MSK sədri ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın ilkin hesabatına münasibət bildirib

15/04/2018 [12:26] - Siyasət (789)



"Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib. Bu, seçkilərə yüksək marağın olmasını təsdiqləyib".

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, müşahidəçilər MSK-nın seçkiləri hazırlayıb keçirilməsini yüksək dəyərləndirib: "Prezident seçkilərində 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, görüntülər fasiləsiz verildi. Bu da seçkilərin şəffaflığın təmin olunması ilə bağlı idi. MSK işinin öhdəsindən layiqincə gəldi. Seçkilərdə ikisi beynəlxalq təşkilatlarla birgə olmaqla, 4 təşkilat tərəfindən "exit-poll" keçirildi. Həm şəhərlərdə, həm də kəndlərdə tək səhər deyil, hətta günortadan sonra seçicilər növbədə dayanmışdı. Bunu müşahidəçilər də xüsusi qeyd edirdilər. Nəticədə seçkilərdə 74 faizdən artıq seçici fəallığı qeydə alındı".

MSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına da münasibət bildirib: "Biz münasibətimizi həm yazılı şəkildə, həm də görüşlərdə kəskin şəkildə bildirmişik. Demişik ki, Azərbaycan Avropanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda insanlar gördüklərini vizual şəkildə yerləşdirirlər. Bu, bizə xoş gəlməsə də, dünyaya nümunə olacaq bir haldır. Onların bizi təqdim etdiyi səviyyəni dünya qəbul etmir, sivil dünya bizi yüksək səviyyədə qəbul edir. Seçkilərdə xoşagəlməz addımlar atmaq istəyən insanlar da ola bilər. Azərbaycanda seçkinin səviyyəsi ən inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğundur. Onlar bizi məcbur edirlər ki, fikir bildirək. Azərbaycan xalqı onların fikirləşdiyi xalq deyil, biz Azərbaycan xalqına hörmət tələb edirik. Bu seçki onların xoşuna gələn ölkələrdə keçirilsəydi, axşama qədər təbliğ edərdilər. Bizə təsir edən odur ki, niyə bizə layiq olmadığımız standartlar tətbiq olunur? Ortaya qoyduqları sənədə baxanda görürük ki, missiyanın özü seçki müşahidə missiyasından daha çox  başqa missiyaya xidmət edən qurum kimi görünür".
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin