Əliməmməd Nuriyev Ramiz Mehdiyevdən yazdı

18/04/2018 [18:16] - Siyasət (1423)



Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsi son 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili, əldə olunan naliyyətlərin açdığı perspektivlər və qarşıda duran vəzifələrin adekvat dərk olunması baxımından böyük dəyərə malikdir".

Bu barədə "Sherg.az" "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. 

Onun sözlərinə görə, hər bir cəmiyyət üçün mövcud imkanların hansı persepektivlər açıdığını və resurslara uyğun prioritetlərin müəyyənləşdirilməsi çöx mühümdür:

"Ən vacibi isə inkişaf və tərəqqi üçün zəruri olan transformasiyanın, modernləşmə, islahat təşəbbüslərinin obyektiv konseptual əsaslarının işlənib hazırlanmasıdır. Obyektiv təhlilə əsaslanan konsepsiya istənilən islahatların, modernləşmə təşəbbüslərinin özülünü, ideya-nəzəri əsasını təşkil edir. Möhkəm özülü olmayan islahatlar , dəyişikliklər arzuolunan səmərəni verə bilməz. R.Mehdiyevin sözügedən məqaləsi məhz bu kontekstdə qiymətləndirilməlidir. Hörmətli akademik son illərdə Azərbaycanın keçdiyi inkişaf yolunu obyektiv təhlil edərək, perspektivin və gələcək hədəflərin müəyyənləşdirilməsi, mövcud imkanlardan səmərli istifadə olunması üçün fikirlər, müddəalar irəli sürüb. 

R.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların çox dərin və geniş təhlilini aparıb, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetrilməsi üçün zəminlərin hazırlanması ilə əlaqədar həyata keçirilməli olan tədbirlər barədə fikirlərini qeyd edib. Bu nöteyi-nəzərdən "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsi həm də praktik fəaliyyətlər üçün bir bələdçidir. Eyni zamanda İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi nəzərdə tutulan islahatların strateji xarakterini anlamaq üçün çox dərin bir elmi analizdir.

Ə.Nuriyev onu da əlavə edib ki, hörmətli akademik R.Mehdiyev həm də müdrik dövlət xadimi kimi kadr məsələləri ilə bağlı da fikirlərini və baxışını açıqlayıb:

"Müasir dövrümüz ictimai münasibətlərin, proseslərin çox mürəkkəbliyi, sistemli yanaşma tələb etməsi ilə xarakterizə olunur. Bu proseslərin idarəolunması, dövlət mexanizmlərinin, hökumətin müasir çağırışlara uyğun şəkildə işləməsi isə hazırlıqlı, peşəkar kadarlardan ibarət komanda tələb edir. Bu, yalnız professioanal texnokratların komandası kimi nəzərdən keçirlə bilməz. Dövlət idarəçiliyi həm də, komanda səviyyəsində dəyərlərin, ideya-nəzəri əsasların dərindən əxz edilməsini tələb edir. Dövlət idarəçiliyində, xüsusən miqyaslı islahatlar dövründə komanda ruhu, monolitlik, qarşıya qoyulan vəzifələrin bütün heyət səviyyəsində aydın dərk olunması çox mühüm şərtdir. 

R.Mehdiyev dövlət idarəçiliyində, ölkəmizdə dövlət institutlarının formalaşması və inkişaf etməsində Ümumilli lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi əhəmiyyətli rol oynayıb və xidmət göstərib. Onun bu fikirləri yalnız nəzəriyyəyə soykənmir , həm də böyük dövlət adamı kimi təcrübəsinə əsaslanır. Bu baxımdan hörmətli akademikin bu mülahizələri Prezident İlham Əliyevin kadr siyasətinin xüsusiyyələrinin cəmiyyətimiz tərəfindən anlaşılmasına töhfədir. Eyni zamanda prezident komandası üçün irəli sürülən yüksək standartları diqqətə çatdırır".

Qeyd edək ki, bu günlərdə ölkə mətbuatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsi dərc olunub. 

Sözügedən məqalədə müxtəlif istiqamətlərə toxunan Administrasiya rəhbəri vurğulayıb ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Akademikin fikrincə, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol aça bilər".
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
19/01/2020 [19:46]:
Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib
19/01/2020 [18:34]:
Bir həftə ərzində 163 nəfər həlak olub
19/01/2020 [18:07]:
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
19/01/2020 [18:05]:
Seçicilərin elektron kabineti olacaq - Seçki prosesində yenilik
19/01/2020 [18:02]:
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
19/01/2020 [17:21]:
Dünyanın ən zəngin insanlarının siyahısına yeni şəxs liderlik edir
19/01/2020 [16:44]:
AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb
19/01/2020 [15:24]:
Parisdə "sarı jiletlər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb
19/01/2020 [14:49]:
Azərbaycan klubları yoxlama matçları keçiriblər
19/01/2020 [14:43]:
İqbal Ağazadə sakinlərlə görüşüb
19/01/2020 [14:17]:
Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər
19/01/2020 [14:14]:
Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan videosu haqda danışdı
19/01/2020 [13:51]:
Ərdoğan: “Liviyanı Haftarın hakimiyyətinə buraxmaq tarixi səhv olar”
19/01/2020 [13:17]:
Futzal üzrə dünya çempionatının loqosu təqdim olunub
19/01/2020 [12:42]:
ABŞ PUA-sı Krım üzərində kəşfiyyat aparıb
19/01/2020 [12:15]:
Naməlum xəstəlik 5 nəfəri öldürdü
19/01/2020 [11:52]:
Bakıda evdən 1 kq-dan çox heroin götürülüb
19/01/2020 [11:23]:
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
19/01/2020 [10:46]:
Qar uçqunu nəticəsində 7 nəfər itkin düşüb
19/01/2020 [10:00]:
Vidal "Barselona"da qalır
18/01/2020 [23:59]:
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
18/01/2020 [22:33]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18/01/2020 [21:17]:
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilir
18/01/2020 [20:53]:
Futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb
18/01/2020 [19:23]:
Tramp İraq prezidenti ilə görüşəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yer kürəsinin ən qeyri-adi yerləri
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin