Ağır atletika üzrə Misir yığması Azərbaycanda təlim-məşq toplanışı keçirıb

13/05/2018 [12:38] - İdman (904)



Ağır atletika üzrə Misir yığma komandasının Azərbaycanda təlim-məşq toplanışı baş tutub. Üç həftəlik hazırlıq mərhələsini Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksində keçirən qonaqlar, artıq vətənlərinə dönüblər.

Federasiyadan Trend-ə verilən məlumata görə, 30-ya yaxın idmançı, məşqçi və mütəxəssis heyəti ilə gələn qonaq komandanın məşq prosesi olduqca uğurlu olub. Onlara AAAF tərəfindən də bütün dəstək göstərilib. Belə ki, yığma üzvləri üçün AAAF Parkda rahat qidalanma, qalma, məşq, gəzinti və digər bu kimi geniş imkanlar yaradılıb.

Misir Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Məhcub da məşqlərin birində AAAF TV-yə müsahibə verərək təlim-məşq toplanışlarının yüksək səviyyədə keçdiyini, onlar üçün hər bir şəraitin yaradıldığını qeyd edib: “Biz ötən il IV İslam Həmrəyliyi Oyunları zamanı da Bakıda olmuşduq. Budəfəki toplanışımız isə 3 həftə davam etdi və təxminən 30-a yaxın heyətlə məşqlərimizi etdik. Burada hər şey çox yaxşıdır – təşkilatçılıq, qidalanma, qalma, məşq üçün məkanlar və s. İnsanlar da çox qonaqpərvərdir. Toplanış zamanı heç bir çətinliyimiz olmadı, hər şey yüksək səviyyədə təşkil edildi. Toplanış zamanı xeyli gəzmək imkanımız da oldu, həm də yaxşı vaxt keçirdik və istirahət də etdik”.

Azərbaycan və Misir Ağır Atletika Federasiyaları arasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, gələcəkdə hər iki ölkənin yığma komandalarının həm Misirdə, həm də digər xarici ölkələrin birində birgə təlim-məşq toplanışı keçirilsin.

Qeyd edək ki, Misir yığma komandasından öncə ağır atletika üzrə Səudiyyə Ərəbistanı millisi də 3 həftəlik toplanışını məhz AAAF Parkda reallaşdırıb. Misir kollektivindən sonra daha bir neçə ərəb regionu ölkələri və digər yığma komandalar da Azərbaycana gələrək toplanış keçməyi planlaşdırır.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
16/08/2019 [14:29]:
Elçin Quliyev: Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
16/08/2019 [13:36]:
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Bakıda bu ərazilərdəki evlər söküləcək
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin