Zülfüqarlıların zavoduna növbəti hücum- Fəhlələr prezidentdən kömək istəyir

15/05/2018 [14:33] - Gündəm (1934)



“Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun iddalarının təmini Zülfüqarlı qardaşlarının zavodlarında ciddi etirazla qarşılanıb. Mayın 15-də Rasim Məmmədovun adamları Zülfüqarlıların Keşlə qəsəbəsindəki metal zavodunda növbəti dəfə hucuma keçiblər. İstədikləri də budur ki, zavoddakı istehsal xətti sökülüb onlara verilsin. Bu isə 300 fəhlənin işlədiyi bir zavodun iflic duruma salınması deməkdir. 

Mayın 11-də baş tutan ilk hucum əməliyyatı Zülfüqarlıların zavodunu iflic duruma salmışdı. 

Mayın 15-də də zavodda eyni durum yaşanırdı.  Üzərində “Baku Steel Company” sözləri yazılan ağır texnika ilə Zülfüqarlı qardaşlarının zavodunun iri giriş qapısının sındırılmasına cəhdlər oldu. Ən son məqamda Rasim Məmmədovun dəstəsi bu qanunsuz hərəkəti gerçəkləşdirmədi. İri zavod qapısının əks tərəfindən isə fəhlələr zavodun işini iflic duruma salınmasına yönələn qanunsuzluqların davam etdirilməsinə etiraz edir, işsiz-gücsüz zavodun həyətində ölkə rəhbərliyinin məsələyə müdaxilə edəcəyinə ümidlərini gizlətmirdilər. Bundan əvvəl isə baş verənlərlə bağlı Zülfüqarlı qardaşları ölkə rəhbərliyinə müracət ünvanlayıblar: 

- Biz daima Dövlətini, Prezidentini sevən, dövlətimizin verdiyi qərarlara hörmətlə yanaşan, dövlətimizin mənafeyini hər şeydən üstün tutan, bir iş adamları kimi Sizə müraciət edirik.Biz iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşları "Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov və onun havadarları tərəfindən əmlaklarımız "Bakı Poladtökmə” ASC, "Bakı Elektroştamp” ASC, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında yerləşən, şəxsi mülkiyyətimiz olan əmlak kompleksi, həmin kompleksin yanında yerləşən, kiçik qardaşımız Elnur Zülfüqarlıya məxsus qranit kəsmə sexi qarşılığında heç bir ödəniş edilmədən, zorla əlimizdən alınaraq qəsb edilib. Bundan sonra Rasim Məmmədovun təzyiqləri səbəbindən və həyatımız təhlükə qarşısında olduğundan ölkəni tərk etmək məcburiyyətində qaldıq. Uzun müddət Türkiyə Respublikasında mühacirətdə yaşadıqdan sonra, cənab Prezidentin sahibkarlara çağırışına cavab olaraq, İlham Əliyev cənablarının və şəxsən ölkəmizin I Vitse-Prezidenti kimi Mehriban xanım Əliyevanın sahibkarlara verdiyi dəstəkdən ruhlanaraq ölkəmizdə yeni iş qurmaq niyyəti ilə vətənimizə geri döndük. 

Ölkəmizə qayıtdıqdan sonra biz külli miqdarda investisiya yatıraraq, müasir tələblərə cavab verən yeni istehsal sahəsi yaratdıq. Bunun da nəticəsində artıq 300 nəfərdən yuxarı yeni iş yerləri açmışıq. Biz bu layihəni həyata keçirmək məqsədi ilə ölkəmizin ən böyük banklarından olan "Paşa Bank” ASC-dən külli miqdarda kredit götürmüşük. Bu istehsal sahəsini qurarkən, ölkə Prezidentinin "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanın uyğun olaraq İqtisadiyyat Nazirliyindən 12 oktyabr 2017-ci il tarixli, İN/İTS-122/2017 saylı İnvestisiya Təşviqi Sənədini də, əldə etmişik. Bizim istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara tam cavab verdiyindən, məhsullarımızın böyük hissəsi uğurla xaricə ixrac olunur. Biz qurduğumuz yeni istehsal sahəsi ilə bağlı artıq İSO sertfikatını da, almışıq. Biz Zülfüqarlı qardaşları iş adamları olaraq bununla kifayətlənməyərək, daha yeni və daha uğurlu layihələrin reallaşdırılması üzərində çalışırıq. 

Lakin çox təəssüf ki, bizim bu uğurlarımızı qısqanclıqla qarşılayan Rasim Məmmədov yenidən öz havadarlarının köməyinə arxalanaraq, bizim üstümüzə daha aqressiv şəkildə gəlməyə və bizə qarşı çox böyük təzyiqlər etməyə başlayıb. Bizə qarşı saxta iddialar qaldırtdıraraq, məhkəmələrə təzyiq etdirməklə əleyhimizə qeyri-qanuni qərarlar çıxartdırıb. Bu yolla tərəfimizdən quraşdırılmış və bizə məxsus olan istehsal xəttini zorla əlimizdən almağa çalışır.

Qeyd edək ki, həmin xətt bizim yeni qurduğumuz istehsal sahəsinin əsasını təşkil etdiyindən, Rasim Məmmədov həmin xətti bizim əlimizdən zorla almaqla yeni qurduğumuz və uğurla fəaliyyət göstərməkdə olan yeni istehsal sahəsini iflic vəziyyətinə salaraq, fəaliyyətini dayandırmaq istəyir. Artıq Rasim Məmmədovun təzyiqləri nəticəsində Bakı şəhəri, Nizami Rayon İcra və Probasiya Şöbəsindən bizə rəsmi qaydada xəbərdar ediblər ki, 11 may 2018-ci il tarixində qeyd edilən xətt məcburi qaydada sökülərək aparılacaqdır. Bir daha bildirmək istəyirik ki, həmin xəttin sökülməsi müəssisəmizin iflic vəziyyətinə düşməsinə səbəb olacaq ki, bununda nəticəsində həm 300 nəfərə yaxın adam öz iş yerlərini itirəcəklər. 

Bundan başqa reallaşdırmaq istədiyimiz yeni perspektiv layihələri həyata keçirmək mümkün olmayacaq. Qeyd edilənlərlə yanaşı bildirmək istəyirik ki, əgər müəssisəmiz Rasim Məmmədov tərəfindən məqsədyönlü şəkildə iflic vəziyyətinə salınarsa, bizim "Paşa Bank” ASC qarşısında kredit ödənişləri ilə bağlı götürdüyümüz müqavilə öhdəliklərinə əməl etməyimiz demək olar ki, mümkünsüz vəziyyətə gələcəkdir.

Biz bu ölkənin vətəndaşları deyilikmi? Bizim vergilər şəklində ödədiyimiz külli miqdarda vəsait bizim ölkəmizin büdcəsinə zərrə qədərdə olsa xeyir vermirmi? Bizm müəssisədə çalışan 300 nəfərdən artıq əməkdaş bu ölkənin vətəndaşları deyilmi? Axı bizə qarşı edilən bu ayrı-seçkilik haradan qaynaqlanır?

Hər danışığında Ramiz Mehdiyevin adını hallandıraraq ona arxalanan Rasim Məmmədovun hərəkətlərinə son qoyulmasını tələb edirik. 3 zavodumuzun zorla əlimizdən alınması bəs deyilmiş kimi son dayanacağımız olan, Bakının Keşlə qəsəbəsində yerləşən zavodumuzdakı prokat xəttini də özününkiləşdirərək əlimizdən alınması artıq bizim üçün namus məsələsidir. 

Ulu öndərimiz Heydər Əliyevin ad günündə müxtəlif güc strukturlarının müşaiyəti ilə zorla zavoda girib alın tərimizlə qazanıb qurduğumuz prokat xəttinin sökülməsinə icazə verməyəcəyik. Ona görə də, ölümlə nəticələnə biləcək qarşıdurma yaranmasın deyə verilən icra qərarının dayandırılması ilə bağlı lazımi göstəriş verməyinizi öz adımızdan və müəssisəmizin çoxsaylı kollektivi adından Sizdən xahiş edirik. 


Qeyd edək ki, hazırda zavod iflic durumdadır. Fəhlələr işsiz-gücsüz baş verənlərin nə ilə nəticələnəcəyini gözləyirlər. Ümid edirlər ki, ölkə rəhbərliyi qanunsuzluqları durduracaq.  

İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
Putin Trampla dünya neft bazarını müzakirə edib
Milli Məclis hökumətə 8 gün vaxt verdi
Xəbər lenti
16/11/2018 [00:43]:
İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
16/11/2018 [00:01]:
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
15/11/2018 [23:24]:
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
15/11/2018 [22:19]:
Putin Trampla dünya neft bazarını müzakirə edib
15/11/2018 [21:29]:
Milli Məclis hökumətə 8 gün vaxt verdi
15/11/2018 [20:31]:
UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib
15/11/2018 [19:39]:
Axtarışda olan 40 nəfər saxlanılıb
15/11/2018 [18:44]:
Noyabrın 16-a hava proqnozu
15/11/2018 [17:53]:
Dağlıq Qarabağda maşın dərəyə yuvarlandı: 3 erməni öldü
15/11/2018 [17:46]:
Eldar Əzizov Bakının icra başçısı təyin edildi
15/11/2018 [17:36]:
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
15/11/2018 [16:33]:
Məktəblərdə payız tətili başlayır
15/11/2018 [15:29]:
Azərbaycanda parlament televiziyasının açılması təklif edilir
15/11/2018 [14:37]:
Çili Azərbaycanda səfirlik açır
15/11/2018 [13:46]:
Türkiyədə güclü qar: məktəblərdə dərslər dayandırıldı
15/11/2018 [13:05]:
İlham Əliyev Təzəpir məscidinin ətrafındakı abadlıq işləri ilə tanış olub
15/11/2018 [12:59]:
Əli Həsənov 2 milyard mənimsəyib - şok iddia
15/11/2018 [12:02]:
Doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb- Deputatdan ŞOK statistika
15/11/2018 [11:56]:
Bakıda daha bir beynəlxalq tədbir başladı
15/11/2018 [11:33]:
Avropa Parlamenti: "Avropada istehsal olunan silahlar İŞİD-in əlinə keçir"
15/11/2018 [10:46]:
Azərbaycan nefti ucuzlaşıb
15/11/2018 [09:52]:
ASAN Xidmətin səlahiyyətləri azaldıldı
15/11/2018 [00:01]:
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
14/11/2018 [23:42]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi
14/11/2018 [22:41]:
Polşa müstəqilliyinin 100 illiyi Bakıda qeyd edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İlham Əliyev sərəncam imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin