Hacı İbrahim qardaşı Nazim İbrahimovdan imtina etdi: O adamdan danışmayın...

29/04/2018 [16:22] - Gündəm (2533)



Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev mətbuata son açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov haqqında narazılığını ifadə edib, onun sərəncamına verilən vəsaitlərin ünvanına çatmadığını və bütün bunlardan ölkə prezidentinin xəbərdar olduğunu vurğulayıb.

Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, onun qardaşıları – “Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adını müxtəlif qaranlıq məsələlərdə hallandırır. Hətta iddialara görə, İbrahimovların mövqeləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin ifşasından sonra sarsılıb. O da qeyd edilir ki, iqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar haqqında ölkə rəhbərliyinə xoş olmayan məlumatlar çatdırılıb.

Xüsusilə Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq bank işi”nə görə bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə “yuyulan” pulların araşdırılması bütövlükdə bu “ailə biznesi”nin sonunu gətirib.

Amma qardaşlar arasında qohumluq həddində isti münasbətlərin olmadığı heç kimə sirr deyil. Bəzi məlumatlara görə, Dövlət Komitəsindəki işini itirən Nazim İbrahimov Hacı İbrahim Nehrəmli ilə birgə çalışmağa, biznes fəaliyyətinə keçməyə hazırlaşır.

Məsələni dəqiqləşdirmək üçün Hacı İbrahim Nehrəmlinin mövqeyini öyrənməyə çalışdıq. Hacı İbrahim Modern.az-a açıqlamasında işlərilə bağlı hər hansı yenilik olmadığını, hələ də gözləmə mövqeyində qaldığını bildirib: “Hələ ki, işlər istədiyimiz səviyyədə getmir”.

Nazim İbrahimovla birgə fəaliyyət göstərməsinə gəlincə, İ.Nehrəmlinin cavabı birmənalı olub:“O ki qaldı, adını çəkdiyiniz şəxsə, xahiş edirəm mənə onun barəsində sual verməyin. O gün də bir jurnalist zəng vurdu, sonra baxdım mənim adımdan dastan boyda açıqlama yazıblar. Halbuki, o sözlər mənə aid deyil. Məndən özümə aid nə istəyirsiz soruşun, onun haqqında isə heç nə”.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin