320 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu

16/04/2018 [18:59] - Gündəm (1002)



Bu ilin I rübü ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qərar qəbul edilib.

DMX-nın mətbuat xidməti bildirir ki, 2018-ci ilin I rübü ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qərar qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 2856 qərar qəbul edilib ki, onlardan 2313-ü ölkəni tərk etmə barədə, 543-ü ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 1653 qərardan 1333-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 320-si Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyətin qoyulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 53, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 92 qərar qəbul edilib.

Ümumiyyətlə, 2018-ci ilin I rübü ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 19040 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

2018-ci ilin I rübü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 163805 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Rüb ərzində DMX-nın “Çağrı mərkəzi”nə 24197 zəng daxil olub.

Xidmət tərəfindən 2018-ci ilin I rübü ərzində 20 maarifləndirmə tədbiri və 10 səyyar xidmət keçirilib.
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
Bakıda sərnişin avtobusu yandı
FED faiz dərəcəsini dəyişmədi
Xəbər lenti
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
22/03/2019 [13:59]:
Vahid Ələkbərov milyarderlərin "top-10"luğunda 7-ci oldu
22/03/2019 [12:37]:
Türkiyə hərbçiləri Azərbaycanın S-300 sistemlərini niyə araşdıracaq?
22/03/2019 [10:10]:
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
22/03/2019 [01:38]:
Millimiz Xorvatiyaya uduzdu
21/03/2019 [22:34]:
Britaniyada dörd məscidə hücum oldu
21/03/2019 [20:23]:
Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21/03/2019 [18:46]:
Hindlilərin rəngarəng Holi bayramı
21/03/2019 [18:19]:
Azərbaycan nefti bahalaşıb
21/03/2019 [16:27]:
Serj Sarkisyan: "Vaxtı gələndə danışacağam"
21/03/2019 [14:58]:
Bakıda sərnişin avtobusu yandı
21/03/2019 [13:38]:
Azərbaycan – Litva: hakim təyinatları açıqlandı
21/03/2019 [11:46]:
FED faiz dərəcəsini dəyişmədi
21/03/2019 [09:59]:
Türkiyədə baş vermiş zəlzələdə 278 evə zərər dəyib
20/03/2019 [23:40]:
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır
20/03/2019 [21:23]:
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
20/03/2019 [19:41]:
Martın 21-ə hava proqnozu
20/03/2019 [19:03]:
Bakıda Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib
20/03/2019 [18:36]:
Türkiyədə 19 PKK terrorçusu həbs olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Daha bir məscidə hücum
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
2 Konstitusiya qanunu ləğv olunur
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Türkiyədə yenə azərbaycanlı qadınlar tutuldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin