İlham Əliyev: Bu cür layihələr Azərbaycanın geosiyasi önəmini daha da artırır

14/05/2018 [16:16] - Siyasət (1156)



“Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcək. 

Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında deyib.

“Fikirləşmək olardı ki, biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır”, - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir: “Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük. Bir daha demək istəyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaq”.
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
19/11/2019 [23:59]:
Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir
19/11/2019 [22:18]:
"Sarı jiletlilər"in aksiyasında bir nümayişçi gözünü itirib
19/11/2019 [21:28]:
Təhsil nazirinin müavini məktəb direktorları ilə görüşüb
19/11/2019 [20:50]:
Hava limanında əməliyyat - 100 kiloqram kokain aşkarlanıb
19/11/2019 [19:14]:
Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər
19/11/2019 [18:32]:
Pompeo: "İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil"
19/11/2019 [18:23]:
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
19/11/2019 [17:51]:
Ukraynada virusa görə məktəb bağlandı
19/11/2019 [17:21]:
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19/11/2019 [16:33]:
Millimiz Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
19/11/2019 [16:00]:
"Bavariya"nın yeni prezidenti Qvardiolanı geri qaytarmağı istisna etməyib
19/11/2019 [15:46]:
Serj Sarqsyan Aprel döyüşləri ilə bağlı dindiriləcək
19/11/2019 [15:32]:
Rusiya Ukrayna gəmilərini qaytarıb
19/11/2019 [14:59]:
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib
19/11/2019 [14:50]:
"Azərbaycan müdafiədə yaxşı oynayır"
19/11/2019 [14:32]:
Deputat: “Bu gün ən ciddi məsələ məhkəmə hüquq sistemindəki pozuntularla bağlıdır"
19/11/2019 [14:25]:
Baş hərbi müfəttiş və müavinləri işdən çıxarıldı
19/11/2019 [14:21]:
"Bu istiqamətdə ciddi islahatlara ehtiyac var"
19/11/2019 [13:52]:
UNESKO yanında Qoşulmama Hərəkatı qrupuna sədrlik Azərbaycana keçib
19/11/2019 [13:33]:
Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib
19/11/2019 [13:31]:
Deputat: “Bu, özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək”
19/11/2019 [12:49]:
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
19/11/2019 [12:17]:
Milli Məclisin növbəti plenar iclası başlayıb
19/11/2019 [12:10]:
Fransa və Rusiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
19/11/2019 [11:44]:
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin