“Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq

15/04/2018 [11:39] - Mədəniyyət (458)



Rus Dram Teatrında ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” pyesi əsasında “Mən, sən, pəncərə... məşuq” tamaşası səhnələşdirilir.

Rejissor, xalq artisti İranə Tağızadənin quruluş verdiyi bu pyes keçmiş Sovet məkanında “№ 13” adı ilə məşhur idi. Dramaturqla razılaşma əsasında pyes Rus Dram Teatrının səhnəsində “Mən, sən, pəncərə... məşuq” adı ilə oynanılacaq.

Məlumat üçün bildirək ki, bu, dramaturqun ən yaxşı əsərlərindən biridir və Lourens Olivye (London Teatr Cəmiyyəti tərəfindən) mükafatına layiq görülüb.


Tamaşada hadisələr Britaniya Parlamentinin üzvü olan nüfuzlu bir şəxsin beş ulduzlu "Vestminster" otelində siyasi rəqibinin cazibədar katibəsi ilə xoş axşam keçirmək istəyindən başlayır. Əgər otel otağının nömrəsi 13, pəncərəsi Biq Benlə üzbəüz olmasaydı, hər şey yaxşı olardı. Bu, cənab Uillinin başına təsəvvür edə bilməyəcəyi gözlənilməz hadisələrin gəlməsinə səbəb olur. Uğursuz rəqəm sevgililər üçün fəlakətə səbəb olur, onlar münasibətlərinin kulminasiya məqamında pəncərədə naməlum bir adamın cəsədinin sıxıldığını görürlər.

Tamaşada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Fuad Osmanov, Natalya Baliyeva, Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Həcər Ağayeva, Murad Məmmədov, Bella Safina, Yuri Omelçenko, İnna İmranova, Zaur Terequlov, Fatimə Əliyev, Elşad Murtuzov oynayacaqlar.

Tamaşanın dekorasiya rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova, xoreoqraf Fuad Osmanov və Mariya Dubovitskaya, musiqi tərtibatı Vladimir Neverova məxsusdur. 3 və 4 may tarixlərində saat 19.00-da tamaşanın premyerası olacaq. Tamaşa 16+ tamaşaçılar üçün nəzərdə tutulub. Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.
Ermənistanda inqilab: etiraz aksiyaları davam etdiriləcək
Vüsal Qasımlı: Ekspertizası tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndirilib
Rusiya XİN Ermənistandakı vəziyyətlə bağlı bəyanat yaydı
Yeni nazir köhnə komandasını da arxasınca daşıyır - şərh
Prezident: Türkiyə dünyada bir gücdür
Xəbər lenti
26/04/2018 [00:18]:
Ermənistanda inqilab: etiraz aksiyaları davam etdiriləcək
26/04/2018 [00:03]:
Ramil Usubov yeni rəis təyin etdi
25/04/2018 [23:29]:
Vüsal Qasımlı: Ekspertizası tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndirilib
25/04/2018 [22:36]:
Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusunu icraata qəbul edib
25/04/2018 [21:41]:
Təhsil Nazirliyi yeni təkliflər paketi hazırlayıb
25/04/2018 [20:47]:
Rusiya XİN Ermənistandakı vəziyyətlə bağlı bəyanat yaydı
25/04/2018 [19:59]:
FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25/04/2018 [19:38]:
Yeni nazir köhnə komandasını da arxasınca daşıyır - şərh
25/04/2018 [19:04]:
İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb
25/04/2018 [18:41]:
Prezident: Türkiyə dünyada bir gücdür
25/04/2018 [18:19]:
Karbamid zavodunun işə düşəcəyi tarix açıqlandı
25/04/2018 [17:52]:
“Beşiktaş”ın baş məşqçisi və futbolçuları polisə çağırıldı
25/04/2018 [17:24]:
Zakir Həsənov Çinə rəsmi səfərə gedir
25/04/2018 [16:50]:
Türkiyədə 14 terrorçu saxlanıldı
25/04/2018 [16:29]:
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25/04/2018 [15:57]:
Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək
25/04/2018 [15:28]:
Mohamed Ahmed Alqubaisi: BƏƏ ən böyük beynəlxalq donordur
25/04/2018 [15:16]:
Azərbaycan-Fransız Universiteti tələbələrinin konserti olacaq
25/04/2018 [15:14]:
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
25/04/2018 [15:01]:
Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir
25/04/2018 [14:41]:
Paşinyan boykotla hədələdi
25/04/2018 [14:09]:
Borca görə axtarışda olan 9 nəfər saxlanıldı
25/04/2018 [13:34]:
Yarışlara görə Bakının 3 məktəbində tətil elan olundu
25/04/2018 [13:18]:
“Formula-1”: Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb
25/04/2018 [12:53]:
Azərbaycan boksçuları Avropa birinciliyinin finalına yüksəlib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident 4 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 16 nəfəri vəzifəyə təyin etdi - siyahı
İlham Əliyevdən yeni təyinat - sərəncam
Nazirlər Kabinetinin yeni tərkibi necə olacaq? - iddia
20 nazirlik və komitənin rəhbəri hələ təyin olunmayıb - siyahı
Hacıbala Abutalıbovu qadın əvəz edib
Yeni baş nazir danışdı: Vacib və ehtiyac olan sahələrdə islahatlar aparılacaq-yenilənib
38 yaşlı yeni nazir kimdir? - dosye
Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin