Aİ və Vergilər Nazirliyi vergidən yayınma hallarına qarşı tədbirlər hazırlayacaq

17/04/2018 [15:37] - Gündəm (840)



Bu gün Bakıda “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

“APA-Economics”in məlumatına görə, vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır: “Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq.

Açılış mərasimində Yunanıstanın Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kanellos, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndəsi Elisavet Adamantidou, həmçinin Tvinninq layihəsinin rezident müşavirləri və layihə rəhbərləri çıxış ediblər.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvinninq layihəsi transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra edilməsi sahələrində Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinin təmin olunmasına xidmət edəcək. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi məqsədilə Vergilər Nazirliyinə dəstək verilməsidir.

Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya məqsəd qoyulub. Bu məqsədlərə transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması, “vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi” sisteminin hazırlanması, inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.

Vurğulanıb ki, müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir. Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər tərəfindən həyata keçirilən əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.

Tədbirdə Avropa İttifaqının və müxtəlif ölkələrin səfirləri, Vergilər Nazirliyinin, digər dövlət qurumlarının, Yunanıstan Milli gəlirlər üzrə müstəqil orqanının, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndələri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri iştirak ediblər.
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin