Vəkilin milyarderə ayı xidməti - Aslan İsmayılovun təzminat tələbinə sözardı

22/05/2018 [11:59] - Gündəm (1731)



1992-ci ildən yazıram, hələ məni məhkəməyə verən olmamışdı. Bu günlərdə təsadüfən  xəbər tutmuşam  ki, vəkil Aslan İsmayılov məni məhkəməyə verib. Demə, təxminən 1 il qabaq A.İsmayılov rəhbərlik etdiyim istiqlal.az saytı da daxil olmaqla, 10-a yaxın KİV-i məhkəməyə verib və proses hələ də davam edir.

Vəkilin iddiasına görə, sözügedən KİV-lər onun şərəf və ləyaqətini alçaldıblar, işgüzar nüfuzuna zərbə vurublar və buna görə də sözügedən KİV-lərin hər biri “bonkrot” olmuş vəkilə 50 min manat təzminat ödəməlidirlər.  İddianın əsas hədəfi mən olmadığımdan məhkəmə iclaslarına çağrılmamışam – bəxtim bu məsələdə düz onluğa vurub. 

A.İsmayılovun “düşmənləri” siyahısına (heç düşmənimə də bu sıyahıda olmağı arzulamıram) düşməyimin tək bir səbəbi istiqlal.az-da A.İsmayılovu tənqid edən kiçik bir açıqlamanın getməsidir. Belə tənqidi açıqlamalar gündə ən azı 10-15 dəfə xəbər lentində yer alır. Özü də bu sırada A.İsmayılov ən sonuncu yerdədir – ölkənin hökumət üzvlərindən tutmuş, partiya sədrlərinə, ictimai xadimlərə qədər hamı tənqid edilir.

Özünü demokratiya fədaisi sayan A.İsmayılovun demokratiyanın əlifbasından belə xəbəri yoxdur. İstiqlal.az-da nazirdən tutmuş sıravi vətəndaşa qədər heç kim barəsində qara piar gedə bilməz – bu bizim təməl prinsipimizdir. Eyni zamanda hamı tənqid oluna bilər – bu da təməl prinsipimizdir. Ancaq A.İsmayılov kiçik bir tənqidə dözməyib, olsun, əslində burada faciə yoxdur – medianın əsas mandatlarından biri də özünü ictimai xadim sayanların xislətini ortaya qoymaqdır...

Lənkəranda 2-ci dünya müharibəsinin bir iştirakçısı olub – Cəfər kişi. Cəfər kişi almanlara əsir düşüb, əsirlikdən qurtulduqdan sonra Stalin repressiyasına məruz qalıb. Stalin öləndən sonra uzun mübarizədən sonra bəraət alıb və Lənkərana qayıdıb. Qayıdışdan az sonra Cəfər kişini qapılarının ağzında avtomobil vuraraq öldürüb. Cəfər kişinin o boyda odun-alovun içindən, Stalinin türməsindən salamat qurtarmasından, ancaq axırda öz qapısının ağzında avtoqəzadan ölməsindən yana-yana danışırdılar. 

İndi aşağı-yuxarı Cəfər kişinin aqibətini yaşayıram. 25 il oliqarx-nazirləri tənqid et, onların korrupsiya əməllərini aşkarla, onların qanunsuz monopoliyasından yaz, axırda da  vəkil A.İsmayılov səni məhkəməyə versin. Belə çıxır, eninə-uzununa tənqid etdiyim nazirlər, iriranqlı məmurlar A.İsmayılovdan daha tolerant imişlər. Qətiyyən bu nəticəyə sevinmirəm. Ancaq əlahəzrət fakt bundan ibarətdir.

Anlamadığım başqa bir məqam budur ki, A.İsmayılov niyə özünün çirkin intirqalarına medianı şərik etmək istəyir? Adam milyarder İlham Rəhimova yarınmaq istəyirsə, qoy gen-bol, sağ-sol yarınsın. Bundan bizə nə var? Sanki İ.Rəhimova göstərmək istəyir ki, səni tənqid edən medianı məhkəməyə verdim. Bu nədir? Ayı xidməti? Bəs insan hüquqları, yüksək dəyərlər-filan? Bütün bu dəyərlər bir oliqarxın bir gülüşünə qurban verilir? Bu qədərmi ucuz?

Başqaları adından danışa bilmərəm, ancaq mənim bu günə qədər nə İlham Rəhimov, nə də Aslan İsmayılov adlı problemim olub, heç bu gündən sonra da olmayacaq. Soltan bəyin sözü olmasın, mənim dəllal-məllalla işim yoxdur. A.İsmayılov özünə süni düşmən yaradıb, onunla mübarizə aparacaq qədər balaca adamdır. Anlayıram ki, adam intriqasız, düşmənsiz yaşaya bilmir. Bu həm də özünün ictimai mövcudluğunu qorumağın bir yoludur. Təbii ucuz, primitiv və çirkin yoldur, ancaq adamın qabiliyyəti də yalnız buna çatır – qınamaq da olmaz. Ancaq buna məni şərik etməsin, mənim belə cılız söhbətlərə baş qoşmağa vaxtım, həvəsim və marağım yoxdur. Bu hələlik ilk xəbərdarlığımdır və ümid edirəm ki, sonuncu olacaq!

Qadir İBRAHİMLİ

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
Elçibəy: Demokratiya döyüşçüsü - Anar Əsədli
İran OPEC-in iclasında iştirak etməyəcək
Bakıda hərbi parada hazırlıq davam edir
Zakir Həsənov: “Laçına gedən yola artıq ordumuz nəzarət edir”
Xəbər lenti
20/06/2018 [16:29]:
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
20/06/2018 [15:52]:
Elçibəy: Demokratiya döyüşçüsü - Anar Əsədli
20/06/2018 [15:37]:
İran OPEC-in iclasında iştirak etməyəcək
20/06/2018 [14:48]:
Bakıda hərbi parada hazırlıq davam edir
20/06/2018 [13:59]:
Zakir Həsənov: “Laçına gedən yola artıq ordumuz nəzarət edir”
20/06/2018 [13:07]:
Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub
20/06/2018 [12:53]:
İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb
20/06/2018 [11:42]:
Azərbaycan nefti bahalaşıb
20/06/2018 [10:49]:
Corc Fridman: 2020-ci ildən sonra Rusiya dağılacaq
20/06/2018 [09:56]:
İsraildə eks-nazir həbs olunub – İrana casusluq etdiyinə görə…
20/06/2018 [02:10]:
Lerikin 3 kəndi Milli Məclisə müraciət etdi: Bizi köçürün...
20/06/2018 [00:34]:
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
20/06/2018 [00:02]:
Bakıda yol polisini ölümcül bıçaqladılar - təfsilat
19/06/2018 [23:34]:
Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə
19/06/2018 [22:27]:
İtaliyada mafiya əməliyyatı: 60 nəfər həbs edildi
19/06/2018 [21:36]:
Göyçayda selin dağıtdığı körpü 3 gün sonra istifadəyə veriləcək
19/06/2018 [20:28]:
Rusiya Dövlət Dumasının sədri Azərbaycana iki günlük səfərə gəlir
19/06/2018 [19:41]:
İyunun 20-ə hava proqnozu
19/06/2018 [18:50]:
Türkmənistanda çoxarvadlılıq qanunla qadağan edildi
19/06/2018 [17:37]:
Nazir İmişlidə pambıqçıların kütləvi zəhərlənməsindən danışdı
19/06/2018 [16:41]:
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
19/06/2018 [15:47]:
“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı
19/06/2018 [15:27]:
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
19/06/2018 [14:27]:
İmişlidə 100-ə yaxın pambıqçı zəhərlənib: nazir təcili bu rayona getdi-yenilənib
19/06/2018 [14:09]:
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polis rəisini işdən çıxartdı
İlham Əliyevdən yeni təyinatlar - sərəncam
Bakıda yol polisini ölümcül bıçaqladılar - təfsilat
Erməni ordusuna cavab zərbəsi endirilib - Düşmən postu məhv edilib…
Ramil Usubov polis rəisini sərt cəzalandırdı - rəsmi
Deputatın bacısı oğlu avtoqəzada öldü – Hacıqabuldakı dəhşətli qəzanın təfərrüatı-yenilənib
Məşhur futbol ulduzu 2 illik həbs cəzası aldı
Azərbaycanlı Ukraynada yüksək vəzifəyə təyin edildi
Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və həyasızlığı
Azərbaycan torpaqlarının işğalına başçılıq edən cani-general həbs edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin