ABŞ rəsmisi Bakıya niyə gəlmişdi? - Təhlil

07/02/2018 [12:40] - Siyasət (779)



Azərbaycanda növbədənkənar prezident seçkilərinin qəfil elan edilməsindən bir gün sonra ABŞ dövlət katibinin müavininin köməkçisi Bricet Brink Bakıya səfərə gəlib.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanım Bricet Brinki qəbul edib. Dövlət agentliyinin yaydığı rəsmi məlumatda deyilir ki, Bricet Brink ABŞ rəhbərliyinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğulayıb,  Amerikanın ölkəmizin təhlükəsizlik sahəsində əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib. Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olunub, bunun Avropa ilə Asiya arşında yeni nəqliyyat marşrutu olması baxımından önəmi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunulub, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirilib. Görüşdə həmçinin demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət daşıyan vacib qərarın verilməsindən bir gün sonra yüksək çinli ABŞ rəsmisinin Bakıya gəlməsinin təsadüfi olduğunu idda etmək bəlkə də az inandırıcı olardı.

Ən azından xanım Brinkin məsuliyyət daşıdığı sahə üzrə missiyası ilə tanış olduqda bu səfərin ümumi mənzərəsi ilə bağlı fikir yürütmək olur.

Amerikanın dövlət idarəçiliyi sistemində 20 il təcrübəsi olan Bricit Brink MDB ölkələri üzrə ən yaxşı bilicilərdən sayılır. Prezident Obamanın zamanında – 2015-ci ilin avqustunda Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi təyin olunan Brink ABŞ-ın Ukrayna, Moldova, Belarus, Gürcüstan, Azərbaycan və Ermənistan üzrə əlaqələrinə cavabdehdir. Bundan əvvəl isə o, Milli Təhlükəsizlik  Şurasının Egey regionu və Qafqaz üzrə direktoru olub.  Rus dilində yaxşı danışır.

Brinkin adı  MDB ölklərinin və Cənubi Qafqaz dövlətlərinin diplomatlarına yaxşı tanışdır.  Onun “çantası” postsovet ölkələrinə xaraketrik olan problemlərin müzakirəsi üçün həmişə lazımı təkliflərlə dolu olub. Məsələn, 2016-cı ildə o, ABŞ və Belarus arasında insan haqları ilə bağlı aparılan danışıqların 3-cü raundunda iştirak etmək üçün Kişinyova səfər edib. Nəticədə Belarusda həbsdə olan siyasi məhbuslar azadlığa buraxılıb və bununla da Amerika və Avropanın Belarusa tətbiq etməyə hazırlaşdığı sanksiyalar dayandırılıb.  

Brink 2016-cı ildə Belarusda olarkən bu ölkəni demokratiya və insan hüquqları sahəsində əlavə müsbət addımlar atmağa çağırıb. O, bəyan edib ki, belə konstruktiv addım Belarusun suverenliyini və müstəqilliyini gücləndirir və iki dövlət arasında münasibətləri yaxşılaşdırır.  

ABŞ rəsmisi həmçinin 2017-ci ildə Moldovada olarkən bu ölkədə keçirilməsi vacib olan islahatlar barədə hökumətlə, müxalifətlə və vətəndaş sektoru ilə müzakirə aparıb.

2017-ci ildə isə Brink  parlament seçkiləri ərəfəsində olan Gürcüstana səfər edib. Parlamentin sədri Kobaxidze və müxalifətlə görüşən Brink seçkiləri müzakirə edib.  O, seçkidə zorakılıq aktlarına yol verməməyə çağırıb.

ABŞ dövlət katibinin nümayəndəsinin Ermənistanla da əlaqələri davamlı olub.  2016-cı ildə noyabrında Ermənistanda səfərdə olan Brink prezident  Serj Sərkisyanla görüşüb. Yerevanda Brink ABŞ-Ermənistan münasibətiərini dəstəkləyib və iki ölkənin müxtəlif sahələr üzrə sıx əlaqələr qurduğunu bildirib. Brink orada bəyan edib ki, ABŞ-ın yeni administrasiyası Dağlıq Qarabağ probleminin həlli üçün etimad mühitini yaradacaq sazişlərin reallaşmasında maraqlıdır.

13 sentyabr 2017-ci ildə Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ilə görüşən Brink iki ölkə arasında müdafiə sektoru ilə bağlı müzakirə aparıb.  Həmin ilin dekabrında yenidən Tiflisə gələn Brink Gücüstana ABŞ silahının satılması barədə müzakirələr aparıb.  Qeyd edək ki, 2017-ci ilin noyabrında  ABŞ administrasiyası Gürcüstana “Javelin” silah kompleksinin verilməsi barədə qərar verib.  Brink Tiflisdə bəyan edib ki, “Gürcüstanın öz gələcəyini və hərbi potensial mənbəyini seçmək hüququ var”.

Göründüyü kimi, kifayət qədər sıx və sürətli qrafikə malik olan Brink postsovet dövlətləri üçün vacib olan dönəmlərdə ABŞ-ın mesajlarını çatdırmaq üçün səylərini əsirgəməyib. 2015 və 2016-cı illərdə Azərbaycanda səfərdə olmuş Brinks Azərbaycanı Birləşmiş Ştatlar üçün vacib tərəfdaş adlandırıb. 2016-cı ilin iyun ayında Bakıda olarkən diplomat bildirib ki, ABŞ Azərbaycanda jurnalist, fəal və digər şəxslərin azad olunmasını alqışlayır.

Maraqlıdır ki, hər zaman seçki ərəfəsində cavabdeh olduğu ölkələrə səfər edən Brink ənənəvi postsovet dövlətləri üçün xarakterik sayılan problemlərin həlli üçün təklifləri də gətirib. Çox güman ki, Azərbaycana budəfəki səfəri zamanı ABŞ dövlət katibinin nümayəndəsi məhz prezident seçkiləri və Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesini müzakirə edib.  

Görünür,  növbədənkənar seçkinin təyin olunması ilə bağlı siyasi qərar ABŞ siyasi elitasında bir sıra məsələlərin kompleks həlli üçün açar rolunu oynayacağına əminlik yaradıb. 

Əsas mesaj prezident İlham Əliyevin davamlı islahatlar prosesinə dəstək və siyasi motivlə həbsxanada olanların azadlığa çıxmasıdır. Siyasi müşahidəçilərin fikrincə, seçkidən sonra baş tuta biləcək bu addım Azərbaycan hakimiyyətinin liberal və islahatçı mövqeyə sadiq olmaları barədə mesajlarını çatdırmaq üçün yaxşı imkan sayıla bilər.  

Digər bir məsələ isə Qarabağla bağlı aparılan danışıqlardır.ABŞ bu məsələdə birmənalı olaraq Minsk Qrupu formatına üstünlük verir və hər hansı “özfəaliyyətə” qarşıdır. Mart ayında Ermənistanda keçiriləcək seçkilərdən sonra hakimiyyətin parlamentin idarəçiliynə veriləcəyi gözlənilir. Bu isə münaqişənin başlandığı 26 il ərzində ilk dəfə yaranan vəziyyətdir. Bu seçkiləri həm Rusiya, həm də Qərb diqqətlə izləyir. Ermənistandakı seçkilərin sabit, şübhə altına düşməyəcək hay-küysüz nəticələri Qarabağla bağlı yeni danışıqlar müstəvisi üçün çox vacibdir. Bu baxımdan danışıqlarda aktivlik fazasının qeyri-müəyyənliyə yuvarlanmaması üçün Bakıdakı prezident seçkilərinin vaxtı geopoltik maraqları da təmin edir. Odur ki, Qarabağ danışıqlarında yeni situasiya və qəbul ediləcək qərarlar hər iki dövlətdə seçkidən sonra formalaşacaq siyasi  komandanın legitimliyindən çox  asılı olacaq.

Moskva da regionda ziq-zaqlı siyasi proseslərin başlanmasını istəmir. Rusiya postsovet dövlətləri ilə sərhəddə sabitliyin göz bəbəyi kimi qorunmasını istəyir. Odur ki, Azərbaycanda prezident seçkilərinin  qrafikinin dəyişdirilməsi Moskvanın da maraqlarına uyğundur. Nəzərə alaq ki, Rusiyada mart ayında keçiriləcək prezident seçkilərini Bakıdakı seçkilərdən çox az vaxt ayıracaq. ABŞ sanksiyalarının “dəyənəyi” altında diskomfort keçirən Putin üçün Vaşinqtonla Cənubi Qafqazda, “burnunun ücunda” yeni qarşıdurma heç bir halda sərfəli deyil. Odur ki, Rusiya üçün Azərbaycanda prezident seçkilərinin sakit və siyasi qalmaqalsız keçirilməsi prioritet olacaq. Yəqin ki, bugünlərdə Moskvadan da yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfərinin şahidi olacağıq.

Beləliklə, aydın olur ki, Azərbycan hakimiyyətinin  növbədənkənar seçkiləri təyin etmək qərarı regiondakı sabit maraqlar “tərəzisinin”pozulmasına rəvac verəcək qərar deyil.  

Əsas məsələ seçkidən sonra islahatların davamı üçün veriləcək fürsəti daxildə səmərəli siyasi kapitala çevirməkdir.

Xaqani SƏFƏROĞLU
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
18/02/2018 [00:05]:
Göygöldə 2 ayın gəlini yoxa çıxdı - Video
17/02/2018 [23:47]:
İki nəfərin ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanıldı - DİN və Prokurorluqdan birgə açıqlama
17/02/2018 [22:39]:
Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17/02/2018 [21:50]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:43]:
Azərbaycanın xarici dövlət borcu niyə artıb? - Nazirlikdən açıqlama
17/02/2018 [19:30]:
Nüsrət Hacılı: “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədir”
17/02/2018 [18:33]:
"35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki..." - Nazirdən bahalaşmaya reaksiya
17/02/2018 [17:51]:
Qəbələdə futboldan sonra kütləvi toqquşma
17/02/2018 [16:47]:
ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb
17/02/2018 [15:29]:
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
17/02/2018 [14:11]:
Binəqədidə sakinlər etiraza qalxdı - Video
17/02/2018 [14:03]:
Bakıda yağış, rayonlarda qar yağacaq
17/02/2018 [13:47]:
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
17/02/2018 [12:35]:
"Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır" - Keçmiş səfir
17/02/2018 [12:28]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi - Rəsmi açıqlama
17/02/2018 [12:06]:
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
17/02/2018 [11:37]:
Meksika səfiri Milli Məclisdə
17/02/2018 [11:36]:
Hindistan səfiri cənub bölgəsində olub
17/02/2018 [11:33]:
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
17/02/2018 [11:11]:
Ombudsmanla bağlı qanun dəyişdirilir  
17/02/2018 [10:51]:
200 sakin aldıqları evə köçə bilmir - Video
17/02/2018 [10:15]:
Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
17/02/2018 [09:47]:
“Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb
17/02/2018 [00:09]:
"Hacıqabul Broyler"in yumurtasının içindən əcaib maddə çıxdı - Video
16/02/2018 [23:35]:
Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Mikayıl Cabbarov nazirliyin üç əməkdaşını cinayət başında tutdurdu - Rüşvət alarkən + Adlar
Elman Rüstəmovdan əhaliyə çağırış - "Diqqətli olun..."
SOCAR-ın mühəndisi özünü iş yerində binadan atdı
İlham Əliyev fonda sədr müavini təyin etdi - sərəncam
Xaricdə yaşayanlara "otxod" deyən millət vəkilimiz Azərbaycandan köçdü
Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu
Ramil Usubovdan yeni rəis təyinatı
Qarabağda irimiqyaslı müharibə gözlənilir - ABŞ Milli Kəşfiyyatının direktorundan sensasion açıqlama
Ramiz Mehdiyev sərəncam verdi
Fazil Məmmədovdan sərt reaksiya - “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin