BQXK nümayəndələri Dilqəm və Şahbazla görüşüb

16/04/2018 [15:09] - Gündəm (974)



Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri martın sonu və aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Azərbaycanda isə iki erməni diversant – Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.

Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır
Xəbər lenti
18/02/2020 [22:42]:
İran xarici işlər naziri Cavad Zərifin ABŞ-la gizli görüşü üzə çıxdı
18/02/2020 [21:53]:
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
18/02/2020 [20:52]:
“Nağıllar aləmində” yenidən səhnədə
18/02/2020 [20:39]:
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
18/02/2020 [19:44]:
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
18/02/2020 [19:33]:
ABŞ Yaponiyadan vətəndaşlarını təxliyə etdi
18/02/2020 [18:51]:
MSK daha üç məntəqəni etibarsız saydı
18/02/2020 [18:45]:
“Naftoqaz” Rusiyanı Krımın işğalına görə ağır təzminatla cəzalandırmaq istəyir
18/02/2020 [18:42]:
Səfir : "2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən 3,85 milyard dollar ayrılacaq"
18/02/2020 [17:39]:
Lavrov: “Rusiya və Türkiyə hərbçiləri İdlibdə daim təmasdadırlar”
18/02/2020 [17:12]:
Ölkə başçısı: “Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir”
18/02/2020 [17:06]:
İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18/02/2020 [16:24]:
BMT-nin Baş katibi: Dünyada islamofobiyanın geniş vüsət alması böyük narahatlıq doğurur
18/02/2020 [15:42]:
8 yaşlı qız qocalıqdan öldü – Şok
18/02/2020 [15:00]:
"Sədərək"də yanğın söndürülüb: 28 mağaza yanıb - RƏSMİ
18/02/2020 [14:50]:
İki yaşlı qız anasını xilas etdi
18/02/2020 [14:20]:
Bill Qeyts koronavirus epidemiyasına görə narahatdır
18/02/2020 [13:51]:
Misir mumiyalarının qızıl maskaları ABŞ-da nümayiş etdirilir
18/02/2020 [13:50]:
Səfirlik viza almaq istəyən Azərbaycan vətəndaşlarına müraciət etdi
18/02/2020 [13:26]:
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
18/02/2020 [13:20]:
Azərbaycana xaricdən pul köçürmələri 14% azalıb
18/02/2020 [12:43]:
Uels millisi Bakıya gəlməmişdən bir həftə öncə Niderlanda gedəcək
18/02/2020 [12:18]:
Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
18/02/2020 [11:40]:
Azərbaycan və Avropa İttifaqı yeni əməkdaşlıq sazişini müzakirə etdi
18/02/2020 [11:14]:
Çində 6 günə tibbi maskalar istehsal edən fabrik tikiləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Azərbaycanda 18 208 manat pensiya alan var
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
İnsanın dünyaya münasibətindən bəhs edən tamaşa - “Katarsis”
BMT-nin İnkişaf Proqramı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə “Missiya 1.5” kampaniyasına başlayır
Nazir və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
Putin Zelenski ilə telefonla danışdı
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin