Zülfüqarlı qardaşlarının zavodlarına yeni basqın hazırlanır - təfsilat

11/05/2018 [00:03] - Gündəm (1634)



“Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov yenidən Zülfüqarlı qardaşlarının zavodlarına basqın hazırlayıb. Zülfüqarlılar baş verməkdə olan böyük qanunsuzluqlarla bağlı ölkə rəhbərliyinə müracət ünvanlayıblar. 

İstiqlal.az müraciətin tam mətni daxil olub. I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan müraciətdə deyilir:

Çox hörmətli Mehriban xanım!

Biz iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşları “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov və onun havadarları tərəfindən əmlaklarımız “Bakı Poladtökmə” ASC, “Bakı Elektroştamp” ASC, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında yerləşən, şəxsi mülkiyyətimiz olan əmlak kompleksi, həmin kompleksin yanında yerləşən, kiçik qardaşımız Elnur Zülfüqarlıya məxsus qranit kəsmə sexi qarşılığında heç bir ödəniş edilmədən, zorla əlimizdən alınaraq qəsb edilib. Bundan sonra Rasim Məmmədovun  təzyiqləri səbəbindən və həyatımız təhlükə qarşısında olduğundan ölkəni tərk etmək məcburiyyətində qaldıq. Uzun müddət Türkiyə Respublikasında mühacirətdə yaşadıqdan sonra, cənab Prezidentin sahibkarlara çağırışına cavab olaraq, İlham Əliyev cənablarının və şəxsən ölkəmizin I Vitse-Prezidenti kimi Sizin sahibkarla verdiyiniz dəstəkdən ruhlanaraq ölkəmizdə yeni iş qurmaq niyyəti ilə vətənimizə geri döndük. Ölkəmizə qayıtdıqdan sonra biz külli miqdarda investisiya yatıraraq, müasir tələblərə cavab verən yeni istehsal sahəsi yaratdıq. Bunun da nəticəsində artıq 300 nəfərdən yuxarı yeni iş yerləri açmışıq. Biz bu layihəni həyata keçirmək məqsədi ilə ölkəmizin ən böyük banklarından olan “Paşa Bank” ASC-dən külli miqdarda kredit götürmüşük. Bu istehsal sahəsini qurarkən, ölkə Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanın uyğun olaraq İqtisadiyyat Nazirliyindən 12 oktyabr 2017-ci il tarixli, İN/İTS-122/2017 saylı İnvestisiya Təşviqi Sənədini də, əldə etmişik. Bizim istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara tam cavab verdiyindən, məhsullarımızın böyük hissəsi uğurla xaricə ixrac olunur. Biz qurduğumuz yeni istehsal sahəsi ilə bağlı artıq İSO sertfikatını da, almışıq. Biz Zülfüqarlı qardaşları iş adamları olaraq bununla kifayətlənməyərək, daha yeni və daha uğurlu layihələrin reallaşdırılması üzərində çalışırıq. Lakin çox təəssüf ki, bizim bu uğurlarımızı qısqanclıqla qarşılayan Rasim Məmmədov yenidən öz havadarlarının köməyinə arxalanaraq, bizim üstümüzə daha aqressiv şəkildə gəlməyə və bizə qarşı çox böyük təzyiqlər etməyə başlayıb. Bizə qarşı saxta iddialar qaldırtdıraraq, məhkəmələrə təzyiq etdirməklə əleyhimizə qeyri-qanuni qərarlar çıxartdırıb. Bu yolla tərəfimizdən quraşdırılmış və bizə məxsus olan istehsal xəttini zorla əlimizdən almağa çalışır. Qeyd edək ki, həmin xətt  bizim yeni qurduğumuz istehsal sahəsinin əsasını təşkil etdiyindən, Rasim Məmmədov həmin xətti bizim əlimizdən zorla almaqla yeni qurduğumuz və uğurla fəaliyyət göstərməkdə olan yeni istehsal sahəsini iflic vəziyyətinə salaraq, fəaliyyətini dayandırmaq istəyir. Artıq Rasim Məmmədovun təzyiqləri nəticəsində Bakı şəhəri,  Nizami Rayon İcra və Probasiya Şöbəsindən bizə rəsmi qaydada xəbərdar ediblər ki, 11 may 2018-ci il tarixində qeyd edilən xətt məcburi qaydada sökülərək aparılacaqdır. Bir daha bildirmək istəyirik ki, həmin xəttin sökülməsi müəssisəmizin iflic vəziyyətinə düşməsinə səbəb olacaq ki, bununda nəticəsində həm 300 nəfərə yaxın adam öz iş yerlərini itirəcəklər. Bundan başqa reallaşdırmaq istədiyimiz yeni perspektiv layihələri həyata keçirmək mümkün olmayacaq.  

Qeyd edilənlərlə yanaşı bildirmək istəyirik ki, əgər müəssisəmiz Rasim Məmmədov tərəfindən məqsədyönlü şəkildə iflic vəziyyətinə salınarsa, bizim “Paşa Bank” ASC qarşısında kredit ödənişləri ilə bağlı götürdüyümüz müqavilə öhdəliklərinə əməl etməyimiz demək olar ki, mümkünsüz vəziyyətə gələcəkdir.

Hörmətli Mehriban xanım!

Biz bu ölkənin vətəndaşları deyilikmi? Bizim vergilər şəklində ödədiyimiz külli miqdarda vəsait bizim ölkəmizin büdcəsinə zərrə qədərdə olsa xeyir vermirmi? Bizm müəssisədə çalışan 300 nəfərdən artıq əməkdaş bu ölkənin vətəndaşları deyilmi? Axı bizə qarşı edilən bu ayrı-seçkilik haradan qaynaqlanır? 

Çox hörmətli I Vitse-Prezident!

Biz daima Dövlətini, Prezidentini sevən, dövlətimizin verdiyi qərarlara hörmətlə yanaşan, dövlətimizin mənafeyini hər şeydən üstün tutan, bir iş adamları kimi Sizə müraciət edirik. 
Hər danışığında Ramiz Mehdiyevin adını hallandıraraq ona arxalanan Rasim Məmmədovun hərəkətlərinə son qoyulmasını tələb edirik. 3 zavodumuzun zorla əlimizdən alınması bəs deyilmiş kimi son dayanacağımız olan, Bakının Keşlə qəsəbəsində yerləşən zavodumuzdakı prokat xəttini də özününkiləşdirərək əlimizdən alınması artıq bizim üçün namus məsələsidir. Ulu öndərimiz Heydər Əliyevin ad günündə müxtəlif güc strukturlarının müşaiyəti ilə zorla zavoda girib alın tərimizlə qazanıb qurduğumuz prokat xəttinin sökülməsinə icazə verməyəcəyik. Ona görə də, ölümlə nəticələnə biləcək qarşıdurma yaranmasın deyə verilən icra qərarının dayandırılması ilə bağlı lazımi göstəriş verməyinizi öz adımızdan və müəssisəmizin çoxsaylı kollektivi adından Sizdən xahiş edirik. 
Ruslarda milli satqınlarla bağlı elə məlumatlar var ki...
2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək
“Neftin qiyməti 100 dollara çatmayacaq” – BP-nin rəhbəri
Mayın 25-ə hava proqnozu
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
Xəbər lenti
24/05/2018 [23:58]:
Ruslarda milli satqınlarla bağlı elə məlumatlar var ki...
24/05/2018 [23:26]:
2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək
24/05/2018 [22:37]:
“Neftin qiyməti 100 dollara çatmayacaq” – BP-nin rəhbəri
24/05/2018 [21:48]:
Mayın 25-ə hava proqnozu
24/05/2018 [20:59]:
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
24/05/2018 [20:14]:
“Qarabağ” 9 futbolçu ilə yollarını ayırıb
24/05/2018 [19:53]:
“Moody’s": Gələn il Azərbaycan iqtisadiyyatı 3% artacaq
24/05/2018 [19:07]:
Diaqnostik qiymətləndirməndə 20 min müəllim iştirak edəcək
24/05/2018 [18:19]:
Nazirlik tikinti şirkətini məhkəməyə verdi
24/05/2018 [17:31]:
Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub
24/05/2018 [17:23]:
Prezident 634 nəfəri əfv etdi - tam siyahı-yenilənib
24/05/2018 [16:47]:
"Bakcell" karyera sərgisinə qatılıb
24/05/2018 [16:43]:
FİFA millimizin oyunlarını tanımır
24/05/2018 [15:55]:
ABŞ-ın BMT-dəki daimi nümayəndəsini fitə basdılar
24/05/2018 [15:24]:
AXC-nin dövlət bayrağı Novruz Məmmədova təqdim olundu
24/05/2018 [14:57]:
Tramp İlham Əliyevə məktub göndərib
24/05/2018 [14:48]:
Lökbatan-Qobu yolu açılıb
24/05/2018 [14:13]:
Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”
24/05/2018 [13:34]:
Gələn ildən aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq
24/05/2018 [12:41]:
İlham Əliyev məcburi köçkünlər üçün yaşayış kompleksinin açılışında
24/05/2018 [11:51]:
Azad Rəhimovun oğlunu hədələdilər: şərtlərə əməl etsin, yoxsa...
24/05/2018 [11:05]:
6 qanuna dəyişikliklər edilir
24/05/2018 [10:34]:
İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq
24/05/2018 [09:58]:
Ayətullah Xamenei: Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır
24/05/2018 [00:30]:
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev icra başçısını dəyişdi - sərəncam
Saxta əlilliklə bağlı araşdırmalar başladı – Həbslər gözlənilir…
“Quska”dan ilk açıqlama: Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz
Nazir 4 idarə rəisini işdən çıxardı - təfsilat
İlham Əliyev 2 sərəncam imzaladı - təlitflər-siyahı
İlham Əliyevdən yeni təyinat - sərəncam
Vəkilin milyarderə ayı xidməti - Aslan İsmayılovun təzminat tələbinə sözardı
İlham Əliyev 8 sərəncam, 6 fərman imzaladı
Nazir deputatı işdən çıxartdı - rəsmi
Sabiq nazir əfv üçün müraciət edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin