Almaniya azərbaycanlı tələbə və tədqiqatçılara 85 təqaüd təqdim edəcək

16/05/2018 [16:51] - Cəmiyyət (930)



Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Kapellhaus - Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyində 85 təqaüdçünü mükafatlandıracaq. 

İstiqlal.az xəbər verir ki, DAAD kimi tanınan Alman Akademik Mübadilə Xidməti uzun illərdir ki tələbələrin və tədqiqatçıların Almaniyada təhsilini maliyyələşdirir. Ötən illərlə müqayisədə bu il yay dil kursu üçün ayrılan təqaüdlərin sayı daha çox artıb. 

DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri xanım Ştefani Düfo bildirib ki, Alman dili yaratdığı təhsil imkanları səbəbi ilə sevilən dillərdən biridir və müraciətlərin çoxalması göstərir ki, alman dilinə və Almaniyada təhsilə maraq artır: “Bununla yanaşı istər alman istərsə də ingilis dilində müraciətlərin keyfiyyəti ildən ilə artır”. 

Təqaüdçülər 600 digər namizəd ilə ixtisası üzrə jüri qarşısında rəqabət aparıb. Təqaüdçülər bütün Azərbaycan üzrə müxtəlif ixtisaslar və akademik səviyyələrə uyğun tələbələri və tədqiqatçıları təmsil edir. Onların arasında Almaniyada yay dil kursuna gedən bakalavr tələblər, Almaniyada magistr diplomu almaq məqsədi olan məzunlar, həmçinin, beynəlxalq karyerası olan təcrübəli tədqiqatçılar var. Ali məktəblərin keyfiyyəti, ödənişsiz təhsil, alman dili ilə yanaşı ingilis dilində təhsilin mümkün olması səbəblərindən Almaniya xarici tələbələr üçün cəlbedicidir. 2004-cü ildən etibarən DAAD Bakı Məlumat Mərkəzi vasitəsi ilə alim, tələbə və şagirdlərə mübadilə və maliyyə imkanları barədə məlumat verilir. 

Həmçinin, bu ilki təqaüdçülər Azərbaycan və Almaniya arasındakı birləşmənin genişləndirilməsinə və birgə mübadilənin gücləndirilməsinə birgə dəstək olacaq.

Mükafatlandırma mərasimi 18 may tarixində saat 18:00-da baş tutacaq. 

Laçın
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
14/02/2019 [19:26]:
Azərbaycanda Vergi Ombudsmanı İnstitutu yaradılacaq
14/02/2019 [19:18]:
Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Ramiz Mehdiyev sərəncam verdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin