“Bank Respublika” almanlardan 10 milyon istəyir…

15/05/2018 [10:44] - İqtisadiyyat (907)



İqtisadiyyatımızın heç cür sabit relslər üzərinə düşə bilməməsi, inhisarçılığın hələ də tüğyan etməsi və digər neqativ tendensiyaların mövcudluğu ölkədəki məmur oliqarxiyasının “uğurları” siyahısına daxildir. Strateji pozisiyalardan olan bank sektoru da bu eybəcər mühitin “əsərlərindən” sayıla bilər. Hansı bankı tərpətsəniz, arxasından hamımızın tanıdığı simalar çıxacaq. Ancaq rəsmi olaraq, bu bankların həmin məmurlarla hər hansı bağlantısını tapmaq çox vaxt mümkünsüz olur. Necə ki, “Bank Respublika”nın Elman Rüstəmova aid olduğu barədə uzun müddət mətbuatda yazılar getsə də, bunun rəsmi təsdiqi yoxdur…

Əldə etdiyimiz məlumata görə, “Bank Respublika” da ümumilikdə bank sektorunu bürümüş tənəzzüldən kənarda qala bilməyib və bankın təcili olaraq, 20 milyon manata ehtiyacı yaranıb ki, bu da nizamnamə kapitalının artırılması ilə bağlıdır. Bankın E.Rüstəmova aid olduğuna çoxlarının şübhəsi olmasa da, rəsmi olaraq, onun səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləri sayılır.

 Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir
1483618779_respublika333

Siyahıdan göründüyü kimi, səhmdarlar arasında alman şirkəti də var və bizdə olan məlumata görə, sözügedən məbləğin 10 milyonu bankın gerçək “xozeyin”i tərəfindən tapılsa da, qalan 10 milyonu üçün almanlara müraciət edilib. Ancaq nədənsə alman şirkəti həmin məbləği ödəməkdə tərəddüd edir və bank rəhbərliyi heç cür avropalılardan müsbət cavab  ala bilmir. Bu isə “Bank Respublika”nı qeyri-müəyyən, onun sahibini isə diskomfort duruma salıb. Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir və bu da onsuz da durumu birmənalı olmayan bankı daha da çətinə salır.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl bankın idarəçiliyində kadr dəyişiklikləri olub  və rəhbərliyə əvvəllər “AccesBank”da çalışmış mütəxəssislər gətirilib. Nəticədə personal sayı və əmək haqları da artırılıb ki, bu da bankın xərclərini biraz da artırıb. Ancaq bizdə olan məlumata görə, buna baxmayaraq, sözügedən bank ilin birinci rübünü gəlirlə qapada bilib. Lakin gəlirliliyi davamlı etmək üçün yuxarıda deyildiyi kimi, ən azı əlavə 20 milyona mütləq ehtiyac var.

“Bank Respublika” ilə “Rabitəbank”ın sevdası niyə baş tutmur?
Bank sektorundakı mənbələrimiz deyir ki, vəziyyətdən çıxış yolu kimi, “Bank Respublika”nın “Rabitəbank”la birləşməsi variantı da nəzərdən keçirilir. Lakin burada da kompromisə gəlmək müşkül görünür. Belə ki, “Rabitəbank” maliyyə baxımından kifayət qədər dayanıqlı olsa da, müştəri və əməliyyat sayı sarıdan “Bank Respublika”nın daha üstün olduğu bildirilir. Deməli, pul  “Rabitəbank”da, gəlirli bank əməliyyatları isə “Bank Respublika”dadır. Deyilənə görə, elə razılığa gəlməyən də baş bankirin olduğu iddia edilən bankdır. Nəticədə sözügedən bank müstəqilliyini saxlamaq istəyindən və əməliyyatlardan daxil olan gəlirləri bölüşməmək fikrindən vaz keçmək istəməsə də, pul tapmaqda çətinlik çəkir.

Məntiqlə patronu baş bankir olduğu deyilən bir bank üçün 20 milyon böyük məbləğ sayılmamalıdır. Lakin son zamanlar mətbuatda E.Rüstəmov barədə yazılanlara diqqət yetirsək, maliyyə sıxıntısının səbəbləri aydınlaşar. Belə ki, hələ birinci devalvasiyadan bir neçə həftə öncə E.Rüstəmovun Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu iddia edilir ki, bu da o vaxtkı məzənnə ilə təxminən 1 milyard dollar təşkil edir. Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. İndi ola bilməz ki, bu vəsaitin hesabı sorulmasın…

Bundan əlavə, yenə mətbuatda E.Rüstəmova aid olduğu deyilən  “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, Bakı İnvest Holdinq”, “Bakı Sığorta” kimi şirkətlərin də durumu o qədər ürəkaçan deyil. Bütün bunları üst-üstə gəldikdə maddi sıxıntının səbəbləri barədə müəyyən təsəvvür yaranar.

Digər bir iddiaya görə isə E.Rüstəmovun Gürcüstandakı tikinti biznesinə Neft Fondunun rəhbəri Şahmar Mövsumovun qardaşı Şahin Mövsumov da şərikdir. Bildirilir ki, E.Rüstəmovun kadrı sayılan Ş.Mövsumovun qardaşı ortaqlıq üçün ortaya 100 milyon dollar qoyub. Bu vəsait isə artıq ləğv olunan “Bank Standard”dan girovsuz (!) götürülüb və geri qaytarılmayıb. Və maraqlıdır ki,  bütün bu 100 milyonlarla dollarlıq iddialarla bağlı sözügedən şəxslər tərəfindən heç bir rəsmi açıqlama verilmir.

Göründüyü kimi, bir-bir müflisləşən və zərəri dövlətə ödətdirilən bankların yüz milyonları havada uçuşur. Bank sektorunun vəziyyəti isə düzəlmir ki, düzəlmir və hətta baş bankirin belə adı müxtəlif çirkli maxinasiyalarda hallanırsa, bu gedişlə düzələn də deyil…

AzPolitika.info
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
Xəbər lenti
22/01/2019 [22:11]:
Bu il Azercell daha 25 tələbəni sevindirdi
22/01/2019 [21:16]:
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
22/01/2019 [19:51]:
Axtarışda olan 15 nəfər saxlanıldı
22/01/2019 [18:19]:
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb
22/01/2019 [16:48]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
22/01/2019 [15:23]:
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
22/01/2019 [13:59]:
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
22/01/2019 [12:13]:
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
22/01/2019 [12:13]:
Azərbaycan nefti bahalaşıb
22/01/2019 [10:46]:
Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
22/01/2019 [10:13]:
Azercell NNTV xidmətini təqdim edir
22/01/2019 [09:52]:
Kürdəmirdə zəlzələ oldu
22/01/2019 [08:53]:
Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
Deputat: Azərbaycanda elə proseslər baş verər ki, tüklərimiz biz-biz olar...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin