“Hər bir gənc futbolçu nəzarətimizdədir” - Qurban Qurbanov

11/02/2018 [09:47] - İdman (160)



Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Qəbələ” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. İstiqlal.az "Report"a istinadən xəbər verir ki, Qurban Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 
- Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qadım. Meydanda çox düşündülər. "Qəbələ"yə isə gələn oyunlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq.

- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?

- Futbol elədir ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudur. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi oyunçular da var ki, onlara vaxt lazımdı. Təəssüf ki, hələ ki, onda alınmır. Ona inamım böyükdü. Əsas odu, onda istək var.

- Oyundan sonra azarkeşlərlə nə danışdız?

- Azarkeşlərimizə həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban",- deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

- Qışda komandaya transfer etmədiniz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq ki?

- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdü, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.

- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiz?

- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu yaxşı dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.

- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiniz?

 - Xeyr.

- Köməkçiniz Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədir?

- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinsiplərimizdə bəzən bir məşqçi 3 saat yox, lazım olduqda 8 saat da işləməlidir. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdi kir, bu gün burdayıq, sabah burda olmaya bilərik.

- O, “Qarabağ”ın aşağı yaş qruplarında çalışa bilər?

- Bildiyim qədər onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdır. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar ondan sonra bu barədə danışa bilərik.

- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var?

- Gələcəkdə özünü yaxşı göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə, hər bir gənc futbolçu nəzarətimizdədir.

- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?

- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
18/02/2018 [00:05]:
Göygöldə 2 ayın gəlini yoxa çıxdı - Video
17/02/2018 [23:47]:
İki nəfərin ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanıldı - DİN və Prokurorluqdan birgə açıqlama
17/02/2018 [22:39]:
Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17/02/2018 [21:50]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:43]:
Azərbaycanın xarici dövlət borcu niyə artıb? - Nazirlikdən açıqlama
17/02/2018 [19:30]:
Nüsrət Hacılı: “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədir”
17/02/2018 [18:33]:
"35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki..." - Nazirdən bahalaşmaya reaksiya
17/02/2018 [17:51]:
Qəbələdə futboldan sonra kütləvi toqquşma
17/02/2018 [16:47]:
ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb
17/02/2018 [15:29]:
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
17/02/2018 [14:11]:
Binəqədidə sakinlər etiraza qalxdı - Video
17/02/2018 [14:03]:
Bakıda yağış, rayonlarda qar yağacaq
17/02/2018 [13:47]:
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
17/02/2018 [12:35]:
"Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır" - Keçmiş səfir
17/02/2018 [12:28]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi - Rəsmi açıqlama
17/02/2018 [12:06]:
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
17/02/2018 [11:37]:
Meksika səfiri Milli Məclisdə
17/02/2018 [11:36]:
Hindistan səfiri cənub bölgəsində olub
17/02/2018 [11:33]:
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
17/02/2018 [11:11]:
Ombudsmanla bağlı qanun dəyişdirilir  
17/02/2018 [10:51]:
200 sakin aldıqları evə köçə bilmir - Video
17/02/2018 [10:15]:
Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
17/02/2018 [09:47]:
“Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb
17/02/2018 [00:09]:
"Hacıqabul Broyler"in yumurtasının içindən əcaib maddə çıxdı - Video
16/02/2018 [23:35]:
Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Mikayıl Cabbarov nazirliyin üç əməkdaşını cinayət başında tutdurdu - Rüşvət alarkən + Adlar
Elman Rüstəmovdan əhaliyə çağırış - "Diqqətli olun..."
SOCAR-ın mühəndisi özünü iş yerində binadan atdı
İlham Əliyev fonda sədr müavini təyin etdi - sərəncam
Xaricdə yaşayanlara "otxod" deyən millət vəkilimiz Azərbaycandan köçdü
Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu
Ramil Usubovdan yeni rəis təyinatı
Qarabağda irimiqyaslı müharibə gözlənilir - ABŞ Milli Kəşfiyyatının direktorundan sensasion açıqlama
Ramiz Mehdiyev sərəncam verdi
Fazil Məmmədovdan sərt reaksiya - “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin