Bakını abadlaşdıran monopolist şirkətin təsisçiləri kimdir? - təfsilat

15/05/2018 [14:17] - İqtisadiyyat (1350)



Azərbaycanda inhsarçılıq artıq rəsmiləşdirilir. Hər bir dövlət strukturunun rəhbərliyi təchizat və xidmət işlərinin təşkili üçün öz ASC-lərini yaradır və fantastik nəticələr əldə edir - bütün dövlət tenderlərinin şəriksiz qalibi olur. “Bakı Abadlıq Xidməti” ASC  də belə “qaliblərdəndir”.

Bakıda parkların salınması və abadlaşdırılması üzrə bütün dövlət sifarişlərini məhz “Bakı Abadlıq Xidməti” ASC udur.  Təbii ki, sifarişçi Bakı şəhər İcra Hakimiyyətidir.  Bakı şəhər İcra Hakimiyyətinin illik büdcəsi 6,9 milyard manatdır (mənbə: Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında qanun). Bu vəsaitin də yarıdan çoxu məhz paytaxtın abadlaşdırılmasına xərclənir. Bu layihələrlə bağlı tenderlərin şəriksiz qalibi də  Bakı Abadlıq Xidməti ASC-dir.

Maraqlıdır ki, yüz milyonlarla, bəlkə də milyardlarla sifarişlərin (cəm halında) şəriksiz qalibi haqqında internet axtarış sistemlərində heç bir məlumat yoxdur. Dövriyyəsinə görə Gilan-holdinq, Paşa-holdinqlə rəqabət aparan bu nəhəng şirkətin təsisçiləri haqda məlumat yoxdur. 3 milyon əhalisi olan Bakını abadlaşdıran şirkətin təsisçilərinin gizli saxlanılması heç yüngülvari tənqidə də dözmür.

Dövlət satınalmaları haqda qanunvericiliyə görə, 50 min manatdan yuxarı dövlət sifarişləri yalnız tenderlə müəyyən edilməlidir.  Sözügedən ASC-nin sifarişləri ən azı milyonlarla ölçülür. Çox maraqlıdır ki, bu tenderlər hansı şərtlərlə keçirilir ki, sonda qutudan yalnız “Bakı Abadlıq Xidməti” ASC-nin adı çıxır? Bu həmdə ölkədə rəqabətə davanlı biznes mühitinin olmamasına bir sübutdur.

Ən pisi də odur ki, Bakının adadlaşdırılması layihərinin icrası da bərbad gündədir. Bu layihələr  köhnə binaların fəsadlarının ağardılması və ya dəyişdirilməsi kimi mənasız işlərə həsr olunub. Hökumət çevrələrində buna “yemək layihəsi” deyirlər. Yeri gəlmişkən, xaricə təcrübədə kohnə binların ağardılması təcrübəsi yoxdur. Çünki binanın gözəlliyi elə onun qədimliyi, divarlarının qaralığı ilə ölçülür. Ən əsası isə ağardılan fəsadlar 1-2 ildən sonra əski halına qayıdır. 

Parkların abadlaşdırılması ilə bağlı hər il büdcədən milyonlar ayrırılır. Ancaq bəllidir ki, parkların abadlaşdırılması böyük xərc tələb edən layihə deyil – yaşıllıq və ona xidmət yetərlidir ki, parkların imici dəyişsin. Ancaq buna da əməl edilmir. 

“Bakı Abadlıq Xidməti”  öz işçiləri ilə əmək müqaviləsi belə bağlamır. Dövlət  Əmək Müfəttişliyi bununla bağlı haqqın.az saytına bildirilib ki, 2 ildən artıqdır ki, dövlət strukturlarına sahibkarlıq subyektlərində yoxlama aparmaq qadağan edilib. Ancaq şəxsən mən inanmıram ki, “Bakı Abadlıq Xidməti” ASC-də adamlar əmək müqaviləsi bağlamadan işləyirlər”, - deyə Əmək Müfəttişliyinin sektor müdiri Emil Allahverdiyev bildirib.

Bu, monopoliyanın adi qaydalarından biridir – bazarda rəqibinin omadığına əmin olan şirkət əmək qanunvericiliyinə əməl etməyə belə tənbəllik edir. Həm büdcəyə vergi ödəməkdən yayınır, həm də işçiləri qarşısında sosial öhdəlikdən qaçır. 

Ən başlıcası isə, bu fakt ölkədə biznes mühitinin bərbad vəziyyətdə olmasını ortaya qoyur. Monopoliya rəqabətə davamlı biznes mühitini məhv edir. Yaxın gələcəkdə monopoliyanın fəsadlarını daha çox  hiss edəcəyik!
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin