 [15:33]:
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə yeni dollar şoku
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
Gədəbəy böyük fəlakət astanasında – Nazirlik böyük ekoloji cinayətin üstünü açdı - FOTOLAR
Sabiq nazirin qaynı işdən çıxarıldı - yeni təyinatlar
Mərkəzi Bank dolların məzənnəsi barədə
Ərdoğan: ABŞ Türkiyəni kürəyindən vurdu!
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı açıqlama
İlham Əliyev sərəncam imzaladı
Bakıda mağazaya basqın: xəsarət alan var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin