Azay Quliyevin kitabının təqdimatı keçirilib

02/05/2018 [17:24] - Gündəm (1589)



Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevin “Azərbaycanda qeyri-hökumət təşkilatları – Tarix və inkişaf” kitabının təqdimatı keçirilib.

Kitabda qeyri-hökumət təşkilatlarının əhəmiyyəti, beynəlxalq münasibətlər sistemində QHT sektorunun yeri və rolu araşdırılır.

Millət vəkili Hikmət Babaoğlu monoqrafiyanın elmi və ictimai əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azay Quliyevin monoqrafiyası vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gedən prosesləri əks etdirən yeni və aktual elmi mənbədir: “Müəllif elmi tədqiqatında QHT-lərin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdırıb, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib. Kitabda vətəndaş cəmiyyəti haqqında mövcud nəzəriyyələrə müəllifin elmi baxışı və yaradıcı mövqeyi, Azərbaycan elmi qarşısında qaldırdığı bir sıra aktual məsələlər monoqrafiyanın dəyərini və sanbalını daha da artırır”.

Menecment Universitetinin kafedra müdiri İsrail İsgəndərov, Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları kitabın çap olunmasını yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, Azay Quliyev elmi tədqiqatında vətəndaş cəmiyyətinin, ictimai sektorun tarixlə müasir dövrün üzvi bağlılığını və canlı proses olaraq davamlılığını dəqiq göstərə bilib və dövlətimizin bu sahədə atdığı addımları və qəbul etdiyi qərarların elmi təhlilini aparıb.

A. Quliyev isə müəllifi olduğu monoqrafiya və Azərbaycan QHT sektoru haqqında geniş məlumat verib, tədbirin təşkil olunmasında yaratdığı şəraitə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, nəşrin elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, rəyçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Əlikram Abdullayev, Bakı Dövlət Universitetinin professoru, Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Birmingem Universitetinin professoru, Avropa Şurasının Venesiya Komissiyasının eksperti Jeremi McBride, Bakı Dövlət Universitetinin professoru, deputat Hikmət Məmmədov və AMEA Fəlsəfə İnstitunun professoru Rəna Mirzəzadədir.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin