"Məmurlar təsərrüfat sahəmizə basqın edib" - Prezidentə şikayət - Fotolar

08/05/2018 [15:27] - Cəmiyyət (1620)



Sumqayıt şəhər 16-cı mikrorayon, ev 7, mənzil 10-da yaşayan Zemfira Məmmədova prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevə və Ombudsman Elmira Süleymanovaya müraciət edib.

 Şikayətçi müraciətin bir surətini də 24saat.org saytının redaksiyasına yollayıb. Zemfira Dostməmmədovanın şikayəti Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşları barədədir. Şikayətçi yazır ki, sözügedən qurumun əməkdaşları ona  “Qurd dərəsi” adlanan ərazidə ona məxsus təsərrüfat sahəsinə basqın edərək külli miqdarda ziyan vurublar. Şikayətçi yazır:
“Cənab Prezident, hörmətli Mehriban xanım, mənim 73 yaşım var. Bir neçə ildir ki, onkoloji xəstəyəm. Sumqayıt şəhərində “Qurd dərəsi” adlanan ərazidə xırda təsərrüfat sahəmiz var. Orda toyuq-cücə saxlamaqla birtəhər dolanırıq. Həmin təsərrüfat sahəsi 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Yerli bələdiyyə ilə 12 illik müqaviləmiz var. Digər tərəfdən, təsəsrrüfat sahəmiz dəmir yolunun kənarda yerləşdiyi üçün həmin əraziyə “Azərbaycan Dəmir Yolları” QSC nəzarət edir. Yəni, qanunsuz tikinti işləri aparılırsa, bununla bağlı dəmir yolunun işçiləri qanuna müvafiq qaydada tədbir görür. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral 33 saylı qərarında da dəmir yolunun kənarındakı torpaqların “Azərbaycan Dəmir Yolları” QSC-yə aid olduğu qeyd edilir.
Uzun illər əvvəl orada özümüz üçün daldanacaq da tikmişik. Həmin ərazidəki təsərrüfat sahələrində də bu tip daxmalar var. Biz illərdir ki, işıq, qaz, su pulu ödəyirik. Hətta elələri var ki, yaşayış yeri olmadığına görə ev də tikib. Sağ olsun hökumət, insanların imkansızlığını nəzərə alaraq digər sənədiz evlər kimi bu evlərin də sökülməsini təxirə salıb. Biz isə bir daha qeyd edirəm ki, ev yox sadəcə daldanacaq tikmişik. Bu günlərdə həmin tikilinin damı yararsız vəziyyətə düşdüyü üçün xırda təmir işləri aparmışıq. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi də sanki bunu gözləyirmiş.
Mayın 3-də səhər saatlarında həmin idarənin təxminən 30-a yaxın əməkdaşı bizə məxsus təsərrüfat sahəsinə sözün əsl mənasında basqın edib. Onlar qapını sındıraraq içəri daxil olublar. Daldanacağı uçurublar. İçəridəki əşyalarımızı,o cümlədən televizoru sındırıblar. Cücə artırmaq üçün aldığımız inkubatoru yararsız hala salıblar, onun içindəki yumurtaları məhv ediblər, bir neçə cücə də tələf olub. Bu adamların törətdiyi əməllər nəticəsində bizə təxminən 2500-3000 manat civarında zərər dəyib”. 
Şikayətçi bildirir ki, həmin vaxt təsərrüfat sahəsində olmayıblar. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşları da bundan istifadə edib.  Zemfira Dostməmmədova onların bu addımının səbəbini də yazıb:
“Qonşular bu adamlara qanunsuz əməllərinə son qoymalarını, söküntü işlərinin bu cür aparılmadığını, bunun üçün bağ sahibinə məlumat verməli olduqlarını xatırlatsalar da, bu şəxslər tərəfindən hədə və təhdidlərə məruz qalıblar. 
Eyni zamanda bu addımlarının səbəbini də deyiblər: “Bizə pul versin”. Sən demə, 3 dənə şiferə görə mən bu adamlara pul verməliymişəm. Deməli, rüşvət versəydim, orada nə istəsəm tikə bilərdim. 
Cənab Prezident, hörmətli Mehriban xanım, söküntü işləri müvafiq qanun və qaydalarla həyata keçirilir. Əgər bu adamlar qanuni iş görürdülərsə, o zaman əraziyə hüquq-mühafizə orqanları ilə gəlməliydilər. Lakin bu adamlar da fərqindədir ki, qanunsuz iş görürlər, ona görə də əraziyə polislə yox, qoçu dəstəsi ilə gəliblər. 
Cənab Prezident, hörmətli Mehriban xanım, mən sizə bir ağbirçək ana kimi müraciət edirəm. Mənim bu təsərrüfat sahəsindən başqa dolanışıq yerim yoxdur. Xəstəliyimlə əlaqədar banklara külli miqdarda borcumuz yaranıb. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələni nəzaraətə götürəsiniz, qaraşdırılması üçün müvafiq qurumlara tapşırıq verəsiniz. Ümidim yalnız Sizədir”.

Ruslarda milli satqınlarla bağlı elə məlumatlar var ki...
2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək
“Neftin qiyməti 100 dollara çatmayacaq” – BP-nin rəhbəri
Mayın 25-ə hava proqnozu
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
Xəbər lenti
24/05/2018 [23:58]:
Ruslarda milli satqınlarla bağlı elə məlumatlar var ki...
24/05/2018 [23:26]:
2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək
24/05/2018 [22:37]:
“Neftin qiyməti 100 dollara çatmayacaq” – BP-nin rəhbəri
24/05/2018 [21:48]:
Mayın 25-ə hava proqnozu
24/05/2018 [20:59]:
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
24/05/2018 [20:14]:
“Qarabağ” 9 futbolçu ilə yollarını ayırıb
24/05/2018 [19:53]:
“Moody’s": Gələn il Azərbaycan iqtisadiyyatı 3% artacaq
24/05/2018 [19:07]:
Diaqnostik qiymətləndirməndə 20 min müəllim iştirak edəcək
24/05/2018 [18:19]:
Nazirlik tikinti şirkətini məhkəməyə verdi
24/05/2018 [17:31]:
Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub
24/05/2018 [17:23]:
Prezident 634 nəfəri əfv etdi - tam siyahı-yenilənib
24/05/2018 [16:47]:
"Bakcell" karyera sərgisinə qatılıb
24/05/2018 [16:43]:
FİFA millimizin oyunlarını tanımır
24/05/2018 [15:55]:
ABŞ-ın BMT-dəki daimi nümayəndəsini fitə basdılar
24/05/2018 [15:24]:
AXC-nin dövlət bayrağı Novruz Məmmədova təqdim olundu
24/05/2018 [14:57]:
Tramp İlham Əliyevə məktub göndərib
24/05/2018 [14:48]:
Lökbatan-Qobu yolu açılıb
24/05/2018 [14:13]:
Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”
24/05/2018 [13:34]:
Gələn ildən aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq
24/05/2018 [12:41]:
İlham Əliyev məcburi köçkünlər üçün yaşayış kompleksinin açılışında
24/05/2018 [11:51]:
Azad Rəhimovun oğlunu hədələdilər: şərtlərə əməl etsin, yoxsa...
24/05/2018 [11:05]:
6 qanuna dəyişikliklər edilir
24/05/2018 [10:34]:
İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq
24/05/2018 [09:58]:
Ayətullah Xamenei: Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır
24/05/2018 [00:30]:
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev icra başçısını dəyişdi - sərəncam
Saxta əlilliklə bağlı araşdırmalar başladı – Həbslər gözlənilir…
“Quska”dan ilk açıqlama: Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz
Nazir 4 idarə rəisini işdən çıxardı - təfsilat
İlham Əliyev 2 sərəncam imzaladı - təlitflər-siyahı
İlham Əliyevdən yeni təyinat - sərəncam
Vəkilin milyarderə ayı xidməti - Aslan İsmayılovun təzminat tələbinə sözardı
İlham Əliyev 8 sərəncam, 6 fərman imzaladı
Nazir deputatı işdən çıxartdı - rəsmi
Sabiq nazir əfv üçün müraciət edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin