Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı

15/04/2018 [15:39] - Dünya (1218)



Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına ötürüb. Virtualaz.org xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.

Həmin mənbəyə istinad edən “NEWSru Israel” saytı qeyd edir ki, “Əl-Cəzirə” mütəmadi olaraq sonradan təsdiqini tapmayan xəbərlər dərc edir. Bununla birlikdə, İsrail saytı hesab edir ki, əvvəlcədən xəbərdarlıq faktı “demək olar ki, şübhə doğurmur”. ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri tərəfindən Suriyadakı hədəflərə zərbənin endirilməsinə bir neçə gün qalmış Rusiyanın hərbi gəmiləri Tartus limanını tərk etmişdi. Hmeymim və Tartus bazalarını qoruyan Rusiya hava hücumundan müdafiə vasitələri işə salınmadı. Kütləvi raket zərbəsi nəticəsində heç bir rusiyalı xəsarət almadı.

Fəqət “Əl-Cəzirə” iddia edir ki, zərbənin hazırlanması barədə əlaqələr bununla məhdudlaşmayıb. İranın “Qüds” qüvvələrinin komandanlığındakı mənbə xəbər verir ki, ABŞ prezidenti Donald Tramp şəxsən telefonla Rusiya prezidenti Vladimir Putini Suriyadakı hədəflər və zərbənin endirilməsi vaxtı barədə məlumatlandırıb. Məlumatda deyilir ki, bu söhbətdən sonra Moskva Dəməşq, Tehran və Livan “Hizbullah”ı ilə qüvvələrinin zərbələrin endiriləcəyi rayonlardan çıxarılmasını razılaşdırıb.

Elə həmin mənbəyə görə, rusiyalılar “son anda” öz müttəfiqlərini amerikalılarla anlaşma barədə xəbərdar ediblər və bildiriblər ki, bu zərbəyə qarşılıq verməyəcəklər. Xəbərdə qeyd olunur ki, İran və Suriya bu qərardan narazı qalıblar. Moskva isə əlavə edib ki, bu, “böhrandan yeganə çıxış yoludur”.

“Əl-Cəzirə” həmçinin iddia edir ki, ABŞ və İsrail Kremlin iranlıların və “Hizbullah”ın öz qüvvələrini Suriyadan çıxarması üçün onlara təzyiq göstərilməsi məsələsində dəstəyini qazanmaq istəyib. Lakin Moskva bu tələbi rədd edib və razılaşıb ki, İranı “əvvəlcədən razılaşdırılmış qırmızı xətləri keçməməyə”, ələlxüsus kimyəvi silahdan istifadə etməməyə inandırmağa çalışacaq.

Qeyd edək ki, Rusiya KİV-lərində də ehtimallar səslənir ki, rusiyalılar Əsəd qoşunları üçün “canlı qalxan” rolunu oynayırlar. Şərhçi Roman Popkov “MBX-Media” saytında yazır ki, Rusiya qoşunlarının Suriyada mövcudluğu ABŞ-ın hədəf seçimini məhdudaşdırır, suriyalılar isə texnikalarını, misal üçün, Hmeymim bazasında gizlədə bilərlər. Aprel zərbəsindən az öncə Fransada dərc olunan “Le Figaro” qəzeti də bu barədə BMT-dəki mənbəyə istinadən yazmışdı.

Arxada qalan həftənin şənbə gününə keçən gecə ABŞ prezidenti Tramp Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqi ilə hücuma cavab olaraq, bu ölkəni raket atəşinə tutmaq barədə əmr verib. Tramp Rusiyanı və İranı Əsəd rejimini dəstəklədiklərinə görə kəskin tənqid edib. ABŞ-la birgə raket zərbələrini Böyük Britaniya və Fransa da həyata keçirib. Bu arada qeyd etmək yerinə düşər ki, zərbə endirildikdən az sonra NATO bu hücum barədə Rusiyaya xəbərdarlıq edilmədiyini bildirmişdi.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [18:00]:
Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi
14/07/2020 [17:38]:
Səhiyyə naziri maska taxmadığına görə üzr istəyib
14/07/2020 [17:35]:
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
14/07/2020 [17:35]:
“Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”-” Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:26]:
Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər
14/07/2020 [17:10]:
Milli Ordumuzun yenilməzliyinə inanıram
14/07/2020 [16:50]:
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
14/07/2020 [16:37]:
Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
14/07/2020 [16:35]:
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
14/07/2020 [16:26]:
Dövlət Xidməti: Səfərbərliklə bağlı yayılan SMS-lər həqiqətə uyğun deyil
14/07/2020 [16:26]:
"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb
14/07/2020 [16:25]:
"Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir"
14/07/2020 [16:13]:
"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
14/07/2020 [16:12]:
Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [14:00]:
"BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələri yerinə yetirilməlidir"
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
14/07/2020 [13:09]:
Ordumuzun qələbə çalacağı gün uzaqda deyil
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin