6 qanuna dəyişikliklər edilir

24/05/2018 [11:05] - Cəmiyyət (447)



Mayın 23-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

İclasda altı məsələyə baxılıb.

Gündəlik barədə məlumat verən MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov qeyd edib ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

Sonra MM Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda aparılan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verib.

O bildirib ki, əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır.

Qeyd edək ki, “Dövlət sirri haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinə əsasən sənədə “Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar bu qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur” məzmunlu 10.4-cü maddə əlavə ediləcək.

Ümumiyyətlə, dəyişikliklərə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.

Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır.

Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla dövlət sirri təşkil edən məlumat daşıyıcıların məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.

Həmçinin, “Sərhəd qoşunları haqqında” qanunun 1-ci maddəsi yeni redaksiyada veriləcək.

Belə ki, Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları (bundan sonra – sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin ( bundan sonra – dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir.

Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.

Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirilir.

Bundan başqa, layihədə bir sıra texniki və redaktə xarakterli dəyişikliklər olunacaq.

“Mülki müdafiə haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən isə mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” qanunla, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.

Komitə üzvləri təklif olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar.

Gündəlikdəki bütün qanun layihələri MM-in plenar iclasında müzakirəyə tövsiyə olunub.
“O biri dünyada görüşənədək” filmi nümayiş olunacaq
Ekologiya nazrliyinin səlahiyyəti artırıldı - qərar
İlham Əliyev Lənkərana gedib - yenilənib
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir - rəsmi
Xəbər lenti
15/10/2018 [14:41]:
Yeni orfoqrafiya qaydaları təsdiqlənmək üçün hökumətə təqdim edildi
15/10/2018 [13:34]:
“O biri dünyada görüşənədək” filmi nümayiş olunacaq
15/10/2018 [13:29]:
Ekologiya nazrliyinin səlahiyyəti artırıldı - qərar
15/10/2018 [12:34]:
Azərbaycanın sərbəst güləşçisi olimpiya çempionu olub
15/10/2018 [12:08]:
İlham Əliyev Lənkərana gedib - yenilənib
15/10/2018 [11:17]:
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
15/10/2018 [10:46]:
Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir - rəsmi
15/10/2018 [09:59]:
Türkiyədə baş vermiş qəzada ölənlərin sayı 22-yə çatıb
15/10/2018 [00:07]:
Azərbaycan millisi Maltanın öhdəsindən gələ bilmədi
14/10/2018 [23:54]:
“A.M.A.Y.” fəaliyyətini yenidən aktivləşdirmək qərarına gəldi – Sahibkarlara müraciət
14/10/2018 [22:07]:
Elmar Məmmmədyarov Lüksemburqa yola düşüb
14/10/2018 [20:38]:
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəminin batma səbəbi açıqlanıb
14/10/2018 [19:21]:
Dünyanın ən iri şirkətlərindən biri Türkiyəni tərk edir
14/10/2018 [17:54]:
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi artıb
14/10/2018 [16:28]:
Nazirlik Badamdardakı sürüşmə zonasında son vəziyyət barədə - rəsmi
14/10/2018 [14:49]:
25 yaşlı azərbaycanlı Rusiyada polislərə hücum etdi
14/10/2018 [13:41]:
Türkiyənin ölkəmizdəki səfirliyi rəsim sərgisi təşkil edir
14/10/2018 [13:21]:
Güləşçimiz Olimpiadada bürünc medal qazanıb
14/10/2018 [11:56]:
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
14/10/2018 [10:04]:
Dağıstanda iki İŞİD-çi öldürüldü
14/10/2018 [00:14]:
Maradona: Messidən lider olmaz
13/10/2018 [23:50]:
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
13/10/2018 [22:32]:
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
13/10/2018 [21:12]:
“Formula 1”: Azərbaycan Qran-Prisi apreldə keçiriləcək
13/10/2018 [19:43]:
Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Fazil Məmmədovu bitirən səbəblərdən danışdı
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
Lotu Quli həbs edildi - yenilənib
İlham Əliyev nazirləri topladı
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Ramil Usubovdan yeni təyinat
İlham Əliyev yeni fərman imzaladı
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin