Nazirlər Kabinetində dərmanlarla bağlı iclas keçirilib

16/05/2018 [20:54] - Gündəm (877)



Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib.

AZƏRTAC-ın verdiyi məlumata görə, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

İclasda çıxış edən Ə. Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə dərman vasitələri dövlət tərəfindən tənzimlənən qiymətlərlə satılır və Azərbaycan vətəndaşları bunu yüksək qiymətləndirir. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxs ifşa edilib.

Əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışan Ə. Əhmədov deyib ki, artıq ölkəmizdə orta ömür müddəti uzanıb, yaşlı insanların sayı çoxalıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatların olduğunu deyən baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək.

Ə. Əhmədov bildirib ki, dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır. Eyni zamanda, Azərbaycanda da saxta dərman satışına qarşı ciddi mübarizə tədbirləri görülür.

Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb.

Tədbirdə ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğu bildirilib və bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyi vurğulanıb.
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
Gürcüstanda prezident seçkisinin ikinci turunun tarixi elan olunub
“Azadlıq” qəzetinin ofisində oğurluq olub
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
Deputatdan çağırış: “Rüfət Aslanlının bütün əmlakı şəhid ailələrinə verilsin”
Xəbər lenti
15/11/2018 [00:01]:
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
14/11/2018 [23:42]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi
14/11/2018 [22:28]:
Gürcüstanda prezident seçkisinin ikinci turunun tarixi elan olunub
14/11/2018 [21:36]:
“Azadlıq” qəzetinin ofisində oğurluq olub
14/11/2018 [20:34]:
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
14/11/2018 [19:41]:
Deputatdan çağırış: “Rüfət Aslanlının bütün əmlakı şəhid ailələrinə verilsin”
14/11/2018 [18:54]:
Azərbaycana sərt qış gəlir
14/11/2018 [18:07]:
Bakılı İsraildə seçkilərdə qalib gəldi və mer oldu
14/11/2018 [17:31]:
Səfir: “BƏƏ bazarlarında Azərbaycan məhsulları satılır”
14/11/2018 [17:23]:
Kreml Putinin İstanbul səfərinin detallarını açıqladı
14/11/2018 [16:29]:
Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var
14/11/2018 [15:46]:
Deputat Konstitusiya Məhkəməsinə etiraz etdi
14/11/2018 [14:59]:
Gürcüstan həbsxanalarında nə qədər Azərbaycan vətəndaşı saxlanılır? - rəsmi
14/11/2018 [14:57]:
2019-cu il dövlət büdcəsi birinci oxunuşda qəbul edildi
14/11/2018 [14:08]:
"Azerbaijan Kids Fashion Week 2018" keçiriləcək
14/11/2018 [13:16]:
Türkiyə aviasiyası İraqın şimalında daha 19 terrorçunu məhv etdi
14/11/2018 [12:52]:
Daha bir elektrik stansiyasında partlayış - yaralılar
14/11/2018 [12:27]:
Bu il Azərbaycanda yol qəzaları zamanı 527 nəfər ölüb - rəsmi
14/11/2018 [11:39]:
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
14/11/2018 [10:44]:
OPEC Azərbaycan üzrə proqnozunu açıqladı
14/11/2018 [09:58]:
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədovu məhkəməyə verdi
14/11/2018 [00:03]:
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
13/11/2018 [23:23]:
“Brent” neftinin qiyməti 66 dollardan aşağı düşüb
13/11/2018 [22:39]:
Bakıda keçmiş icra məmuru həbs edilib
13/11/2018 [21:26]:
Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
İlham Əliyevdən yeni təyinatlar - siyahı
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
İlham Əliyev sərəncam imzaladı
Yaşar İsakova DTX-də vəzifə verildi
İlham Əliyev yeni sərəncam verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin