Yarış iştirakçıları Raquf Orucovun məzarını ziyarət ediblər

18/04/2018 [19:31] - İdman (837)



Sabah Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turniri keçiriləcəkdir. 

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirdə yaşı 21-dək (U-21) oğlan və qızlardan ibarət klub komandaları iştirak edəcəklər.

Aprelin 18-də yarışın təşkilatçıları və iştirakçıları Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanına gedərək Raquf Orucovun və digər şəhidlərin məzarını ziyarət ediblər. Ziyayətçilər arasında Azərbaycanın idman ictimaiyyətinin tanınmış nümayəndələri, şəhid zabitin siladaşları, Qarabağ müharibəsi veteranları, ziyalılar, qeyri-hökumət təşkilatlarının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təmsilçiləri də olublar.

“Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") turnirinin təşkilatçıları adından şəhidin məzarı üstünə əklil qoyulub, qərənfillər düzülüb.

Ziyarətçilərdən bir neçə nəfəri çıxış edərək, Raquf Orucovun və digər şəhidlərin göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağını, onların şücaətinin gənclərimiz üçün nümunə olduğunu bildiriblər.

Şəhid zabitin qardaşı Zabil Orucov  ənənəvi “Raquf Orucov Kuboku” turnirinin təşkilatçılarına göstərdikləri diqqət və ehtirama görə təşəkkürünü bildirib.

Xatırladaq ki, ikinci “Raquf Orucov Kuboku” turnirində Bakı şəhərini və bölgələimizi təmsil edən 16 komanda ilə birlikdə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın klub komandaları iştirak edəcəklər. 

Yarışlara səhər saat 10.00-da start veriləcəkdir. Turnirin rəsmi açılış mərasimi saat 17.00-da olacaq, sonra final görüşləri  və mükafatlandırma mərasimi keçiriləcəkdir.  Turnirin rəsmi informasiya dəstəkçisi CBS TV və “Asan-Radio”dur. Turnirin rəsmi açılışı və final görüşləri CBC-sport kanalında yayımlanacaq, yarışlar haqqında operativ məlumatlar “Asan-Radio”da səsləndiriləcəkdir.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

Vilayət Eyvazovdan yeni təyinat
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
Xəbər lenti
22/08/2019 [00:04]:
ABŞ-ın MQ-9 tipli pilotsuz uçan aparatı vurulub
21/08/2019 [23:17]:
Vergi Məcəlləsinə dəyişiklik edildi
21/08/2019 [22:28]:
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
21/08/2019 [21:32]:
Vilayət Eyvazovdan yeni təyinat
21/08/2019 [20:46]:
Gömrük Komitəsi yoxlamaları sadələşdirir
21/08/2019 [20:08]:
Ali məktəblərə qəbul planı 91,03 faiz dolub
21/08/2019 [19:31]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
21/08/2019 [18:59]:
Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – ermənilərdən etiraf
21/08/2019 [18:07]:
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
21/08/2019 [17:43]:
Bu il Bakıya 542 lift gətiriləcək
21/08/2019 [16:51]:
Tramp Danimarka səfərini təxirə saldı
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Daha bir rayona yeni polis rəisi təyin edilib
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin