Azərbaycan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb

18/04/2018 [12:54] - İqtisadiyyat (884)



İqtisadiyyat naziri, Azərbaycanla İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Ş. Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan rezidenti İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb.

Bildirilib ki, İlham Əliyev hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirak edir. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və biznes forumlar keçirilir və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycandan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırılıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir. İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr reallaşdırılır. İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Ammanın 2018-ci ilin iyulunda Azərbaycana nəzərdə tutulan səfəri zamanı da biznes forumun keçirilməsi, səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanışlıq məqsədilə həmin sənaye parklarında təqdimatların təşkili nəzərdə tutulur. Azərbaycanın nəqliyyat-tranzit imkanları Çində təqdim edilib, Ələt Limanının tikintisi başa çatmaq üzrədir və İsveçrə iş adamlarının limana səfərinin təşkili əhəmiyyətli olacaq,” – deyə Ş. Mustafayev bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran Ş. Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməsinin yolverilməz olduğunu səfirin diqqətinə çatdırıb.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri F. Ştalder ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yoluna, “Bir yol, bir kəmər” layihəsinə maraq göstərdiyini bildirib, əməkdaşlıq imkanlarına, eləcə də nazir Yohan Şnayder-Ammanın ölkəmizə nəzərdə tutulan səfərinə və təşkil ediləcək biznes foruma dair fikirlərini bölüşüb. Səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayan F. Ştalder səfər zamanı Sumqayıt Kimya Sənaye Parkında inşa olunan və İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodunun açılışını təklif edib.
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [21:51]:
Əli Əhmədov: "Əslində utanmaq lazımdır"
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin