“AppLab” iştirakçıları qalib olub

14/05/2018 [15:33] - Cəmiyyət (1231)



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub.

Layihələrin qiymətləndirilməsi nəticəsində “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar. I yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləği xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” layihəsi tutub.


Qeyd edək ki, Beynəlxalq “Golden Byte” İT çempionatı regional seçim və regional final mərhələlərdən ibarətdir və 10 ölkədən 10 min nəfərdən çox iştirakçını bir araya gətirir. “Step IT Academy” tərəfindən Azərbaycanda təşkil olunan regional final mərhələsi may ayının 4-də keçirilib. İki yarımfinal mərhələsindən keçmiş layihələr yerli və beynəlxalq şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Beynəlxalq “Golden Byte” İT çempionatı 2008-ci ildə “Step IT Academy” tərəfindən təsis edilib. Builki regional “Golden Byte”finalının baş sponsoru “AzerTelecom” şirkətidir.

Xatırladaq ki, “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Xəbər lenti
08/12/2019 [14:50]:
İğtişaşlarda iştirak edən 77 nəfər saxlanılıb
08/12/2019 [14:23]:
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
08/12/2019 [13:54]:
"Həzi Aslanov" metrostansiyası bağlanır?
08/12/2019 [13:43]:
“Leviafan” filmi son on ilin “Ən yaxşı filmlər”i siyahısına daxil olub
08/12/2019 [13:17]:
Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb
08/12/2019 [12:49]:
Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb
08/12/2019 [12:22]:
Futbolçular rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər
08/12/2019 [11:41]:
Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
08/12/2019 [11:21]:
ABŞ və İran girov mübadiləsi həyata keçirib
08/12/2019 [10:54]:
Təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib
08/12/2019 [10:00]:
"Votford"a yeni baş məşqçi təyin edilib
07/12/2019 [23:59]:
Sakinlərə həftəsonu və tətillərdə evdə ölmək qadağan edildi
07/12/2019 [22:37]:
Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb
07/12/2019 [22:18]:
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
07/12/2019 [21:42]:
Hərbçi üç polisi güllələyib
07/12/2019 [20:51]:
“YUĞ” Teatrında növbəti dəfə “Vəsvəsə” olacaq
07/12/2019 [19:49]:
“Real” bu futbolçu üçün 55 milyonundan keçir
07/12/2019 [18:37]:
Tramp meksikalı narkokartellərin terror təşkilatı olaraq tanınmasını təxirə salıb
07/12/2019 [17:46]:
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
07/12/2019 [17:40]:
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
07/12/2019 [16:52]:
Nazir şəhid övladlarının əllərindən öpdü - Foto
07/12/2019 [16:33]:
Bakı Limanı böyük həcmdə Çin yüklərini qəbul etməyə hazırdır
07/12/2019 [15:44]:
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
07/12/2019 [15:27]:
Azərbaycan taekvondoçusu Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib
07/12/2019 [14:40]:
Neftimiz bahalaşıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Gənclərlə bağlı layihə yekunlaşdı
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin