Bakı polisi polşalı turistin sənədlərini və pul kisəsini taparaq sahibinə qaytarıb

28/04/2018 [23:32] - Gündəm (694)



Bakıda sənədləri və pul kisəsi itən polşalı turistin əşyaları polislər tərəfindən tapılaraq sahibinə qaytarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, hər gün Azərbaycana dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir və onların təhlükəsizliyi hüquq-mühafizə orqanları, eləcə də polislər tərəfindən etibarlı şəkildə təmin olunur: "Onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasında polis əməkdaşları ilə bərabər vətəndaşlarımız da əllərindən gələn köməkliyi əsirgəmirlər. Bu isə xalqımızın qonaqpərvərliyi və insanlarımızın yüksək mədəniyyətinin göstəricisidir".

Nazirlikdən bildirilib ki, polis-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması və qarşılıqlı etimad bu günlərdə ölkəmizdə qonaq olan polşalı turistlərdən birinin qarşılaşdığı problemin də qısa zamanda həllinə öz töhvəsini verib. Belə ki, Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya  turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib. Qısa zaman kəsiyində Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı otelə gedən zaman taksidə unudub.

Həmin taksi sürücüsünün şəxsiyyəti tez bir zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, turistin pul kisəsini könüllü şəkildə Polis Şöbəsinə gətirərək təhvil verib. Pul kisəsini itirən turist K.Moriusin problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bilirib.

Polşalı turist bildirib ki, 10 ilə yaxındır Formula 1 yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olub. Amma indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıb.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin