Ramiz Mehdiyev sərəncam verdi

12/02/2018 [11:52] - Siyasət (593)



Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

İstiqlal/az-ın məlumatına görə, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər göstəriləcək.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil olunacaq.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
18/02/2018 [00:05]:
Göygöldə 2 ayın gəlini yoxa çıxdı - Video
17/02/2018 [23:47]:
İki nəfərin ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanıldı - DİN və Prokurorluqdan birgə açıqlama
17/02/2018 [22:39]:
Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17/02/2018 [21:50]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:43]:
Azərbaycanın xarici dövlət borcu niyə artıb? - Nazirlikdən açıqlama
17/02/2018 [19:30]:
Nüsrət Hacılı: “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədir”
17/02/2018 [18:33]:
"35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki..." - Nazirdən bahalaşmaya reaksiya
17/02/2018 [17:51]:
Qəbələdə futboldan sonra kütləvi toqquşma
17/02/2018 [16:47]:
ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb
17/02/2018 [15:29]:
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
17/02/2018 [14:11]:
Binəqədidə sakinlər etiraza qalxdı - Video
17/02/2018 [14:03]:
Bakıda yağış, rayonlarda qar yağacaq
17/02/2018 [13:47]:
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
17/02/2018 [12:35]:
"Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır" - Keçmiş səfir
17/02/2018 [12:28]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi - Rəsmi açıqlama
17/02/2018 [12:06]:
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
17/02/2018 [11:37]:
Meksika səfiri Milli Məclisdə
17/02/2018 [11:36]:
Hindistan səfiri cənub bölgəsində olub
17/02/2018 [11:33]:
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
17/02/2018 [11:11]:
Ombudsmanla bağlı qanun dəyişdirilir  
17/02/2018 [10:51]:
200 sakin aldıqları evə köçə bilmir - Video
17/02/2018 [10:15]:
Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
17/02/2018 [09:47]:
“Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb
17/02/2018 [00:09]:
"Hacıqabul Broyler"in yumurtasının içindən əcaib maddə çıxdı - Video
16/02/2018 [23:35]:
Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Mikayıl Cabbarov nazirliyin üç əməkdaşını cinayət başında tutdurdu - Rüşvət alarkən + Adlar
Elman Rüstəmovdan əhaliyə çağırış - "Diqqətli olun..."
SOCAR-ın mühəndisi özünü iş yerində binadan atdı
İlham Əliyev fonda sədr müavini təyin etdi - sərəncam
Xaricdə yaşayanlara "otxod" deyən millət vəkilimiz Azərbaycandan köçdü
Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu
Ramil Usubovdan yeni rəis təyinatı
Qarabağda irimiqyaslı müharibə gözlənilir - ABŞ Milli Kəşfiyyatının direktorundan sensasion açıqlama
Ramiz Mehdiyev sərəncam verdi
Fazil Məmmədovdan sərt reaksiya - “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin