7 ana ölümünə görə 12 tibb işçisi cəzalandırıldı

19/04/2018 [18:59] - Cəmiyyət (912)



Bu ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb.

Bunu Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün kçirilən tədbirdə bildirib.

S.Məmmədovanın sözlərinə görə, baş verən ölüm faktlarının hər biri ayrıca araşdırılıb, 12 tibb işçisi cəzalandırılıb. “Ana ölümünə görə göstərici 2017-ci ilin 3 ayı ilə müqayisədə yüksək deyil. 2016-cı ildə 21, ötən il isə 20 ana ölümü olub. Buna görə 50-dən çox tibb işçisi cəzalandırılıb.

Ana ölümlərinin əsas səbəbləri baş beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə və digər ağır xəstəliklərdir”, -S.Məmmədova əlavə edib.

Baş mama-ginekoloq onu da qeyd edib ki, ildən-ilə ağırlaşmış hamiləliklərin sayında azalma müşahidə edilir. Respublika Perinatal Mərkəzinə son bir ildə 7 belə xəstə müraciət edib: “Ağırlaşmış hamiləliklər əsasən üçüncü profilli xəstəxanalara daxil olur. Bu xəstələrin hər birinin vəziyyəti təhlil olunur. Qadınlar çox zaman öz xəstəlikləri ilə bağlı həkimi məlumatlandırmırlar. Hamiləlik dövründə isə xəstəliklər ağırlaşır. Nəticədə doğuşa az qalmış ağır vəziyyətdə xəstəxanaya gətirilirlər. Hamilə qadınlar bilməlidirlər ki, xəstəlikləri ilə bağlı həkimi məlumatlandırmaq lazımdır”.

S.Məmmədova onu da deyib ki, hamilə qadının yaşı nə qədər çoxdursa, ağırlaşmalar da bir o qədər çox olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşla əlaqədar qadının orqanizmində xroniki xəstəliklərin sayı artır. Xroniki xəstəliyi olan, 25 yaşından sonra hamilə qalan qadınlar bu prosesi daha ağır keçirlər: “Ötən il ölkə üzrə 18-25 yaş qrupundan olan 37 618 qadın abort etdirib. Abortlardan sonra heç bir fəsadlaşma baş verməyib, ölüm faktı qeydə alınmayıb”.

Komissiya sədri qeyd edib ki, zorlama və ya digər səbəblərdən azyaşlıların hamilə qalması qeydə alınıb. Ötən il təxminən 5-ə yaxın azyaşlı orqanizmi hamiləliyə cavab vermədiyi üçün abort olunub.
Vilayət Eyvazovdan yeni təyinat
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
Xəbər lenti
22/08/2019 [00:04]:
ABŞ-ın MQ-9 tipli pilotsuz uçan aparatı vurulub
21/08/2019 [23:17]:
Vergi Məcəlləsinə dəyişiklik edildi
21/08/2019 [22:28]:
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
21/08/2019 [21:32]:
Vilayət Eyvazovdan yeni təyinat
21/08/2019 [20:46]:
Gömrük Komitəsi yoxlamaları sadələşdirir
21/08/2019 [20:08]:
Ali məktəblərə qəbul planı 91,03 faiz dolub
21/08/2019 [19:31]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
21/08/2019 [18:59]:
Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – ermənilərdən etiraf
21/08/2019 [18:07]:
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
21/08/2019 [17:43]:
Bu il Bakıya 542 lift gətiriləcək
21/08/2019 [16:51]:
Tramp Danimarka səfərini təxirə saldı
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Daha bir rayona yeni polis rəisi təyin edilib
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin