Bakıda sərnişinlər küçənin ortasında avtobus gözləyir - Video

12/02/2018 [16:39] - Cəmiyyət (163)



İctimai nəqliyyatın təhlükəsiz və rahat fəaliyyətini təmin etmək üçün vacib olan şərtlərdən biri də bu xidmətdən istifadə edən sərnişinlərin qoyulan tələblərə və qaydalara əməl etməsi ilə bağlıdır. Elə buna görə də uzun müddətdən bəri “BakuBus” avtobuslarının salonunda sərnişinlər üçün təhlükəsizlik və davranış qaydaları fasiləsiz olaraq səsləndirilməkdədir. Ancaq təəssüf ki, buna baxmayaraq hələ də bəzi sərnişinlərimiz hər gün həmin anonslarda səsləndirilən qaydaları pozmaqda israr edirlər.

Bunu Modern.az-a açıqlamasında “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

Qurum rəsmisi deyib ki, qaydalara görə sərnişinlər avtobusu gözləyərkən yolun hərəkət hissəsinə çıxmamalıdır:

“Bu sərnişinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı həm də avtobusun dayanacağa normal daxil olmasına və çıxmasına ciddi maneədir. Təqdim olunan videogörüntüdə sərnişinlərin avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları və sərnişinin sürücünü günahsız yerə təhqir etməsi əks olunur”.

M.Piriyev bildirib ki, hadisə fevralın 8-də saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə N.Nərimanov m/s-dan 20-ci sahə istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobusun Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib:

“Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır. Hətta bir sərnişin avtobusun guya onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir. Bu cür hallar avtobusun süni şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər. Bir daha sərnişinlərimizi qaydalara əməl dəvət edir, onları avtobusun hərəkət zolağına çıxmamağa, təhlükəsizlik və davranış qaydalarına əməl etməyə çağırırıq”.

 

 

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
24/02/2018 [20:52]:
Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24/02/2018 [19:57]:
İlham Əliyevdən təhsillə bağlı sərəncam
24/02/2018 [18:57]:
Bakıda mənzildən kişi meyiti tapılıb
24/02/2018 [17:57]:
Salyanda “Ford” və “Mercedes” toqquşub, sürücülər xəsarət alıb
24/02/2018 [16:51]:
Dünən axtarışda olan 60 nəfər saxlanılıb
24/02/2018 [15:47]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24/02/2018 [14:57]:
Nazir Ramil Usubov 10 rayonun rəislərinə konkret tapşırıqlar verdi
24/02/2018 [13:46]:
Neft yenidən bahalaşır
24/02/2018 [12:47]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [11:37]:
Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə
24/02/2018 [11:16]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
24/02/2018 [10:51]:
Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi
24/02/2018 [10:21]:
Azərbaycan nefti bahalaşdı
24/02/2018 [09:47]:
Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
24/02/2018 [00:09]:
Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik - Video
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Rövşən Lənkəranskinin qatili bilindi
AzTV sədrinin tutdurduğu iş adamının qızından şok açıqlamalar
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin