BMT Bakıda seminar keçirib

14/02/2018 [13:50] - İqtisadiyyat (75)



Birləşmiş Millətlər Təşkilatının  (BMT) İnkişaf Proqramının təşkil etdiyi “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” (MAPS) hesabatı üzrə məsləhətləşmə seminarı keçirilib. Seminar, 2017-ci ilin may-iyun aylarında Azərbaycanda başlayan strateji siyasətin dəstəklənməsi missiyasının davamıdır.

İstiqlal.az saytı xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai çıxışında BMT ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında könüllü şəkildə hesabat təqdim edən ilk ölkələrdən biri olub: “Azərbaycan regionda Davamlı İnkişaf Məqsədlərinin təşviqində qabaqcıl öndərlərdən biridir. Bu sahədə BMT sisteminin bacarıqları, texniki ekspertizası və lazım olan hər hansı dəstəyinin effektiv bir şəkildə və vaxtında çatdırılmasını təmin etmək üçün BMT Azərbaycan hökuməti, özəl sektor, media və vətəndaş cəmiyyəti ilə işləməyə davam edəcək. Dayanıqlı İnkişaf Məqsədləri mühüm bir platformadır. Biz bu platformanı genişləndirməliyik ki, irəliyə doğru gedək”. O, bu ilin sentyabrında Azərbaycanda Dayanıqlı İnkişaf üzrə konfrans keçiriləcəyini də qeyd edib.  

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, Azərbaycanla BMT-nin “Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri” layihəsi bu ilin sentyabr ayında Bakıda keçiriləcək hökumətlərarası forumda qəbul edilə bilər. Onun sözlərinə görə, Azərbaycanda bu yöndə işlər görülür və tam əminlə demək olar ki, Bakı Prinsipləri sənədi qəbul ediləcək. Daha sonra nazir müavini ki, Azərbaycanda görülən işlər nəticəsində yoxsulluğun səviyyəsi 10 dəfə aşağı salınıb. Bu göstəriciyə görə isə respublikamız dünyanın öndə gələn subyektlərindəndir.

BMTIP-in Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktor müavini və BMTİP-in İstanbul Regional Mərkəzinin rəhbəri Rastislav Vrbenski çıxışında qeyd edib ki, bu günə qədər MAPS missiyaları artıq 20-dən artıq ölkədə keçirilib, bu il əlavə 20 missiyanın keçiriləcəyi planlaşdırılır. Əlavə edib ki, Azərbaycanda DİM-lərə dair hazırlanan MAPS hesabatının təhlili və hesabatdan irəli gələn təkliflər toplusu yalnız Azərbaycan üçün deyil, hal-hazırda bu platformanı DİM-lərin milli səviyyədə tətbiqini sürətləndirmək üçün istifadə edən digər ölkələr üçün də böyük əhəmiyyət kəsb edir.

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
24/02/2018 [21:54]:
Bülbülə qəsəbəsində sakinlər yol tələbi ilə yolu bağlayıb
24/02/2018 [20:52]:
Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24/02/2018 [19:57]:
İlham Əliyevdən təhsillə bağlı sərəncam
24/02/2018 [18:57]:
Bakıda mənzildən kişi meyiti tapılıb
24/02/2018 [17:57]:
Salyanda “Ford” və “Mercedes” toqquşub, sürücülər xəsarət alıb
24/02/2018 [16:51]:
Dünən axtarışda olan 60 nəfər saxlanılıb
24/02/2018 [15:47]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24/02/2018 [14:57]:
Nazir Ramil Usubov 10 rayonun rəislərinə konkret tapşırıqlar verdi
24/02/2018 [13:46]:
Neft yenidən bahalaşır
24/02/2018 [12:47]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [11:37]:
Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə
24/02/2018 [11:16]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
24/02/2018 [10:51]:
Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi
24/02/2018 [10:21]:
Azərbaycan nefti bahalaşdı
24/02/2018 [09:47]:
Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
24/02/2018 [00:09]:
Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik - Video
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Rövşən Lənkəranskinin qatili bilindi
AzTV sədrinin tutdurduğu iş adamının qızından şok açıqlamalar
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin