İcra başçısı Qarabağ veteranının avtomobilini girov götürüb

04/05/2018 [11:11] - Gündəm (2360)



Qarabağ müharibəsi veteranı Şahin Bağırov prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse prezident  Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciət edib. 

Müharibə veteranı müraciətində yazır: 

"Hörmətli cənab Prezident,

Hörmətli Mehriban xanım,

Hörmətli cənablar, 

1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor – minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni  əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd “tankavoy”(tank əleyhinə - red) TEEM - 57 mina, ondan 15 metr aralı  4 ədəd Ozem-72 markalı “pexotnu” (piyada əleyhinə) mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Həmin yerdə olan donuz damına 2 dənə “pexotnu” mina basdırmışam. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini  öldürüb meyidini gətirmişəm. Həmin dığanın qolunda “A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov  Aqil Baxşəli oğlunun meyidini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam. 

Hörmətli cənablar, hörmətli Mehriban xanım, 

Bunlar mənim  müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün  eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər  məni  vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım. 

Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin  icra başçısı Ramiz Yediyarov sonra gəlib məni qoruduğum  torpaqda yaşamağa imkan verməsin? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim yeganə dolanşıq  yerim olan avtomobilimi qardaşım Fəxrəddi Bağırovun obyektində qoyub qapısını hördürsün? Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim də yoxdur! 

Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi  döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor  məmur gəlib mənim bu 2 uşağıma çörək qazamağa imkan verməsin. 6 aydır mənim maşınım əsirlikdədir. Əkin sezonudur. Mən toxumu neçə daşıyım? Ramiz bu gun rayonun yarısına saxta veteranlıq verdirib birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyiram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər? 

Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu cinyətkarın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı  törətdiyi alçaqlığa mən dözə bilmirəm. Cənab prezident axı siz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması alçaqlıqdır. Bəs bir başçının müharibə iştirakçısının çörəyini kəsməsi alçaqlıq deyilmi? Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu azğınlığı məni əsəbləşdirir. Bu haqsızlığa nə vaxt son qoyulacaq? 

Zakir Həsənov, vətəni  Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O öz atası kimi fərari olacaq. Vətəni mənim  kirayədə, şoferliklə, əziyyətlə  böyütdüyüm oğlanlarım müdafiə edəcək. 

Sizdən xahiş edirəm mənim vəziyyətimlə maraqlanın. Cənab prezident mənim - düşmən postundan erməni  əsgərini  öldürüb meyidini atəş altında gətirən bir döyüşçünün  avtomobilini əlindən alıb 6 ay “zabor”un içərisinə saxlaması Ramiz Yediyarovun öz hünəri deyil.  O adi bir adam olsa, heç mənim avtomobilimə yaxınlaşa bilməz. Onu himayə edənlər var. Onda cəsarət olsaydı vaxtında müharibəyə gedərdi. Mən bir vətəndaş kimi, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına göstəriş verin."

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin