Sarkisyanın məkrli oyunu - təhlil

25/01/2018 [09:01] - Siyasət (597)



Yanvar ayının hələ bitməməsinə baxmayaraq, artıq indidən Ermənistanda “transformasiyaönü simptomlar” özünü biruzə verməyə başalyır–duyulan budur ki, yeni siyasi sistemin ərəfəsi ermənilər üçün çox çətin olacaq.

Etiraf edək ki, indiyədək bir çox yerli və əcnəbi təhlilçilər Sarkisyanın bu oyununa istisnasız olaraq hakim partiyanın maraqları prizmasından baxırdılar, çünki “Bütün bunlar kimə lazımdır?” sualını verərkən adamın ağlına bircə familiya gəlir: Sarkisyan...   

Amma görünür ki, ondan başqa da “bulanıq suda balıq” tutmaq istəyənlər çoxdur və artıq hamıya aydındır ki, Sarkisyana hakimiyyətini uzatmaq elə də asan olmayacaq. 
Qafqaz həmişə uzunömürlülərilə tanınsa da, siyasi uzunömürlü olmaq təkcə möcüzəli iqlim şəraiti və eləcə də digər təbii amillərlə bahəm həm də başqa faktorları da tələb edir və bu faktorların çoxu təbiətşünaslığın çərçivələrindən kənardadır.

Biznesdə belə deyim var ki, tələb həmişə təklif yaradır. İndi Ermənsitanda da gündəmə hakimiyyət məsələsi çıxarılıb, deməli yetərincə təklif də olmalıdır, çünki əksər sovet ölkələrində olduğu kimi, bu axmaq diyarda da xoşbəxtliyə, hətta “Yer üzərindəki cənnət”ə aparan yollar hakimiyyətdən keçir – “alnında lap on barmaq yerləşsə də” əgər  hakimiyyətə çıxışın yoxdursa, heç nə edə bilməyəcəksən...  

Ona görə də nəinki hakim rejim, eləcə də müxalifət düşərgəsində artıq bir tərpəniş duyulur. Amma hamıdan çox iki familiyanı eşidirik: Sarkisyan və Karapetyan. Serjik artıq dövlətdə yalnız simvolik bir fiqur olacaq növbəti prezident üçün namizəd tapıb və o, diplomat A.Sarkisyan olacaq. Qalır, ən əsas “yağlı tikə” – baş nazir postu... 

Buna da əsasən iki adam can atır – inidiki prezident S.Sarkisyan və baş nazir K.Karapetyan.
Birinci hələki hakimiyyət piramidasının zirvəsindədir, üstəlik, özünü də “Qarabağ müharibəsinin qəhrəmanı” sayır. Ona görə də əmindir ki, yeni posta ondan layiqlisi yoxdur.

Siyasi teatrın başqa aktyoru, yeni sistemdə baş nazir postuna ən iddialılardan biri olan hazırki baş nazir Karen Karapetyansa düşünür ki, əgər yeni post ona qismət olmasa, bu, nəinki ədalətsizlik, hətta məntiqsiz  hadisə olar, çünki Serjik hakimiyyətin ləzzətini çox çəkib, indisə artıq növbə onun – Karapetyanındır.

Ona görə də əksəriyyət əsasən bu iki adamın siyasi trayektoriyasını diqqətdə saxlayır. Bir neçə gün əvvəl bildirilmişdi ki, Sarkisyan yanvar ayının üçüncü dekadasında Fransaya, prezident F.Makronun hüzuruna gedəcək və həm də Avropa Şurasının növbəti sessiyasında çıxış edəcək.    

Fransanın seçilməsi aydındır, çünki Qərb ölkələrindən Ermənistanla ən çox maraqlanan Fransadır ki, Ermənistana hətta özünün “kiçik bacısı” da deyir. Bunun özü də maraqlı məqamdır – bütün ölkələr Ermənistanı qadın qismində görür. Hətta Avropa Birliyilə saziş imzaladığına görə rus qardaşları bu ölkəni yüngül əxlaqlı qadına bənzədirdilər, halbuki hansısa  neqativ kişi obrazı da seçə bilərdilər...
Fransa Sarkisyan üçün başqa aspektdən də maraqlıdır. Ermənistanda hakimiyyət məsələsi əsasən Rusiya müstəvisində həll olunur, çünki hamı üçün birinci məsələ Rusiyanın dəstəyidir.

Amma Qərbdəki erməni diasporunun da maraqlarını nəzərə almaq lazım gəlir, çünki onlar da ciddi siyasi, üsətlik, maliyyə amilidi. Əminik ki, elə ermənilər Avropa Birliyilə sazişi də buna görə imzaladılar– ölkənin daha çox Kremllə bağlı olması xaricdəki diaspora üçün problem yaradır, onlar “əzabkeş vətən”ləri üçün dilənərkən daim bunu onların gözünə soxurlar.  

Moskvaya gəldikdə, Sarkisyanın onunla problemi yoxdur, çünki heç vaxt “qırmızı xətt”i keçməyə cəsarət etməyib. Amma bütün ağalar kimi Kremldəki ağaların da əbədi nökərləri olmur və bu səbəbdən də onların seçimi başqa bir fiqurun da üzərində dayana bilər.

Baş nazir K.Karapetyan isə yanvarın son dekadasını İsveçrədə, daha dəqiq desək, Davosda keçirəcək. D.Tamp da bu foruma qatımaq niyyətindədir. Diplomatik protokolun və etiketin incəlikləri bizə bəlli deyil, ona görə də bilmirik, belə forumlarda baş nazirləri prezidentlərə təqdim edirlərmi? Amma amerikalı diplomatlar da güman ki, “əzabkeş bacı”ları haqqında birinci şəxslərin dilindən məlumat almaq istəyərdilər. 
 
Artıq deyilib ki, guya, Rusiya prezidenti Davos Forumuna qatılmayacaqdır. Ona görə də mümkündür ki, S.Sarkisyan da ora baş çəkməsin. Amma Trampın da xeyir-duasını almaq onun üçün faydasız olmazdı... 

Müxalifətə gəldikdə, o, hələ gücünü göstərməyib və məlum deyil, hakimiyyətə iddiasını hansı formada reallaşdıracaqdır? Amma gəl, vaxt keçdikcə “müxalifət” sözü daha çox eşidilir və duyulur. 
Həm də burada bir detal var, hələki Sarkisyanla Karapetyan eyni “siyasi qayığı” bölüşür və ölkədəki siyasətə, xüsusən də gündən-günə gərginləşən sosial-iqtisadi problemlərə görə hər ikisi məsuldur. Ona görə də qarşıdakı bir–iki ayda müxalifətin tamamilə passiv element olacağını düşünmək də bir az qeyri–korrekt olardı.   
Ən əsası, ermənilər (daha doğrusu, Sarkisyan və komnadası) tamam uğursuz seçim etdilər. Prezident üsul-idarəsindən fərqli olaraq, parlament respublikası həmişə mürəkkəbliyi və dinamizmilə seçilibdir. 

Bu cür ölkələrdə hökumətlərin qurulmasının hansı çətinliklərlə müşayiət olunduğunu yada salın! Xatırlayın ki, bu cür ölkələrdə mühüm qərarların qəbulu prosesi hansı prosedur çətinliklərilə üzləşir! 

Siz hətta bir ədəd belə avtoritar rejim tapa bilməzsiniz ki, orada parlament idarəçiliyi olsun, çünki bu, müstəsna olaraq demokratik bir institutdur.  
Bundan başqa, parlament respublikası ilk növbədə, yüksək elektoral mədəniyyət və siyasi konsensus sənətidir–bunlarınsa heç biri İrəvanda yoxdur, çünki nə indi, nə də əvvəllər erməni cəmiyyəti yüksək hüquq mədəniyyəti və ictimai şüuru ilə, siyasi savadı ilə fərqlənməyibdir. Onun hakimiyyətləri də həmişə korrupsiyalaşmış, asiyatipli, kriminal və klan xarakterli hakimiyyətlər olubdur.
Əhalinin savadlı və fəal hissəsi, necə deyərlər, keçmiş mərkəzi elita çoxdan ölkəni tərk edib, əvəzində isə “provinsiallar” - əyalət adamları siyasi və ictimai ierarxiyada əsas yerləri tutub. İndi bu əyalət adamları cəmi dünyaya yüksək demokratik mədəniyyət nümayiş etdirməyi düşünür. Alınacaqmı? Növbəti “erməni nömrəsi” keçəcəkmi? Bütün bu oyun siyasi maskarada çevrilməyəcəkmi?..

Hüseynbala Səlimov, 
istiqlal.az

...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
18/02/2018 [00:05]:
Göygöldə 2 ayın gəlini yoxa çıxdı - Video
17/02/2018 [23:47]:
İki nəfərin ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanıldı - DİN və Prokurorluqdan birgə açıqlama
17/02/2018 [22:39]:
Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17/02/2018 [21:50]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:43]:
Azərbaycanın xarici dövlət borcu niyə artıb? - Nazirlikdən açıqlama
17/02/2018 [19:30]:
Nüsrət Hacılı: “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədir”
17/02/2018 [18:33]:
"35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki..." - Nazirdən bahalaşmaya reaksiya
17/02/2018 [17:51]:
Qəbələdə futboldan sonra kütləvi toqquşma
17/02/2018 [16:47]:
ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb
17/02/2018 [15:29]:
Bakıda DTX-nın adından istifadə edən dələduz tutuldu
17/02/2018 [14:11]:
Binəqədidə sakinlər etiraza qalxdı - Video
17/02/2018 [14:03]:
Bakıda yağış, rayonlarda qar yağacaq
17/02/2018 [13:47]:
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
17/02/2018 [12:35]:
"Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır" - Keçmiş səfir
17/02/2018 [12:28]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi - Rəsmi açıqlama
17/02/2018 [12:06]:
Heydər Əliyev prospektində dəhşətli qəza - 4 maşın toqquşub, 2 ölü 2 yaralı
17/02/2018 [11:37]:
Meksika səfiri Milli Məclisdə
17/02/2018 [11:36]:
Hindistan səfiri cənub bölgəsində olub
17/02/2018 [11:33]:
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
17/02/2018 [11:11]:
Ombudsmanla bağlı qanun dəyişdirilir  
17/02/2018 [10:51]:
200 sakin aldıqları evə köçə bilmir - Video
17/02/2018 [10:15]:
Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
17/02/2018 [09:47]:
“Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb
17/02/2018 [00:09]:
"Hacıqabul Broyler"in yumurtasının içindən əcaib maddə çıxdı - Video
16/02/2018 [23:35]:
Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Mikayıl Cabbarov nazirliyin üç əməkdaşını cinayət başında tutdurdu - Rüşvət alarkən + Adlar
Elman Rüstəmovdan əhaliyə çağırış - "Diqqətli olun..."
SOCAR-ın mühəndisi özünü iş yerində binadan atdı
İlham Əliyev fonda sədr müavini təyin etdi - sərəncam
Xaricdə yaşayanlara "otxod" deyən millət vəkilimiz Azərbaycandan köçdü
Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu
Ramil Usubovdan yeni rəis təyinatı
Qarabağda irimiqyaslı müharibə gözlənilir - ABŞ Milli Kəşfiyyatının direktorundan sensasion açıqlama
Ramiz Mehdiyev sərəncam verdi
Fazil Məmmədovdan sərt reaksiya - “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin