Dövlət konstitsion sosial öhdəliklərindən imtina edir - təhlil

16/05/2018 [14:01] - İqtisadiyyat (1128)



Aqiyə Naxçıvanlının  ciddi etiraz səbəb olan açıqlaması təkcə sıradan bir deputatın mövqeyi deyil. Bu, dövlətin sosial öhdəliklərindən demək olar ki, tamam imtina etməsinin məntiqi davamıdır. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan sosial dövlətdir, ailənin sosial ehtiyaclarının ödənilməsinə birbaşa dövlət məsuliyyət daşıyır.

Azərbaycan Konstitusiyası - maddə 16. Sosial inkişaf və dövlət

I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

 II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Azərbaycan Konstitusiyası - Maddə 17. Ailə, uşaqlar və dövlət

I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir

YAP-şı deputat isə deyir: İllk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?

Yəni nə qədər doğursan doğ, ancaq dövlətdən heç istəmə. Bu faktiki ölaraq dövlətin konsitision öhdəliklərindən imtina etməsidir. Ora-bura yozmayın – bunun başqa adı yoxdur.

Əslində, bu dövlətin 2-ci devalvasiyadan sonra sosial öhdəliklərindən rəsmi imtina  etməsinin davamıdır . Bir qədər əvvəl baş verənlərin qısa xronikasına diqqət yetirək.

Pensiya islahatı adı ilə müəyyən qrup təqaüdləri 55 manata endirdilər. Halbuki 2018-ci ilin yaşayış minimumu haqqında qanuna görə,  pensiyaçıların yaşayış minimumu 155 manat müəyyən edilib. Hökumətin hesanlamalarına görə, pensiyaçıya acından ölməmək üçün 155 manat lazımdır. Bu məbləğin cəmi  36 faizini dövlət ödəyir.

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edildi. Dəyişikliyə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.  Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.  Azərbaycan praktikasına istinadən əminliklə demək olar ki, fiziki qüsurlu əlillər pensiyaları ilə vidalaşmalı olacaq.

 Ünvanlı sosial yardımların verilməsi meyarlarını yada salın. Sərəncamında hətta paltaryuyan maşın olan ailələrə belə yardım ayrılmır. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edir ki, ailənin paltar yuyan maşını varsa, o yoxsul sayıla bilməz. 

Yəni paltaryuyan maşını da satıb daha rəzil günə qalmalıdır ki, dövlət mərhəmət əlini ona uzatsın. Ünvanlı sosial yardımların verilməsindəki korrupsiya hallarından danışmaq isə artıqdır – bu hər birinizə bəllidir. Son dövrlər isə praktiki olaraq ünvanlı sosial yardımlardan imtina edilir. Dövlət büdcəsinin xərclərinə yoxsulların pulunu kəsməklə qənaət edilir.

Fiziki qüsurlu əlillərə də eyni münasibət olacaq. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edəcək ki, əlilin çəliyi varsa, o yoxsul sayıla bilməz. Beləliklə, dövlət daha bir sosial öhdəliyindən imtina etməyə hazırlaşır.

Lap tutaq ki, 3-5 faiz fiziki qüsurlu əlil yaxşı yaşayır. Sağlamlığını ömürlük itirmiş insanlara ayda 150-160 manat təqaüdü çoxmu görürlər? Bəs əlillər dövlətin varlığını necə hiss edəcəklər?

Ünvanlı sosial yardımlar, çoxuşaqlı ailələrə verilən müavinətlər faktiki dayandırılıb, fiziki qüsurlu əlillərin pensiyası faktiki ləğv edilir, dövlət səhiyyə müəssisləri rəsmən pullu xidmətə keçir, ali təhsil 75 faiz pulludur. Bir sözlə, sosial dövlət modelindən rəsmən imtina edilir.

Hökumət bu yaxınlarda daha bir sosial ideyanı  ana bətnindəcə dəfn etdi. Söhbət sosial evlərin əhaliyə satılmasından gedir. Sosial evlərin satışa çıxarılması “sosial ev” fəlsəfəsinə ziddir. Bu evlər kasıb ailələrə simvoliklə məbləğə - ayda 20-30 manata kirayə veriməli idi. Ancaq rəsmən elan edildi ki, evlərin 1 kvadrat metri bazar qiymətindən də baha -  950 manata satılacaq. Bu evləri ayda ən azı 803 manat gəliri ola ailələr ala bilər. Orta aylıq gəlirin 530 manat olduğu ölkəd isə təbii ki, 803 manat gəliri olanlar varlı təbəqə sayılır.

Kasıb təbəqə üçün bütün nəfəsliklər qapadılır və dövlət konstitsion sosial öhdəliklərindən imtina edir. Bu artıq sosial siyasət yox, sosial fəlakət siyasətidir. Əslində artıq dünyasını dəyişmiş Astan Şahverdiyev hökumətin kasıblara münasibətini tam dəqiq ifadə etmişdi - "otxod". Kasıblara "otxod" kimi baxırlar - nə qədər tez ölsələr, bir o qədər yaxşıdır.


Qadir İBRAHİMLİ


İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
Putin Trampla dünya neft bazarını müzakirə edib
Milli Məclis hökumətə 8 gün vaxt verdi
Xəbər lenti
16/11/2018 [00:43]:
İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
16/11/2018 [00:01]:
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
15/11/2018 [23:24]:
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
15/11/2018 [22:19]:
Putin Trampla dünya neft bazarını müzakirə edib
15/11/2018 [21:29]:
Milli Məclis hökumətə 8 gün vaxt verdi
15/11/2018 [20:31]:
UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib
15/11/2018 [19:39]:
Axtarışda olan 40 nəfər saxlanılıb
15/11/2018 [18:44]:
Noyabrın 16-a hava proqnozu
15/11/2018 [17:53]:
Dağlıq Qarabağda maşın dərəyə yuvarlandı: 3 erməni öldü
15/11/2018 [17:46]:
Eldar Əzizov Bakının icra başçısı təyin edildi
15/11/2018 [17:36]:
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
15/11/2018 [16:33]:
Məktəblərdə payız tətili başlayır
15/11/2018 [15:29]:
Azərbaycanda parlament televiziyasının açılması təklif edilir
15/11/2018 [14:37]:
Çili Azərbaycanda səfirlik açır
15/11/2018 [13:46]:
Türkiyədə güclü qar: məktəblərdə dərslər dayandırıldı
15/11/2018 [13:05]:
İlham Əliyev Təzəpir məscidinin ətrafındakı abadlıq işləri ilə tanış olub
15/11/2018 [12:59]:
Əli Həsənov 2 milyard mənimsəyib - şok iddia
15/11/2018 [12:02]:
Doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb- Deputatdan ŞOK statistika
15/11/2018 [11:56]:
Bakıda daha bir beynəlxalq tədbir başladı
15/11/2018 [11:33]:
Avropa Parlamenti: "Avropada istehsal olunan silahlar İŞİD-in əlinə keçir"
15/11/2018 [10:46]:
Azərbaycan nefti ucuzlaşıb
15/11/2018 [09:52]:
ASAN Xidmətin səlahiyyətləri azaldıldı
15/11/2018 [00:01]:
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
14/11/2018 [23:42]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi
14/11/2018 [22:41]:
Polşa müstəqilliyinin 100 illiyi Bakıda qeyd edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İlham Əliyev sərəncam imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin