1 manata görə oğul atasını baltaladı – Məhkəmə işi

15/04/2018 [13:38] - Cəmiyyət (1475)



Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb… Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi, ev 22 ünvanında baş verib. Q.Cahangirov aralarında baş verən dava zamanı 70 yaşlı atası Arif Cahangirovu xüsusi amansızlıqla qətlə yetirib. Baş və bədən nahiyələrindən ağır xəsarətlər alan yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İttihama görə, qətl hadisəsinə sərxoş vəziyyətdə olan Qadirin yenidən spirtli içki almaq üçün arvadından 1 manat pul istəməsi səbəb olub. Arvadının pul verməməsindən əsəbləşən ər evdəki əşyaları sındırıb. Səs-küyə gələn, oğlunu sakitləşdirməyə çalışan Arif Cahangirov Qadirin balta zərbələrinə tuş gəlib.

Törətdiyi cinayət əməlinə görə Q.Cahangirova Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Qadir Cahangirov ifadəsində 2012-ci ildə qızı Mahirə intihar etdikdən sonra əsəblərinin korlandığını, o vaxtdan etibarən içkiyə qurşandığını göstərib. Hadisə baş verən gün oğlu çörəkbişirmə sexinə, arvadı ilə bacısı isə xadimə işlədikləri məktəbə gediblər. Evdəki arağı dovğa ilə içməyə başlayıb. Axşamtərəfi arvadı Yeganədən araq pulu istəyib: “Yeganədən bir manat istədim. Dedi ki, sabah Bakıda yaşayan qızımgilə qonaq gedəcəyik, pul lazımdır. Həmçinin, qızımın qaynanasının dindar olduğunu deyib, arağa pul verməkdən imtina etdi. Buna görə mübahisəmzi düşdü, qışqır-bağır saldım. Atam yanıma gəlib Qurban bayramı günü araq içdiyimə görə məni danladıqda əsəbləşib onu da itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə daxmaya qaçdım ki, balta götürüm. Bacım qarşımı kəsmək istədikdə onu itələyib yıxdım, odun doğradığımız baltanı daxmadan götürdüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurdum. Zərbənin təsirindən yerə yıxıldı, başından qan axmağa başladı”.

Atasını baltayla vurduqdan sonra Q.Cahangirov öz başına da balta zərbələri endirib: “Ayılanda gördüm ki, xəstəxanadayam. Atamla əvvəllər də xırda mübahisələrimiz olurdu, içki içdiyimə görə məni danlayırdı. Amma heç vaxt onu ölümlə hədələməmişəm. Həmin gün sərxoş idim, əsəbləşdiyim üçün atamı vurdum. Baltanı götürüb özümü öldürəcəkdim. Atamın mənə qarşı çıxmaları artıq məni bezdirmişdi. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş Nadir Cahangirov ifadəsində mərhum qardaşının oğlu Qadirin yetkinlik yaşlarından etibarən ailə üzvlərinə əzab-əziyyət verdiyini, problemlər yaratdığını, bir neçə dəfə cinayət törətdiyini, dəfələrlə özünə xəsarət yetirdiyini, spirtli içki aludəçisi olduğunu göstərib: “Qardaşım onu pis əməllərindən çəkindirməyə, düzgün yola qaytarmağa çalışırdı. Qadir içəndə qardaşım əlinə çubuq götürüb onu sakitləşdirirdi. Həmişə oğlundan gileylənir, içib dava-dalaş saldığını deyirdi. Qardaşım evdə olmadığı vaxtlarda bir neçə dəfə ailə üzvləri “əmi, tez bizə gəl, Qadir bizi öldürür” dedikdən sonra onlara haraya getmişəm. Qadirin dava-dalaş saldığını, qapı-pəncərəni qırmasının dəfələrlə şahidi olmuşam. Hər dəfə əlinə balta-bıçaq alıb özünü öldürəcəyini deyir, heç kimi yaxına buraxmırdı”.



Hadisə baş verən gün növbəti dəfə qardaşının ailə üzvləri N.Cahangirova zəng vurub “əmi, gəl, qırdılar bir-birini, reanimasiyadadırlar” deyiblər: “Dərhal xəstəxanaya getdim. Pilləkənlar, dəhliz, palata qan içərisindəydi. Qardaşımın başı parçalanmışdı, qan axırdı. Həkimlər tikiş qoymaq istəsələr də, Arif vəfat etdi. Qadirin də üst-başı qan içindəydi, qışqır-bağır salırdı”.

Zərərçəkmiş məhkəmədən qardaşı oğluna ədalətli cəza verilməsini xahiş edib: “Qadir qardaşımı öldürmək məqsədilə vurub. Əvvəllər Qadirin atasını hədələməsini, onu öldürməyə cəhd etməsini görməmişəm, eşitməmişəm. Ədalətli cəza verilməsini xahiş edirəm”.

Şahid qismində dindirilən Yəmən Abdulrazaqova ifadəsində qardaşının mütamadi olaraq spirtli içki qəbul etdiyini və evdə dava-dalaş saldığını göstərib. Günorta saatlarında xadimə işlədiyi məktəbdən evə qayıdan Yəmən qardaşının yenə də içkili vəziyyətdə olduğunu görüb: “Axşamtərəfi gördüm yenə də həyətdə qışqırır. Dava axtardığını bilib, öz otağıma keçib televizora baxdım. Bu vaxt Yeganənin qışqırıb köməyə adam çağırdığını eşitdim. Qadirin daxmadan balta götürüb Yeganəyə sarı gəldiyini görüncə Yeganəni otağa salıb qapını bağladım. Qadirin də üstünə qısqırıb dedim ki, apar, baltanı yerinə qoy”.

Şahidin ifadəsinə görə, Arif Cahangirov oğluna “Qurban bayramı” günü içməsini irad tutduqda Qadir baltanı daxmaya qoyub geri qayıdıbmış: “Qadir onu əliylə itələdi, səndələsə də, yıxılmadı. Qadiri qorxutmaq üçün atam taxta parçası götürmək üçün talvara sarı getdi. Atamın talvara getdiyini görən Qadir dərhal daxmaya tərəf qaçdı. Onun balta götürəcəyini bilib qarşısını kəsdim. Məni itələyib yerə yıxdı. Bu vaxt atam əlindı taxta parçası Qadirə yaxınlaşdı. Qadir daxmanın giriş qapısından əlini çölə çıxardıb baltayla atamın başına zərbə endirdi. Sonra da özünü vurdu. Qonşuların köməkliyi ilə ikisini də xəstəxanaya apardıq”.

Məhkəmənin hökmü ilə Qadir Cahangirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [18:00]:
Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi
14/07/2020 [17:38]:
Səhiyyə naziri maska taxmadığına görə üzr istəyib
14/07/2020 [17:35]:
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
14/07/2020 [17:35]:
“Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”-” Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:26]:
Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər
14/07/2020 [17:10]:
Milli Ordumuzun yenilməzliyinə inanıram
14/07/2020 [16:50]:
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
14/07/2020 [16:37]:
Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
14/07/2020 [16:35]:
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
14/07/2020 [16:26]:
Dövlət Xidməti: Səfərbərliklə bağlı yayılan SMS-lər həqiqətə uyğun deyil
14/07/2020 [16:26]:
"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb
14/07/2020 [16:25]:
"Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir"
14/07/2020 [16:13]:
"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
14/07/2020 [16:12]:
Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün
14/07/2020 [16:01]:
MN: Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [14:00]:
"BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələri yerinə yetirilməlidir"
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin