Kəmaləddin Heydərovun oğlu ittihamlara cavab verir

14/02/2018 [10:47] - Gündəm (348)



“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin ittihamları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Nigar Köçərli sosial şəbəkələrdə sahibi olduğu kitab mağazalarına “yaranmış təhlükə ilə bağlı” müraciət yayıb. Əslində hədəf kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazaları şəbəkəsi seçilib.

N.Köçərlini narahat edən məsələlərə, daha dəqiq desək, onun iddialarına keçməzdən əvvəl bildirək ki, bu müraciətin formal ünvanı bir, əslində hədəf seçilən obyekt isə tamam başqa instansiyadır. Bu isə atılan addımın özünün məntiqliliyini sual altında qoyur. “LİBRAFF” sadəcə kitab mağazaları şəbəkəsidir, özəl sektora aiddir, ölkədəki on minlərlə analoji strukturdan biridir, yəni dövlət qurumu deyil, hər hansı nazirliyin şöbəsi heç deyil. Amma bu da sirr deyil ki, müraciətin məhz başqa instansiyaya ünvanlaması məqsədlidir – hər halda daha böyük effektə, güclü ictimai rezonans yaradacağına ümid bəslənib.

Nigar Köçərli

TEAS-ın təsisçisi və sədri Tale Heydərovu “4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq”da ittiham edən N.Köçərli də bilməmiş deyil ki, “LİBRAFF”ın ilk dükanı 4 il qabaq yox, ötən il – 2017-ci ildə açılıb.

Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu “hücumlar” son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, “o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir.

“LİBRAFF” kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb. TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir – sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan.

Belə zərbələrdən biri də budur: “Mağazalarımızda gizli çəkilişlər aparılıb”.

Əgər söhbət hər hansı qanunsuzluq və piratçılıq faktının sənədləşdirilməsindən gedirsə, bu, qanunsuz kitab nəşri ilə mübarizənin əsas tələbidir. Kitab satışı sektorunda ən başlıca məsələlərdən biri müəllif hüquqları məsələsidir. Problem də ondadır ki, bu məsələdə ən çox zərərçəkən tərəf məhz TEAS Press Nəşriyyat evidir. Nəşr hüququ TEAS Press Nəşriyyat evinə məxsus olan kitablar qanunsuz şəkildə nəşr edilir və bu pirat kitablar N.Köçərlinin mağazalarının vitrinlərində satılır. Həmçinin Oksford Universiteti nəşriyyatının (OUP) və Türkiyə nəşriyyatlarının ən çox satılan kitablarının pirat nüsxələrinin bu mağazalarda satılması faktları OUP və Türkiyə Yayınçılar Birliyinin monitorinqi nəticəsində aşkarlandı. TEAS Press Nəşriyyat evi öz qanuni hüquqlarını qorumağa qalxanda isə qarşı tərəfin “inhisarçı” ittihamı ilə, “qara məni basınca…” məntiqinə əsaslanan hücumlarla üzləşir.

“LİBRAFF”ın Bakı və Gəncədə 6 mağazası var və bu il daha 4 mağazanın açılması nəzərdə tutulur – heç biri də başqasının yerində yox! 2019-2020-ci illər ərzində isə “Made in Azerbaijan” markası ilə Rusiya, Ukrayna və Türkiyədə “LİBRAFF” mağazaları açılacaq. Bu mağazalar yerli və qlobal kitab işinə dəstək verməklə bərabər, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın müsbət imicinin gücləndirilməsinə və milli ədəbiyyatımızın tanıdılmasına töhfə verəcək.

Türkiyədə yaradılan “TEAS-Yayıncılık” şirkəti qardaş ökənin ən nüfuzlu nəşriyyatları sırasına daxil olub. İndi Türkiyə oxucusu öz kitab mağazalarından Ziya Bünyadov, Sara Aşurbəyli, Oqtay Əfəndiyev və digər görkəmli tarixçilərin əsərlərini türk dilində alıb mütaliə edə bilər.

“LİBRAFF” mağazaları milli ədəbiyyatın inkişafına, Azərbaycan yazıçılarının əsərlərinin modern nəşriyyat standartlarına uyğun çap edilməsinə, onların kitab mağazalarında tanıtımının həyata keçirilməsinə, dünyanın nüfuzlu nəşriyyatlarının məhsullarının oxuculara geniş çeşiddə təqdim edilməsinə dəstək missiyası ilə fəaliyyət göstərir.

“LİBRAFF” şəbəkəsi saxta kitablar satmır, yerli müəlliflər arasında ayrı-seçkilik qoymur, kitab satışının yaradıcılığı dəstəkləmək kimi sosial biznes missiyasını yerinə yetirir, bu sahədəki boşluğu doldurmağa çalışır. Nə yaradırsa, sıfırdan yaradır. Heç bir mağazanı bağlamır, heç bir başqa dükanın bazasında nəsə yaratmır”.

Açıqlamada qeyd olunur ki, TEAS Press Nəşriyyat evi kitab işi sektoruna fərqli üslub və yeniliklər gətirib: “Nəşriyyat yerli müəlliflərin, tərcüməçilərin, redaktor və korrektorların, bir sözlə, yaradıcı ziyalıların əməyinin haqqını yüksək standartlarla ödəməyə başlayanda intellektual əməyi istismar edənlər sadəcə dözə bilmədi. Biz yerli müəllif və tərcüməçilərə, redaktor və korrektorlara yüksək qonorar verməkdə günahlandırıldıq.

Eyni qaydada uydurma “rəsmi qurumların təzyiqləri” və “nar şirəsi zavodu” iddialarına dair sübutlar varsa, ortaya qoyulsun.

TEAS kitab nəşri sahəsindəki fəaliyyəti dövründə ilk və bu günə qədər yeganə olan aqressiv münasibəti “Qafqazda “erməni məsələsi” adlı üç cildlik kitablar haqqında erməni əsilli amerikalı professor Corc Burnityandan görmüşdu. Burnityan erməni diasporunun ən böyük nəşrlərinin birində Azərbaycan dövlətinin, onun rəhbərliyinin informasiya müharibəsindəki qələbəsini etiraf etməklə bərabər, TEAS-ı və həmin kitabların tərtibçisi Tale Heydərovu “dünya kitabxanalarını tanınmış Qərb nəşriyyatlarında Azərbaycan haqqında çap olunan kitablarla doldurmaqda” ittiham edirdi. Bu ittihama (http://araratmagazine.org/2011/10/a-review-of-the-armenian-question-in-the-caucasus/) vaxtında münasibət bildirilsə də, TEAS Azərbaycanın düşmənlərini narahat etdiyinin fərqində idi.

Bu gün isə TEAS öz peşəkar fəaliyyətində növbəti hücumla üzləşib. Qəribə də olsa, yeni platformada nəşriyyat və kitab mağazaları şəbəkəsi qurduğu üçün…”

Xatırladaq ki, “Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli sosial şəbəkə vasitəsilə müracit yayıb. O, “Gilan Holdinq”in prezidenti Tale Heydarovu “Əli və Nino” kitab dükanlarını ələ keçirməyə cəhddə ittiham edib. “Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar” deyən xanım sahibkar iddia edib ki,onlara gömrükdə problemlər yaradılır, mağazalarında gizli çəkilişlər aparılır və sair. (APA)
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
18/02/2018 [00:05]:
Göygöldə 2 ayın gəlini yoxa çıxdı - Video
17/02/2018 [23:47]:
İki nəfərin ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanıldı - DİN və Prokurorluqdan birgə açıqlama
17/02/2018 [22:39]:
Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17/02/2018 [21:50]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:43]:
Azərbaycanın xarici dövlət borcu niyə artıb? - Nazirlikdən açıqlama
17/02/2018 [19:30]:
Nüsrət Hacılı: “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədir”
17/02/2018 [18:33]:
"35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki..." - Nazirdən bahalaşmaya reaksiya
17/02/2018 [17:51]:
Qəbələdə futboldan sonra kütləvi toqquşma
17/02/2018 [16:47]:
ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb
17/02/2018 [15:29]:
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
17/02/2018 [14:11]:
Binəqədidə sakinlər etiraza qalxdı - Video
17/02/2018 [14:03]:
Bakıda yağış, rayonlarda qar yağacaq
17/02/2018 [13:47]:
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
17/02/2018 [12:35]:
"Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır" - Keçmiş səfir
17/02/2018 [12:28]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi - Rəsmi açıqlama
17/02/2018 [12:06]:
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
17/02/2018 [11:37]:
Meksika səfiri Milli Məclisdə
17/02/2018 [11:36]:
Hindistan səfiri cənub bölgəsində olub
17/02/2018 [11:33]:
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
17/02/2018 [11:11]:
Ombudsmanla bağlı qanun dəyişdirilir  
17/02/2018 [10:51]:
200 sakin aldıqları evə köçə bilmir - Video
17/02/2018 [10:15]:
Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
17/02/2018 [09:47]:
“Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb
17/02/2018 [00:09]:
"Hacıqabul Broyler"in yumurtasının içindən əcaib maddə çıxdı - Video
16/02/2018 [23:35]:
Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Mikayıl Cabbarov nazirliyin üç əməkdaşını cinayət başında tutdurdu - Rüşvət alarkən + Adlar
Elman Rüstəmovdan əhaliyə çağırış - "Diqqətli olun..."
SOCAR-ın mühəndisi özünü iş yerində binadan atdı
İlham Əliyev fonda sədr müavini təyin etdi - sərəncam
Xaricdə yaşayanlara "otxod" deyən millət vəkilimiz Azərbaycandan köçdü
Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu
Ramil Usubovdan yeni rəis təyinatı
Qarabağda irimiqyaslı müharibə gözlənilir - ABŞ Milli Kəşfiyyatının direktorundan sensasion açıqlama
Ramiz Mehdiyev sərəncam verdi
Fazil Məmmədovdan sərt reaksiya - “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin