Komitə sədri ABŞ-a gedir - rəsmi

12/05/2018 [20:29] - Cəmiyyət (1070)



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Amerika Yəhudi Komitəsinin dəvəti ilə 13-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycandakı dini konfessiya təmsilçiləri – Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, eləcə də DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.

 Səfər çərçivəsində nümayəndə heyəti Kaliforniya ştatının Los-Anceles və San-Fransisko şəhərlərində ölkəmizdə mövcud olan dini müxtəliflik, dini tolerantlıq mühiti, birgəyaşayış modeli, eləcə də multikultural dəyərlərə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Eyni zamanda, Kaliforniya Senatında senator Jerry Hill ilə, Los-Anceles arxiyepiskopu Jose Gomezlə, ABŞ-ın ən böyük yəhudi lobbi təşkilatı olan AIPAC-da, Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 San-Fransisko şəhərində Amerika Yəhudi Komitəsinin təşkilatçılığı ilə “Commonwealth Club”da Azərbaycanda dini müxtəlifliyin təbliğinə həsr olunmuş “Münaqişəsiz dinlərarası harmoniya: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçiriləcək. Qeyd edək ki, “Commonwealth Club” hər il siyasət, mədəniyyət, cəmiyyət və iqtisadiyyat sahəsində baş verən əsas hadisələrin müzakirəsi üçün geniş forumlar təşkil edir və forumlarda ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ekspertlərin məruzələri dinlənilir.

Səfər zamanı Los-Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycanda mövcud dini müxtəliflik və nümunəvi tolerantlıq mühitindən bəhs edən tədbir keçiriləcək. Tədbir çərçivəsində çoxəsrlik tolerantlıq ənənələrinə malik ölkəmizi tanıdan sərgi təşkil ediləcək.
Şəkidə qəssablar etiraza qalxdı - təfsilat
Yenə işıq qəzası - metroda gərginlik
Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? - siyahı
Coca-Cola şirkəti: Azərbaycanda 250 milyon dollar vergi ödəmişik
"Taliban" Əfqanıstanı qana boyadı - 12 polis öldü
Xəbər lenti
21/07/2018 [00:48]:
Şəkidə qəssablar etiraza qalxdı - təfsilat
21/07/2018 [00:39]:
Yenə işıq qəzası - metroda gərginlik
20/07/2018 [23:40]:
Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? - siyahı
20/07/2018 [22:29]:
Coca-Cola şirkəti: Azərbaycanda 250 milyon dollar vergi ödəmişik
20/07/2018 [21:34]:
"Taliban" Əfqanıstanı qana boyadı - 12 polis öldü
20/07/2018 [21:15]:
İlham Əliyev Fransa prezidenti ilə Qarabağı müzakirə etdi - yenilənib
20/07/2018 [20:43]:
Tramp Putinlə yeni görüşə hazırlaşır
20/07/2018 [19:37]:
AzTV sədrini öldürməyə cəhd edənlərə hökm oxunub
20/07/2018 [18:27]:
Azərbaycan stolüstü tennis üzrə Avropa çempoionatının qalibi oldu
20/07/2018 [17:21]:
“ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübə keçəcək
20/07/2018 [16:38]:
Fuad Muradov küsülü diaspor rəhbərlərini barışdırdı
20/07/2018 [15:49]:
Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb - 8 nəfər xəsarət alıb
20/07/2018 [14:22]:
Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərlərini qəbul edib - yenilənib
20/07/2018 [13:11]:
Azərbaycan futbolunda böhran: Oliqarxlar klubların pullarını azaldıblar
20/07/2018 [12:52]:
İyulun 21-ə hava proqnozu
20/07/2018 [12:26]:
“Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb
20/07/2018 [12:14]:
Azərbaycan prezidenti Parisdə şirkət rəhbərləri ilə görüşüb - yenilənib
20/07/2018 [11:59]:
51 azərbaycanlı məcburi qaydada Almaniyadan deportasiya edilib
20/07/2018 [11:39]:
Tramp Putini Vaşinqtona dəvət edib
20/07/2018 [10:43]:
Azərbaycan nefti cüzi ucuzlaşıb
20/07/2018 [09:57]:
Azərbaycan klubları Avropa Liqasında mübarizəni dayandırıb
20/07/2018 [01:39]:
İlham Əliyevin Fransa görüşləri davam edir - yenilənib
20/07/2018 [00:02]:
İlham Əliyev çirkli pullarla bağlı fərman verdi
19/07/2018 [23:24]:
Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
19/07/2018 [22:24]:
Dövlət Turizm Agentliyi jurnalistlərlə bir araya gəldi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır
Elmar Vəliyevin səhhəti ilə bağlı açıqlama
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
İlham Əliyev əlillərlə bağlı fərman verdi
İlham Əliyev 9 sərəncam, 5 fərman imzaladı - yeni təyinatlar var
Nazir 2 idarə rəisini işdən çıxartdı
Vergilər naziri 19 nəfəri işdən qovdu - siyahı
Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı həbs edildi - foto
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin