11 aprel seçkilərinin mühüm məqamlarından danışıldı

16/04/2018 [17:07] - Siyasət (760)



Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi analitik verilişdə 11 apreldə keçirilən Azrbaycandakı prezident seçkilərinin mühüm məqamları müzakirə edilib. Az Tv -nin "Bizim Planet "verilişinin bu dəfəki qonaqları millət vəkili, professor Hikmət Məmmədov və millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə olub.

Politoloq Rufiz Qonaqov bildirib ki, Azərbaycan xalqı növbəti dəfə sabitliyə, inkişafa və demokratiyaya səs verdi. “Beləliklə də, Azərbyacanın hazırkı prezidenti İlham Əliyev xalqın böyük dəstəyi ilə prezident seçildi. Bu münasibətlə ilk andan etibarən prezident İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Hazırda da güclü ölkələrin prezidentləri və hökumət nümayəndləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri tərəfindən İlham Əliyev növbəti qələbəsi münasibəti ilə təbrik edilir”- deyə politoloq qeyd edib. Rufiz Qonaqov seçkilərin nəticələri ilə bağlı konkret rəqəmlər və faktlarla çıxış edərək vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq çox böyük uğurlara imza atıb ki, bundan sonra da ölkəmizi bu inkişaf və uğurlar gözləyir.

Bildirilib ki, 1000-ə yaxın beynəlxalq və 60 min yerli müşahidəçinin iştirak etdiyi prezident seçkilərində çoxsaylı “Exit-poll” da var idi. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhətlər və Yardım Mərkəzinin Fransanın “Opinion Way” təşkilatı eləcə də, ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatının Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə açıqladıqları nəticələr seçkinin düzgün və dəqiqliyini sübut edib. Nəhayət, Mərkəzi Seçki Komissiyasının hesabatında bildiridi ki, YAP namizədi İlham Əliyev 86,03 faiz səslə liderdir.

Verilişdə müzakirələr zamanı çıxış edən millət vəkili Hikmət Məmmədov bildirib ki, 11 aprel prezident seçkiləri ən yeni siyasi tariximizin çox mühüm hadisəsidir. Deputat seçkinin nəticələrini Azərbaycan xalqının zəfəri kimi dəyərləndirərək deyib: “Azərbaycan prezidenti təkcə seçki prosesində ona rəqib olan namizədlərə qalib gəlmədi. Azərbyacan prezidenti və xalqı müasir mürəkkəb tarixi mərhələdə Azərbaycan dövlətini sarsıtmaq istəyənlərə, onu lidersizləşdirmək istəyənlərə, onu dövlətsizləşdirmək istəyənlərə qalib gəldi”. Profssor Hikmət Məmmədov vurğulayıb ki, bu qələbə mühüm tarixi siyasi prosesdir.

“Bizim Planet”də o da qeyd olunub ki, prezident İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib.

Verilişdə müzakirə olunan əsas məsələlərdən biri də ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli seçki hesabatı idi. Vurğulanıb ki, prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətindən fərqli olaraq, ATƏT-in qısa müddətli müşahidə missiyası heç bir fakta əsaslanmayan qərəzli bəyanat və açıqlamalarla çıxış edərək anti-Azərbaycan mövqelərini sərgiləyiblər. Siyasi şərhçilər bildiriblər ki, ATƏT PA, AŞPA, DTİHB kimi təşkilatların nümayəndələrinin demokratik və şəffaf şəkildə keçirilmiş seçkilərlə bağlı belə qərəzli münasibəti böyük təəssüf doğurur.

Məsələyə münasibət bildirən millət vəkili Çingiz Qənizadə deyib: “İkili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir. Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir.” Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır. Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir.

Bildirilib ki, ATƏT DTİHB-nin missiyasının köməkçisi Vüqar Əhmədovun məsələ ilə bağlı keçirtdiyi mətbuat konfransı da sözü gedən qrumların qərəzli yanaşmasını sübut edən faktlardandır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasısözü gedən müşahidə missiyalarının hesabatına dair bəyanat qəbul edib. Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur. Siyasi şərhçilər MSK-nın hüquq və faktlara əsaslana bəyanatının dəqiqliyinivurğulayıblar. Bildirilib ki, biz istənilən platformada, istənilən hadisə ilə bağlı öz hüquqlarımızı qorumağı bacarmalıyıq. Bu baxımdan MSK da bu müstəvidə çıxış edərək öz tələblərini irəli sürüb.

Müzakirələrin nəticəsində qeyd edilib ki, Azərbaycan müstəqillik tarixində daim bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. ATƏT-in müşahidə missiyasının bu cür hesabatları ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda, dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz.

Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin