ATƏT Dağlıq Qarabağ separatçılarının ABŞ və Fransaya qanunsuz səfərini pisləyib

17/04/2018 [09:29] - Siyasət (534)



ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib.

 A.Quliyev deyib ki, təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər. Separatçılar ABŞ Konqresində və Fransa Senatında və Milli Assambleyasında görüşlər keçiriblər.

 “Onu da qeyd etməliyəm ki, separatçı rejimin nümayəndələrinin bu kimi səfərlərinin sistematik hal alması Azərbaycanın Fransa və ABŞ ilə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına ziddir və ən vacibi isə bu ölkələrin Minsk qrupunun həmsədrləri kimi mandatlarına uyğun deyil. Belə səfərlərin təşkil olunması Ermənistan- Azərbaycan münaqişəsinin həlli üçün danışıqlara mane olur və separatizmi və işğalı təbliğ edir”, deyə A.Quliyev vurğulayıb.

O həmçinin bildirib ki,  hardan olmalarından asılı olmayaraq separatçılar beynəlxalq hüquq və qanunun aliliyinin əsas prinsiplərinə uyğun şəkildə eyni münasibətlə qarşılaşmalıdırlar: “Bu baxımdan ikili standartların hər hansısa bir təzahürü qəbuledilməzdir. Fransa və ABŞ-ın müvafiq səlahiyyətli orqanları separatçı rejimin agentlərinə vizaların verilməsini və ölkələrinə onların səfərlərinin təşkili prosesini dayandırmalıdırlar”.

ATƏT PA-nın vitse-prezidenti Fransanın və Amerika Birləşmiş Ştatlarının hökumətlərini danışıqlar prosesində və münaqişənin həlli üçün vacib olan ATƏT-in Minsk qrupunun vasitəçisi və həmsədri rolunu nəzərə alaraq lazımi tədbirlər görməyə çağırıb.
Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
Milli Məclis Ermənistanla əməkdaşlıqdan imtina edib – Memorandumu imzalamadı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin təyin etdiyi yeni nazir müavini kimdir?
Bakıda icra başçısı 300 it saxlayan şəxsi məhkəməyə verdi
Xəbər lenti
25/09/2018 [13:46]:
Azərbaycan neftinin qiyməti 82 dolları keçdi
25/09/2018 [12:59]:
Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25/09/2018 [12:18]:
Milli Məclis Ermənistanla əməkdaşlıqdan imtina edib – Memorandumu imzalamadı
25/09/2018 [11:32]:
Neftin qiyməti 81 dolları keçib
25/09/2018 [10:49]:
İran prezidenti ABŞ-a yollanır
25/09/2018 [09:56]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
25/09/2018 [00:10]:
İlham Əliyevin təyin etdiyi yeni nazir müavini kimdir?
24/09/2018 [23:32]:
Minskdə “Bakı Bulvarı”
24/09/2018 [22:46]:
Bakıda icra başçısı 300 it saxlayan şəxsi məhkəməyə verdi
24/09/2018 [21:50]:
ARB telekanalının yayımı dayandırıldı
24/09/2018 [20:46]:
Milli Məclis Aparatının rəhbəri: “Ermənistanla heç bir əməkdaşlıq olmayacaq”
24/09/2018 [19:37]:
Novruz Məmmədov Nazirlər Kabinetinin iclasını keçirdi
24/09/2018 [18:43]:
Hökumət gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə baxır
24/09/2018 [18:37]:
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl
24/09/2018 [17:49]:
Bakı İslam Universiteti bağlandı
24/09/2018 [17:40]:
Jurnalist İlham Əliyevə müraciət etdi: Niyə 200 adamın çörəyinin baiskarı kimi təqdim olunmalıyam?
24/09/2018 [17:27]:
Azərbaycan hansı ölkələrə silah satır? - rəsmi
24/09/2018 [16:41]:
Ermənistana təbii qazın nəqli dayandırıldı
24/09/2018 [15:33]:
Azərbaycan banklarının Müşahidə Şuralarına yeni səlahiyyətlər veriləcək
24/09/2018 [14:22]:
Sentyabrın 25-ə hava proqnozu
24/09/2018 [13:21]:
Deputat bankları dollar krediti olanlara güzəşt etməyə çağırdı
24/09/2018 [12:29]:
Polis və DTX Astarada birgə əməliyyat keçirib
24/09/2018 [11:37]:
Nobel mükafatçısı 84 yaşında vəfat etdi
24/09/2018 [10:44]:
Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib
24/09/2018 [09:59]:
İranda matəm elan olundu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat - sərəncam
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
Bakı meriyasının aparat rəhbəri işdən çıxarılıb
Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb - Türkiyə mediası
Jurnalist İlham Əliyevə müraciət etdi: Niyə 200 adamın çörəyinin baiskarı kimi təqdim olunmalıyam?
İlham Əliyevin təyin etdiyi yeni nazir müavini kimdir?
Azərbaycanın ən böyük holdinqi 2 yeni şirkət yaratdı
Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl
İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin