Azərbaycanda məhkumlara 4 elektron nəzarət vasitəsi tətbiq ediləcək

16/04/2018 [15:48] - Cəmiyyət (751)



“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin Siyahısı” təsdiqlənib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər:

elektron qolbağı– məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir;

mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

ev nəzarət stansiyası – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları eyniləşdirərək şəxsin həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə ötürən elektron cihazdır. Ev nəzarət stansiyası bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər. Ev nəzarət stansiyası evdə üfüqi və ya şaquli səth üzərində rahat yerləşdirilməsi üçün kiçik olmalı, yerüstü xətt və (və ya) GSM vasitəsilə şəbəkəyə qoşulmalı, enerji ehtiyatı, şəbəkə və işlək olması indikatorları, enerji mənbəyindən və şəbəkədən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları, səs xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməli, əhatə dairəsini tənzimləmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

ev siqnal ötürücüsü – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Ev siqnal ötürücüsü bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər. Ev siqnal ötürücüsü evdə üfüqi və ya şaquli səth üzərində rahat yerləşdirilməsi üçün kiçik olmalı, siqnalların radiotezliklər (Wi-Fi, Bluetooth və sair ola bilər) vasitəsilə ötürücüsü, enerji ehtiyatı, işlək olması indikatorları, enerji mənbəyindən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları ilə təchiz edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməlidir.
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
Bakıda sərnişin avtobusu yandı
FED faiz dərəcəsini dəyişmədi
Xəbər lenti
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
22/03/2019 [13:59]:
Vahid Ələkbərov milyarderlərin "top-10"luğunda 7-ci oldu
22/03/2019 [12:37]:
Türkiyə hərbçiləri Azərbaycanın S-300 sistemlərini niyə araşdıracaq?
22/03/2019 [10:10]:
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
22/03/2019 [01:38]:
Millimiz Xorvatiyaya uduzdu
21/03/2019 [22:34]:
Britaniyada dörd məscidə hücum oldu
21/03/2019 [20:23]:
Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21/03/2019 [18:46]:
Hindlilərin rəngarəng Holi bayramı
21/03/2019 [18:19]:
Azərbaycan nefti bahalaşıb
21/03/2019 [16:27]:
Serj Sarkisyan: "Vaxtı gələndə danışacağam"
21/03/2019 [14:58]:
Bakıda sərnişin avtobusu yandı
21/03/2019 [13:38]:
Azərbaycan – Litva: hakim təyinatları açıqlandı
21/03/2019 [11:46]:
FED faiz dərəcəsini dəyişmədi
21/03/2019 [09:59]:
Türkiyədə baş vermiş zəlzələdə 278 evə zərər dəyib
20/03/2019 [23:40]:
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır
20/03/2019 [21:23]:
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
20/03/2019 [19:41]:
Martın 21-ə hava proqnozu
20/03/2019 [19:03]:
Bakıda Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib
20/03/2019 [18:36]:
Türkiyədə 19 PKK terrorçusu həbs olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Daha bir məscidə hücum
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
2 Konstitusiya qanunu ləğv olunur
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Türkiyədə yenə azərbaycanlı qadınlar tutuldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin