Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

23/05/2018 [22:37] - Mədəniyyət (619)



Bu gün 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) İnformasiya və Analitik Təhqiqatlar Şöbəsinin müdir müavini Səadət Zeynalovanın komissiyanın sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə S. Zeynalovanın vəkili Qubadəli Rzayev V. Hüseynovun hüquqi yardım göstərdiyi şəxs barəsində qanunsuz əmrlər verdiyini deyib.

Onun sözlərinə görə, sədr əvəzi əsassız olaraq professor Səadət Zeynalovanın iş yerini dəyişdirib və ona töhmət verib: "Ona qarşı qərəzli olaraq ittiham irəli sürüb ki, guya Səadət xanım Vəli Hüseynovun tapşırdığı işləri vaxtında yerinə yetirməyib. Struktur dəyişikliyi adı ilə onu elmi şöbədən texniki şöbəyə keçirib. Harada ki, texniki işçilər oturub. Guya bu yolla onu cəzalandırmaq istəyib".

Vəkil vəsatət qaldıraraq komissiyanın Humanitar və İctimai Elmlər Şöbəsinin və İnformasiya və Analitik Təhqiqatlar şöbəsinin səlahiyyətlərini təsdiq edən əsasnamənin məhkəməyə təqdim olunması istəyib.

AAK-ın nümayəndəsi Fazil Nəsibov isə verilən vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə verilən vəsatəti təmin edib. Hakim bildirib ki, bununla bağlı AAK-a sorğu göndəriləcək.

Sonra iddiaçı S. Zeynalova çıxış edib: “Vəli Hüseynovun mənə qərəzli münasibəti AAK-ın müvafiq şöbəsinə daxil olan saxta jurnallarla bağlıdır. Mən bunları aşkar edib ona göstərdikdən sonra mənə qarşı münasibəti dəyişdi. Halbuki, mənə söz verdi ki, bununla bağlı aidiyyatı orqanlara məlumat verəcək. Ancaq sonradan mənim işlədiyim şöbəni dəyişdirdi və məni AAK-dan kənarlaşdırmağa çalışdı. Mənim barəmdə özümdən xəbərsiz əmrlər verib, heç biri ilə tanış etməyib. Bununla yalnız məhkəmə iclasında tanış olmuşam və dəhşətə gəlmişəm. İştirakım olmadan haqqımda qərarlar qəbul edib. Ona görə ki, onun saxta işlərində iştirak etmirəm. Mən professoram, aliməm, Avropa ölkələrinin nüfuzlu universitetlərində işləmişəm. Uzun illər xalqıma və dövlətimə xidmət etmişəm. Cənab hakim, sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı doğru qərar qəbul edəsiniz və barəmdə verilən əmrlərin qanunsuz sayılmasını təmin edəsiniz".

O qeyd edib ki, AAK-da baş verən hadisələrlə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya ərizə ilə müraciət edib: "Müraciətimdə Vəli Hüseynovun özbaşınalığı, vəzifəsindən sui-istifadə etməsi və saxtakarlığı haqqında məlumat vermişəm. Eyni zamanda 30 saxta jurnalın siyahısını müraciətimə əlavə etmişəm. İnanıram ki, hörmətli Mehriban xanım bu barədə tədbir görəcək".

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Mehman Hüseynov prezidentə müraciət etdi
Xəbər lenti
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
20/01/2019 [14:51]:
Ağsuda zəlzələ baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin