Əkilməyən torpaqlar geri qaytarılır

23/05/2018 [15:47] - İqtisadiyyat (532)



Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib.

Komitədən virtualaz.org-a verilən məlumata görə, boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılır.

“Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan. Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, indiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2 600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar.

Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadə istiqamətində də işlər həyata keçirilib. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrindən daha səmərəli şəkildə istifadə üçün zəmin yaradılır.

Həmçinin istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir.

Xatırladaq ki, 2015-ci ildən etibarən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə ümumilikdə təyinatı dəyişdirilən torpaqlarda daxil olmaqla 277 min hektar torpaq sahəsi də icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.

Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində də 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir.
Elçibəy: Demokratiya döyüşçüsü - Anar Əsədli
İran OPEC-in iclasında iştirak etməyəcək
Bakıda hərbi parada hazırlıq davam edir
Zakir Həsənov: “Laçına gedən yola artıq ordumuz nəzarət edir”
Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub
Xəbər lenti
20/06/2018 [16:29]:
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
20/06/2018 [15:52]:
Elçibəy: Demokratiya döyüşçüsü - Anar Əsədli
20/06/2018 [15:37]:
İran OPEC-in iclasında iştirak etməyəcək
20/06/2018 [14:48]:
Bakıda hərbi parada hazırlıq davam edir
20/06/2018 [13:59]:
Zakir Həsənov: “Laçına gedən yola artıq ordumuz nəzarət edir”
20/06/2018 [13:07]:
Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub
20/06/2018 [12:53]:
İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb
20/06/2018 [11:42]:
Azərbaycan nefti bahalaşıb
20/06/2018 [10:49]:
Corc Fridman: 2020-ci ildən sonra Rusiya dağılacaq
20/06/2018 [09:56]:
İsraildə eks-nazir həbs olunub – İrana casusluq etdiyinə görə…
20/06/2018 [02:10]:
Lerikin 3 kəndi Milli Məclisə müraciət etdi: Bizi köçürün...
20/06/2018 [00:34]:
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
20/06/2018 [00:02]:
Bakıda yol polisini ölümcül bıçaqladılar - təfsilat
19/06/2018 [23:34]:
Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə
19/06/2018 [22:27]:
İtaliyada mafiya əməliyyatı: 60 nəfər həbs edildi
19/06/2018 [21:36]:
Göyçayda selin dağıtdığı körpü 3 gün sonra istifadəyə veriləcək
19/06/2018 [20:28]:
Rusiya Dövlət Dumasının sədri Azərbaycana iki günlük səfərə gəlir
19/06/2018 [19:41]:
İyunun 20-ə hava proqnozu
19/06/2018 [18:50]:
Türkmənistanda çoxarvadlılıq qanunla qadağan edildi
19/06/2018 [17:37]:
Nazir İmişlidə pambıqçıların kütləvi zəhərlənməsindən danışdı
19/06/2018 [16:41]:
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
19/06/2018 [15:47]:
“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı
19/06/2018 [15:27]:
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
19/06/2018 [14:27]:
İmişlidə 100-ə yaxın pambıqçı zəhərlənib: nazir təcili bu rayona getdi-yenilənib
19/06/2018 [14:09]:
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polis rəisini işdən çıxartdı
İlham Əliyevdən yeni təyinatlar - sərəncam
Bakıda yol polisini ölümcül bıçaqladılar - təfsilat
Erməni ordusuna cavab zərbəsi endirilib - Düşmən postu məhv edilib…
Ramil Usubov polis rəisini sərt cəzalandırdı - rəsmi
Deputatın bacısı oğlu avtoqəzada öldü – Hacıqabuldakı dəhşətli qəzanın təfərrüatı-yenilənib
Məşhur futbol ulduzu 2 illik həbs cəzası aldı
Azərbaycanlı Ukraynada yüksək vəzifəyə təyin edildi
Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və həyasızlığı
Azərbaycan torpaqlarının işğalına başçılıq edən cani-general həbs edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin