Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il ötür

12/05/2018 [09:56] - Siyasət (1289)



Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür.

APA-nın məlumatına görə, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. 

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. 

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.

Atəşkəsdən ötən 24 il ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib. Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində strateji Lələ təpə yüksəkliyini və Tərtər istiqamətində Talış kəndi ətrafında mövqeləri işğalçılardan təmizləyib. Döyüşlərdə hər iki tərəf xeyli itki verib. 
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
19/11/2019 [23:59]:
Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir
19/11/2019 [22:18]:
"Sarı jiletlilər"in aksiyasında bir nümayişçi gözünü itirib
19/11/2019 [21:28]:
Təhsil nazirinin müavini məktəb direktorları ilə görüşüb
19/11/2019 [20:50]:
Hava limanında əməliyyat - 100 kiloqram kokain aşkarlanıb
19/11/2019 [19:14]:
Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər
19/11/2019 [18:32]:
Pompeo: "İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil"
19/11/2019 [18:23]:
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
19/11/2019 [17:51]:
Ukraynada virusa görə məktəb bağlandı
19/11/2019 [17:21]:
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19/11/2019 [16:33]:
Millimiz Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
19/11/2019 [16:00]:
"Bavariya"nın yeni prezidenti Qvardiolanı geri qaytarmağı istisna etməyib
19/11/2019 [15:46]:
Serj Sarqsyan Aprel döyüşləri ilə bağlı dindiriləcək
19/11/2019 [15:32]:
Rusiya Ukrayna gəmilərini qaytarıb
19/11/2019 [14:59]:
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib
19/11/2019 [14:50]:
"Azərbaycan müdafiədə yaxşı oynayır"
19/11/2019 [14:32]:
Deputat: “Bu gün ən ciddi məsələ məhkəmə hüquq sistemindəki pozuntularla bağlıdır"
19/11/2019 [14:25]:
Baş hərbi müfəttiş və müavinləri işdən çıxarıldı
19/11/2019 [14:21]:
"Bu istiqamətdə ciddi islahatlara ehtiyac var"
19/11/2019 [13:52]:
UNESKO yanında Qoşulmama Hərəkatı qrupuna sədrlik Azərbaycana keçib
19/11/2019 [13:33]:
Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib
19/11/2019 [13:31]:
Deputat: “Bu, özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək”
19/11/2019 [12:49]:
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
19/11/2019 [12:17]:
Milli Məclisin növbəti plenar iclası başlayıb
19/11/2019 [12:10]:
Fransa və Rusiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
19/11/2019 [11:44]:
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin