Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü

12/02/2018 [16:48] - Siyasət (131)



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat  Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkilərində iştirak edəcək.

Partiyadan Strateq.az-a verilən məlumata görə, bu haqda BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar qəbul edilib. Qərar əsasında, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Eyni zamanda, İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.

BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər artıq Mərkəzi Seçki Komissiyasına da təqdim olunub.

BAXCP-nin seçkidə iştirakla bağlı yaydığı bəyanatında deyilir:

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərin hər bir ölkənin həyatı üçün əsas siyasi hadisə olduğunu, seçkilərdə iştirakın çoxpartiyalı sistemin inkişafı, alternativ proqram və ideyaların təbliği, siyasi mədəniyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək;

– mənsub olduğu siyasi və mənəvi mirasın, ideya və prinsiplərin millətin və dövlətin maraqlarını, Azərbaycan xalqının istiqlal məfkurəsini, birlik və bütövlüyünü qorumağın vacibliyini önə çəkdiyini vurğulayaraq;

– Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa edilməsinin milli varlığımız üçün həyati əhəmiyyət kəsb etdiyini xatırladaraq;

– ölkədə siyasi, hüquqi, iqtisadi islahatların dərinləşdirilməsinin, iqtisadiyyatın enerji sektorundan asılılığına son qoyulmasının zəruri olduğunu əsas götürərək;

– seçkilərin cəmiyyətdə baş vermiş siyasi dəyişikliklərin hüquq müstəvisində rəsmiləşdirilməsi vasitəsi olduğunu vurğulayaraq;

– bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ay ərzində nail ola bilmədikləri dəyişikliklərə son 6 ayda nail ola biləcəklərini iddia edərək növbədənkənar prezident seçkilərinə qatılmadıqlarını, bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaratdıqlarını təəssüflə qeyd edərək;

– dünyada və regionda mürəkkəb proseslərin baş verdiyini, belə bir şəraitdə ölkədə siyasi sabitliyin qorunmasının, təhlükəsizliyin təmin edilməsinin, kənar müdaxilələrin qarşısının alınmasının önəmini anlayan bir siyasi partiya kimi Azərbaycan xalqı və dövlətçiliyi qarşısında məsuliyyətini dərk edərək;

– Prezident seçkilərində vahid namizədlə iştirakla bağlı bir sıra partiyalarla aparılan müzakirələrin hələlik yekun nəticəyə varmadığını, seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi ilə qatıldığını və partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir.

BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir”.
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
18/02/2018 [00:05]:
Göygöldə 2 ayın gəlini yoxa çıxdı - Video
17/02/2018 [23:47]:
İki nəfərin ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanıldı - DİN və Prokurorluqdan birgə açıqlama
17/02/2018 [22:39]:
Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17/02/2018 [21:50]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:43]:
Azərbaycanın xarici dövlət borcu niyə artıb? - Nazirlikdən açıqlama
17/02/2018 [19:30]:
Nüsrət Hacılı: “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədir”
17/02/2018 [18:33]:
"35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki..." - Nazirdən bahalaşmaya reaksiya
17/02/2018 [17:51]:
Qəbələdə futboldan sonra kütləvi toqquşma
17/02/2018 [16:47]:
ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb
17/02/2018 [15:29]:
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
17/02/2018 [14:11]:
Binəqədidə sakinlər etiraza qalxdı - Video
17/02/2018 [14:03]:
Bakıda yağış, rayonlarda qar yağacaq
17/02/2018 [13:47]:
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
17/02/2018 [12:35]:
"Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır" - Keçmiş səfir
17/02/2018 [12:28]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi - Rəsmi açıqlama
17/02/2018 [12:06]:
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
17/02/2018 [11:37]:
Meksika səfiri Milli Məclisdə
17/02/2018 [11:36]:
Hindistan səfiri cənub bölgəsində olub
17/02/2018 [11:33]:
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
17/02/2018 [11:11]:
Ombudsmanla bağlı qanun dəyişdirilir  
17/02/2018 [10:51]:
200 sakin aldıqları evə köçə bilmir - Video
17/02/2018 [10:15]:
Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
17/02/2018 [09:47]:
“Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb
17/02/2018 [00:09]:
"Hacıqabul Broyler"in yumurtasının içindən əcaib maddə çıxdı - Video
16/02/2018 [23:35]:
Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Mikayıl Cabbarov nazirliyin üç əməkdaşını cinayət başında tutdurdu - Rüşvət alarkən + Adlar
Elman Rüstəmovdan əhaliyə çağırış - "Diqqətli olun..."
SOCAR-ın mühəndisi özünü iş yerində binadan atdı
İlham Əliyev fonda sədr müavini təyin etdi - sərəncam
Xaricdə yaşayanlara "otxod" deyən millət vəkilimiz Azərbaycandan köçdü
Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu
Ramil Usubovdan yeni rəis təyinatı
Qarabağda irimiqyaslı müharibə gözlənilir - ABŞ Milli Kəşfiyyatının direktorundan sensasion açıqlama
Ramiz Mehdiyev sərəncam verdi
Fazil Məmmədovdan sərt reaksiya - “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin