Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir

25/04/2018 [15:01] - Cəmiyyət (357)



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

İstiqlal.az xəbər verir ki, bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.

"Bakcell”in dəstəyi sayəsində icra olunan "Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş və fəaliyyətə artıq hazır olan bizneslərdən birinin açılışı olub. "Floristika Gül Dükanı"nın açılış mərasimində "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, Bakcell şirkətinin nümayəndələri, ictimai xadimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Yeni dükanın sahibi Kazımli Seymur dövlət uşaq müəssisəsində boya-başa çatıb və gənc vaxtlarından gül mağazasında köməkçi işləyib. Biznesmen olmaq arzusu ilə 7 il ərzində işçi kimi gül biznesi ilə məşğul olan Seymur öz gül mağazasını açmağa iddialı olub və mükəmməl biznes plan tərtib edərək layihədə qalib olub.

"Bakcell şirkəti ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirir. Biz çox şadıq ki, "SOS Uşaq Kəndləri-Azərbaycan” ilə uzun illər öncə başlanılmış əməkdaşlığımız öz bəhrəsini verməyə davam edir və dəstək göstərdiyimiz gənclərin artıq biznes sahiblərinə çevrilməsini görməkdən qürur duyuruq” deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

"Mən uzun illərdir ki biznes qurmaq və gül dükanı açmaq arzusunda idim və bu gözəl layihə sayəsində mənim xəyallarım gerçəyə çevrilib. Əminəm ki, bu təcrübə gələcək həyatima da öz töhfəsini verəcək. Mənim üstümdə əməyi olan "SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatına və "Bakcell” şirkətinə sonsuz təşəkkürümü bildirirəm”, deyə Seymur Kazımlı bildirib.

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyasının himayəsində olan 15 gənc "Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində "Floristika gül dükanı" və "Çay evi”, Gəncə şəhərindən isə "Meyvə bazarı” layihələridir.
"Bu layihəyə dövlətin də yaxından dəstəklədiyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) özünəməşğulluq proqramının bir hissəsi kimi baxmaq lazımdır. Mən çox şadam ki, Bakcell şirkəti ilə başladığımız bu təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və mən inanıram ki, gələcəkdə daha çox gənc insan bu layihədən faydalanacaq”, deyə "SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının Milli Direktoru Rəşad Hüseynov bildirib.

Qiymətləndirmə zamanı əsas meyarlardan biri biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü nə qədər doğruldacağı, bu işdə müraciət edənin təcrübəsi və biznes planı təqdim edən gəncin sosial durumu nəzərə alınıb. Qalib gələn gənclərin hər 3-ü təqdim etdikləri biznes ideya üzrə iş təcrübələri var.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Ruslarda milli satqınlarla bağlı elə məlumatlar var ki...
2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək
“Neftin qiyməti 100 dollara çatmayacaq” – BP-nin rəhbəri
Mayın 25-ə hava proqnozu
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
Xəbər lenti
24/05/2018 [23:58]:
Ruslarda milli satqınlarla bağlı elə məlumatlar var ki...
24/05/2018 [23:26]:
2020-ci il Çempionlar Liqasının final oyunu İstanbulda keçiriləcək
24/05/2018 [22:37]:
“Neftin qiyməti 100 dollara çatmayacaq” – BP-nin rəhbəri
24/05/2018 [21:48]:
Mayın 25-ə hava proqnozu
24/05/2018 [20:59]:
Ukraynada Rusiya saytlarına giriş qadağan olundu
24/05/2018 [20:14]:
“Qarabağ” 9 futbolçu ilə yollarını ayırıb
24/05/2018 [19:53]:
“Moody’s": Gələn il Azərbaycan iqtisadiyyatı 3% artacaq
24/05/2018 [19:07]:
Diaqnostik qiymətləndirməndə 20 min müəllim iştirak edəcək
24/05/2018 [18:19]:
Nazirlik tikinti şirkətini məhkəməyə verdi
24/05/2018 [17:31]:
Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub
24/05/2018 [17:23]:
Prezident 634 nəfəri əfv etdi - tam siyahı-yenilənib
24/05/2018 [16:47]:
"Bakcell" karyera sərgisinə qatılıb
24/05/2018 [16:43]:
FİFA millimizin oyunlarını tanımır
24/05/2018 [15:55]:
ABŞ-ın BMT-dəki daimi nümayəndəsini fitə basdılar
24/05/2018 [15:24]:
AXC-nin dövlət bayrağı Novruz Məmmədova təqdim olundu
24/05/2018 [14:57]:
Tramp İlham Əliyevə məktub göndərib
24/05/2018 [14:48]:
Lökbatan-Qobu yolu açılıb
24/05/2018 [14:13]:
Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”
24/05/2018 [13:34]:
Gələn ildən aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq
24/05/2018 [12:41]:
İlham Əliyev məcburi köçkünlər üçün yaşayış kompleksinin açılışında
24/05/2018 [11:51]:
Azad Rəhimovun oğlunu hədələdilər: şərtlərə əməl etsin, yoxsa...
24/05/2018 [11:05]:
6 qanuna dəyişikliklər edilir
24/05/2018 [10:34]:
İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq
24/05/2018 [09:58]:
Ayətullah Xamenei: Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır
24/05/2018 [00:30]:
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev icra başçısını dəyişdi - sərəncam
Saxta əlilliklə bağlı araşdırmalar başladı – Həbslər gözlənilir…
“Quska”dan ilk açıqlama: Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz
Nazir 4 idarə rəisini işdən çıxardı - təfsilat
İlham Əliyev 2 sərəncam imzaladı - təlitflər-siyahı
İlham Əliyevdən yeni təyinat - sərəncam
Vəkilin milyarderə ayı xidməti - Aslan İsmayılovun təzminat tələbinə sözardı
İlham Əliyev 8 sərəncam, 6 fərman imzaladı
Nazir deputatı işdən çıxartdı - rəsmi
Sabiq nazir əfv üçün müraciət edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin