İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub

17/01/2018 [00:03] - Gündəm (1875)



Obyektinin qapı-pəncərəsi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən hördürülən sahibkar Fəxrəddin Bağırov Prezident Aamistrasiyasinin rəhbəri Ramiz Mehdiyevə açıq məktub yazıb. Məktubda deyilir: 

Hörmətli Ramiz müəllim,

Ucqar dağ rayonu olan Gədəbəyin problemlərinin kifayət qədər olmasına rəğmən, rayonun İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarov bu problemlərlə məşğul olmaq əvəzinə bütün diqqətini rayonda fəaliyyət göstərən sahibkarların sıxışdırılmasına yönəldib. Onun qanunsuz  əməllərindən zərərçəkən sahibkarlardan biri də mənəm. Vaxtınızı çox almadan qeyd edirəm ki, Yediyarovun tapşırığı ilə obyektimə basqın edilib, obyektimin bütün girişləri daş hasarla qapadılaraq, obyektim təcrid edilib, sahibkarlıq fəaliyyətim zorla dayandırılıb. Mənə qarşı rayon rəhbərinin törətdiyi qanunazidd  əməllər barədə bir neçə dəfə sizə müraciət etmişəm. Təəssüf  ki, hadisədən 2 ay keçməsinə baxmayaraq Yediyarovun əməllərinə  qanuni qiymət verilmir. Niyə qiymət verilmir, artıq bunun səbəbi mənə məlumdur: - məsələn sizə etdiyim şikayətin araşdırılmasını müvafiq əməkdaşa tapşırırsınız. Həmin əməkdaş da məsələ ilə əlaqədar ilk növbədə icra başçısı ilə əlaqə saxlayır. İcra başçısı isə ona mənim obyektimin  sənədlərinin düz olmaması barədə yalan məlumat verir və qeyd edir ki, bu barədə məhkəməyə müraciət etmişik. Həmin əməkdaş da məsələnin  kökünü araşdırmadan,   başçının mövqeyini sizə çatdıraraq şikayətin əsassız olduğunu bildirir. Sizə başçının öz əməllərinə qanuni don  geyindirmək üçün qurduğu məhkəmə tamaşaları haqda məlumat vermək istəyirəm. Məsələn, başçının Gədəbəy şəhəri üzrə İƏD nümayəndəsi 10 yanvar 2018-ci ildə rayon Məhkəməsinə iddia ərizəsi göndərib xahiş edir ki, mənim fərdi yaşayış evimdən qeyri-yaşayış sahəsi kimi istifadə etməyimə qadağa qoyulsun, daha dəqiq ifadə etsək, icra nümayəndəsi mənim 6 ildən çox bir müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum şəxsi evimdə bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımın qadağan olunmasını tələb edir. Məhkəmənin hakimi M.Kazımov bu iddiaya baxmağı mümkün sayır. Əvvəla müvafiq əsasnaməyə əsasən icra nümayəndəsi  məhkəmədə tərəf kimi çıxış edə bilməz. Yəni iddianın məhkəmə tərəfindən qəbul edilməsi qanunsuzdur. İkincisi  bu iddianı tərtib edən, Gəncə Pedaqoji İnstitutunun qiyabi şöbəsinin məzunu – buna baxmayaraq  rayon İcra Hakimiyyətinin hüquqşünası vəzifəsini daşıyan Z.İsgəndərov və həmin iddianı imzalamış icra nümayəndəsi Şahbaz Bayramov bilməlidir ki, istinad etdikləri Mənzil Məcəlləsinin 14. 2 maddəsinə əsasən vətəndaş öz mənzilindən sahibkarlıq  məqsədi ilə istifadə edə bilər. Həmin məcəllənin 14.3 maddəsində isə aydın şəkildə göstərilir ki, sənaye istehsalatı yaşayış sahəsində yerləşdirilə bilməz. Mənim fəaliyyətim isə tikinti və təsərrüfat mallarının satışından ibarətdir. Eyni zamanda qüvvədə olan müvafiq qanunlarda  sahibkarlıq fəaliyyətinin mütləq qeyri-yaşayış sahəsində təşkil  edilməsinin mümkünlüyü haqda hec bir müddəa yoxdur.

Hörmətli Ramiz müəllim,

İcra başçısının tapşırığı ilə Gədəbəy bələdiyyəsinin mənə qarşı Gəncə İnzibati İqtisad məhkəməsində qaldırdığı  iddia isə daha əsassız və daha gülüncdür. Hətta həmin iddia bir dəfə 2013-cü ildə Gəncə İnzibati İqtisad  məhkəməsində rədd edilib. Bu iddia haqda geniş  danışmadan  yalnız onu deyə bilərəm ki, əgər həmin iddia təmin edilərsə və iddiada göstərildiyi kimi aqrar islahat komissiyasının 3 nömrəli qərarı ləğv olunarsa mənim obyektim də daxil olmaqla 4 minə yaxın vətəndaşın  əmlakının sənədləri qanunsuz sayılmalıdır. Ramiz   Yediyarovun məqsədi heç də yol verilmiş hər hansı bir qanun pozuntusunu məhkəmə yolu ilə aradan qaldırmaq  deyil. Onun məqsədi qanunsuz tələblərinə tabe olmayan, ümidini bu kriminala meyilli, keçmiş vergi işçisinə deyil, ölkə rəhbərliyinə bağlayıb ondan kömək gözləyən insanları illərlə məhkəmə qapılarında  süründürmək, fəaliyyətini iflic edib, ozünü müflis etmək, bu yolla başqalarının da gözünü qorxutmaqdır.

Hörmətli  cənab Mehdiyev,

Təcrübəli bir dövlət xadimi, H.Əliyev məktəbinin parlaq  yetirməsi kimi sizdən xahiş edirəm, Ramiz Yediyarovun  mənə qarşı törətdiyi əməllərin araşdırılmasına göstəriş verin, rayon rəhbərinin vətəndaşları əsassız məhkəmə çəkişmələri vasitəsilə sıxışdırıb, rayondan didərgin salmasına imkan verməyin.
...
Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib
Sarkisyanın məkrli oyunu - təhlil
Hökumət niyə bahalaşma qərarı verdi? - Şərh
Azərbaycan ordusunun əfsanəvi polkovniki şəhid oldu
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Xəbər lenti
24/02/2018 [20:52]:
Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24/02/2018 [19:57]:
İlham Əliyevdən təhsillə bağlı sərəncam
24/02/2018 [18:57]:
Bakıda mənzildən kişi meyiti tapılıb
24/02/2018 [17:57]:
Salyanda “Ford” və “Mercedes” toqquşub, sürücülər xəsarət alıb
24/02/2018 [16:51]:
Dünən axtarışda olan 60 nəfər saxlanılıb
24/02/2018 [15:47]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24/02/2018 [14:57]:
Nazir Ramil Usubov 10 rayonun rəislərinə konkret tapşırıqlar verdi
24/02/2018 [13:46]:
Neft yenidən bahalaşır
24/02/2018 [12:47]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [11:37]:
Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə
24/02/2018 [11:16]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
24/02/2018 [10:51]:
Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi
24/02/2018 [10:21]:
Azərbaycan nefti bahalaşdı
24/02/2018 [09:47]:
Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər
24/02/2018 [00:09]:
Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik - Video
23/02/2018 [23:44]:
Bu qurum fəaliyyətini dayandırdı
23/02/2018 [22:47]:
Suriyada xəstəxana raket atəşinə tutuldu
23/02/2018 [21:35]:
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
23/02/2018 [20:43]:
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
23/02/2018 [20:01]:
İlham Əliyevdən sosial müavinətlərlə bağlı sərəncam
23/02/2018 [19:54]:
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
23/02/2018 [19:49]:
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
23/02/2018 [19:21]:
Könül Kərimova komunal xərclərini ödəmir - 172 manat borcu var
23/02/2018 [18:57]:
Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”
23/02/2018 [18:33]:
Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar
İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı- 30 sutka həbs verildi
Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal
Nazir rəis müavinin vəzifəsini aşağı saldı
İlham Əliyevdən yeni təyinatlar
Azərbaycanlı biznesmen öldürüldü - Moskvada amansız "razborka"
İlham Əliyev dövlət xidmətinə 2 müavin təyin etdi - sərəncam
Rövşən Lənkəranskinin qatili bilindi
AzTV sədrinin tutdurduğu iş adamının qızından şok açıqlamalar
Rusiyadakı yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin