Ramil Usubov Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisini qəbul edib

28/04/2018 [09:47] - Gündəm (699)



Aprelin 27-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan nazir 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Azərbaycan - Avropa Birliyi münasibətlərinin hüquqi əsasını təşkil etdiyini, həmin dövrdə beynəlxalq ekspertlərin iştirakı ilə polisin fəaliyyətini tənzimləyən yeni qanunların hazırlandığını və xidməti fəaliyyətdə rəhbər tutulan bu sənədlərdə məhz insan hüquq və  azadlıqlarının qorunması və təmininin əsas fəaliyyət istiqaməti kimi müəyyən edildiyini bildirib. Qanunların icrasını həyata keçirmək, o cümlədən şəxsi heyətin peşəkarlığının artırılması və ümumilikdə polisin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi məqsədilə BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə təşkil olunan təlimlərdə, seminarlarda, konfrans və forumlarda 10 minə yaxın polis əməkdaşının iştirak etdiyi də qonağın nəzərinə çatdırılıb.

Qeyd olunub ki, ədalətli və şəffaf seçki prosesinin keçirilməsi, o cümlədən seçki hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması məqsədilə təşkil edilən təlimlərdə polisin vəzifəsinin yalnız asayişin, əmin-amanlığın qorunması və insanlara öz iradələrini maneəsiz ifadə etməyə lazımi şəraiti yaratmaqdan ibarət olması istiqamətində izahedici işlər aparılıb, seçkiöncəsi prezidentliyə namizədlərin seçicilərlə görüşü və keçirdikləri digər kütləvi tədbirlər zamanı onların təhlükəsizliyi tam təmin edilib.    O da bildirilib ki, hüquq qaydasına riayət edilməsinin fasiləsiz və canlı izlənilməsi məqsədilə istismara verilmiş "102 Zəng Mərkəzi" Xidmətinin və “Təhlükəsiz Şəhər” sisteminin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulmuşdur.  «102 Zəng Mərkəzi» Xidmətinə il ərzində daxil olan orta hesabla 250 mindən çox məlumat üzrə görülən çevik cavab tədbirləri ilə, eləcə də «Təhlükəsiz şəhər” sisteminin 110 mindən artıq videomüşahidə kamerasının tətbiqi sayəsində hər il 20 mindən çox hüquqazidd əməlin qarşısı alınır, 1.400-ə yaxın cinayət “isti izlərlə” açılır.

Polisin fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən korrupsiyaya şərait yaradan halların və bu kimi hüquqpozmalara yol verən əməkdaşların müəyyən olunub barələrində müvafiq tədbirlərin görülməsi işinin təşkili məqsədilə Nazirliyin strukturunda müvafiq qurumun yaradıldığı qeyd olunub.     Nazir R.Usubov bildirib ki, ötən 5 ildə korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 203 fakt üzrə 317 əməkdaş haqqında məsuliyyət tədbirləri görülüb. Onlardan 205 nəfəri xidmətdən xaric olunub, 85 nəfəri tutduğu vəzifədən azad edilib, 27 nəfər barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

İşgəncənin, ləyaqəti alçaldan və ya qeyri-insani rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələrinə uyğun olaraq müvəqqəti saxlama yerlərində şəraitin yaxşılaşdırılması üçün zəruri olan bütün işlərin görüldüyünü qeyd edən nazir onu da bildirib ki, respublika üzrə DİN-in 72 Müvəqqəti Saxlama Yeri (MSY) mövcuddur ki, onlar da beynəlxalq standartlara uyğun qurularaq müasir siqnalizasiya, video-nəzarət və digər avadanlıqlarla təchiz ediliblər. Son 5 ildə müvəqqəti saxlama yerlərində 1359 monitorinqin keçirildiyi, xidmət zamanı yol verdikləri nöqsanlara görə 329 əməkdaşın müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb.  

Qonağın diqqətinə çatdırılıb ki, aparılan araşdırmalar zamanı işgəncə vermə və ləyaqəti alçaldan faktlar aşkar edilməyib. Bununla belə, son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma,  bir sözlə vətəndaş hüquqlarını pozduqlarına görə 1378 fakt üzrə 1797 nəfər cəzalandırılıb ki, onlardan 4-ü cinayət məsuliyyətinə cəlb edilib, 170-i DİO-dan xaric edilib, 161 nəfər tutduğu vəzifədən azad olunub, 10 nəfərin xüsusi rütbəsi aşağı salınıb, 1452 nəfər barəsində digər intizam tədbirləri görülüb. Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanıb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Norika Nikolai Avropa Parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəyini vurğulayıb.  İşgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisini maraqlandıran suallar cavablandırılıb. 
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
23/09/2020 [10:22]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasında videoformatda çıxış edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin