Maliyyə Nazirliyinin ictimai təşkilatlara müraciət edib

16/04/2018 [17:38] - İqtisadiyyat (690)



Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarının və publik hüquqi şəxslərə müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə  Nazirliyinə təqdim edirlər.

Adıçəkilən Qanunun 12.3-cü və 12-1.9-cu maddələrinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Sözügedən Qanunun 12-1.5-ci maddəsinə əsasən publik hüquqi şəxslər və adıçəkilən Qanunun tələblərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş)maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir.
Yağış Bakı yollarını yenə iflic etdi
İran terror aktına görə ABŞ-ı ittiham etdi
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
Bolqarıstanda Azərbaycan mədəniyyəti nümayiş olunub
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
Xəbər lenti
24/09/2018 [11:37]:
Nobel mükafatçısı 84 yaşında vəfat etdi
24/09/2018 [10:44]:
Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib
24/09/2018 [09:59]:
İranda matəm elan olundu
23/09/2018 [22:09]:
Bakıda daha bir yol çökdü
23/09/2018 [20:13]:
Yağış Bakı yollarını yenə iflic etdi
23/09/2018 [18:27]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
23/09/2018 [16:04]:
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
23/09/2018 [14:17]:
Bolqarıstanda Azərbaycan mədəniyyəti nümayiş olunub
23/09/2018 [12:13]:
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
23/09/2018 [10:08]:
Azərbaycan millisi dünya çempionatında ilk medalını qazanıb
23/09/2018 [00:42]:
Qarabağda erməni əsgəri öldürüldü
22/09/2018 [23:39]:
“Qarabağ” – “Arsenal” oyununa artıq 10 min bilet satılıb
22/09/2018 [21:33]:
Neft bahalaşmaqda davam edir
22/09/2018 [19:27]:
Azərbaycan sahibkarları Əfqanıstanda keçiriləcək sərgiyə dəvət olunub
22/09/2018 [17:50]:
Messi imicini dəyişib
22/09/2018 [15:46]:
ABŞ-da "Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb
22/09/2018 [13:40]:
Cümhuriyyət, sovet və müstəqillik dövrünün parlament sədrləri - siyahı
22/09/2018 [12:28]:
Putin Bakıda dünya çempionatını izləyəcək
22/09/2018 [11:39]:
26 borclu şəxs tutuldu
22/09/2018 [10:51]:
İranda hərbi paradda terror aktı törədildi
22/09/2018 [09:45]:
Konstitusiya Məhkəməsi dollar kreditlər haqda son qərarını verdi
21/09/2018 [23:29]:
Neftçilər Xəstəxanasının baş direktoru işdən çıxarılıb
21/09/2018 [22:33]:
Azərbaycanda 19 şirkət bağlanıb - siyahı
21/09/2018 [21:47]:
Azərbaycanın ən böyük holdinqi 2 yeni şirkət yaratdı
21/09/2018 [20:59]:
Tramp Paşinyana yazdı: Qarşıdakı aylarda Qarabağ münaqişsəinin həlli üçün imkanlar açılır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərovu sürgün, türmə, yoxsa təqaüdçü həyatı gözləyir? – təhlil
İlham Əliyevdən yeni təyinat - sərəncam
Bakı meriyasının aparat rəhbəri işdən çıxarılıb
Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb - Türkiyə mediası
Azərbaycanın ən böyük holdinqi 2 yeni şirkət yaratdı
Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
İlham Əliyev 6 sərəncam imzaladı - yenilənib
İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi - yenilənib
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin