Bakı və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.