Ana ürəyi 15 yaşlı oğlunun xərçəng olmasına dözmədi - həyat hekayəti

18/04/2018 [18:51] - Cəmiyyət (1234)



Ceyhunun 15 yaşı var. Arzuları, xəyalları yaşından böyük olan bu oğlan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki 313 saylı məktəbin şagirdidir.

 Amansız xəstəliklə mübarizə təhsilini yarıda qoysa da, 15 yaşlı yeniyetmə əzmlə mübarizəyə davam edir, xərçəngi yenməyə çalışır: "Heç bir yerim ağrımırdı. Amma birdən hiss etdim ki, ayaqlarım tutulur. Dayanmadan yediyimi qaytarmağa başladım. Yemək qoxusundan iyrənirdim. Getdikcə ağrılarım şiddətlənirdi. Əvvəlcə elə bildik ki, mədəmə nəsə olub. Qastroenteroloqa getdik, dedi ki, mədə ilə heç bir əlaqəsi yoxdur, başını MRT elətdirin təcili. MRT müayinəsindən sonra müəyyənləşdi ki, başımda şiş var".

Cəbrayıl rayonundan məcburi köçkün olan İbrahimovlar ailəsinin 4 övladı var. Ceyhun ailənin üçüncü övladıdır. Atası Cəlil İbrahimov sürücü işləyir. Buna baxmayaraq, Ceyhun xəstəliyə düçar olan gündən onu bir gün belə müayinə və müalicəsiz buraxmayıblar: "Çox şiddətli baş ağrılarım olur. Ağrılarımı yadıma salmaq istəmirəm. O qədər dözülməz vəziyyətdə ağrıyırdım ki, çörək belə yeyə bilmirdim. 2017-ci ilin aprel ayında əməliyyat olundum. O tarixə qədər də bu proses davam edirdi".

Respublika Neyrocərrahiyə Xəstəxanasında əməliyyat olunan Ceyhuna beyin kötüyünün lorsal yerləşimi ekzotik şişi diaqnozu qoyulur. Əməliyyatdan sonra o, özünü gümrah hiss etməyə başlayır. Amma Milli Onkologiya Mərkəzində şüa terapiyası başladıqdan sonra onun vəziyyəti qəflətən kəskinləşir: "Hazırda ağrılarım azalsa da, sol tərəfimdə ciddi keyləşmə hiss edirəm. Üzümün sol tərəfində dözülməz ağrılar olur. Sol qolum, əlim, ayağım demək olar ki, işləmir. Gözlərim zəifləyir və ən dəhşətlisi budur ki, dişlərimin ağrısına dözə bilmirəm.  Qıc olur dişlərim, əgər iki dəqiqədən artıq çəksə, dözə bilmərəm.  Elə buna görə də yeməkdən imtina edirəm".

Hazırda Ceyhun ürəyindən də şikayətçidir. Nəfəs alması getdikcə çətinləşir. Köməksiz ayağa qalxıb gəzə bilmir. 10 gün öncə yenidən müayinə olunan Ceyhuna xəstəliyinin irəlilədiyini deyiblər. Ceyhunun sonuncu müayinəsindən sonra anası dünyasını dəyişib. İndi o, həm də anasızlığın xiffətini edir: "Sonuncu müayinədə eşitdim ki, xəstəliyim daha da ciddiləşib. Dedilər, müalicə davam etməlidir. Amma doqquz gündür anam rəhmətə getdiyindən, müalicəm yarıda qaldı. Ayda bir dəfə "Temadal" adlı kimyəvi həb qəbul edirəm. Beynimdə ki, şişin mikroblarını həmin həb öldürür".

Ceyhun oxuduğu 313 saylı məktəbin sevilən şagirdlərindəndir. Deyir ki, düz bir ildir dərslərə ara verib. Amma dostları, sinif yoldaşları, müəllimləri onu tək buraxmır, tez-tez baş çəkirlər. Özü də məktəbsiz darıxdığını deyir. İndi darıxanda şeir yazdığını, rəsm çəkdiyini deyən Ceyhununun yalnız bir diləyi var: "Çox xahiş edirəm. Bilirəm də ki, mənim kimi onlarla xəstə uşaqlar var. Kömək etsinlər, biz ayağa qalxaq. Axı biz də gələcəyin əsgərləriyik".

İndi Ceyhun Cəlil oğlu İbrahimovun adına "KapitalBank" da hesab açılıb.

"KapitalBank"

4169 7332 1253 9840

207 9390393

AZN 207

Ceyhunun köməyinizə ehtiyacı var, əsirgəməyin!
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [21:51]:
Əli Əhmədov: "Əslində utanmaq lazımdır"
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin